Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın ABŞ sanksiyaları altına düşmək ehtimalı gedərək reallaşır...

Image


ABŞ və İran arasında ziddiyyətlərin getdikcə dərinləşməsi bu ölkələr arasında savaş ehtimalını da yüksəldir. Hələlik isə ABŞ İran siyasətində istədiyi nəticələrə nail olmaq üçün ona qarşı sanksiyaları genişləndirir. İran prezidenti Həsən Ruhani bildirir ki, ABŞ nüvə anlaşmasından çıxandan, yəni 2019-cu il mayın 8-dən İrana qarşı 93 sanksiya tətbiq edib.

O qeyd edir ki, İran artıq 40 ildir ABŞ-ın sanksiyaları altındadır:“İndi isə amerikalılar İslam Respublikasını iflic etmək və dağıtmağa cəhd etmək məqsədilə ən ağır məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər”. Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi sonuncu dəfə İrana dekabrın 11-də sanksiya tətbiq edib. Amma sanksiyaların davamlı olacağı da gözlənilir. Bunlardan narahat olan əsas tərəflərdən biri isə işğalçı Ermənistandır. Məsələ burasındadır ki, İrana qarşı sanksiyaların getdikcə genişlənməsi Ermənistana da toxunur. Bunun anonsları indi ABŞ tərəfindən daha açıq elan edilir. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk qeyd edir ki, Vaşinqton İrana qarşı üçüncü ölkələr üçün sanksiyaların tətbiqini istisna  etmir və ABŞ tərəfinin qadağan etdiyi hər hansı bir fəaliyyət halında onları tətbiq edəcək:"Biz sanksiyalara məruz qalan hər hansı bir fəaliyyətə qarşı sanksiya tətbiq edirik. Bu bizim siyasətimizdir və bütün hallarda tətbiq olunur, istisna halları yoxdur. Bəzi hallarda İrandan gələn fiziki və hüquqi şəxslərə qarşı birbaşa sanksiyalar tətbiq edirik. Bununla yanaşı, ikinci sanksiyalar da var". Onun sözlərinə görə, bəzi hallarda ABŞ birbaşa İrandan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edir, lakin ikinci dərəcəli sanksiyalar da var: "Birinci və ikinci dərəcəli sanksiyalar siyasəti bir müddətdir mövcuddur və bu siyasətdə həqiqətən heç bir istisna etmirik".

Proseslərin təhlili göstərir ki, üçüncü ölkələr üçün tətbiq edilən sanksiyalar regionda daha çox Ermənistana toxunur. Buna qədər ABŞ artıq belə praktikadan istfiadə edib. Məsələ burasındadır ki, daha əvvəl Ermənistanın iki şirkəti ABŞ Ticarət Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınıb. Qadağaya məruz qalan şirkətlər "Markel" və "İrəvan rabitə vasitələri elmi-tədqiqatlar institutu" MMC-lərdir. Ermənistanda da ehtyiat edirlər ki, bu gedişlə daha çox erməni şirkəti ABŞ-ın qəzəbinə tuş gələcək. Bunun əsas səbəblərindən biri ABŞ-da erməni lobbisi və ermənipərəst konqresmenlərdir. Elə bu günlərdə "The Daily Wire" nəşri göstərilən xüsusda olduqca maraqlı bir yazı dərc etmişdi.  "Ermənistan Fondu" barədə dərc edilən həmin yazıda qeyd olunurdu: "Ermənistan Fondu" işlərini məktəblər, yollar, xəstəxanalar və ictimai mərkəzlərin tikilməsi kimi infrastruktur layihələri ilə təqdim etsə də, zərərsiz humanitar təşkilat imicindən çox uzaqdır. Fondun filialları arasında ABŞ Konqresində Ermənistan və Dağlıq Qarabağa maliyyənin artırılması üçün kampaniya aparan Amerika Ermənistan Assambleyası və Amerikanın Erməni Milli Komitəsi (ANCA) kimi iki siyasi lobbi də yer alır. Erməni lobbisinin fəaliyyəti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindən uzaqlaşdırmaqdır". Yazıda  ABŞ prezidenti Donald Trampa iddia edilən xarici təsir agentləri ilə əlaqələrinə görə impiçment elan olunmasına çağırış edən bir sıra amerikalı konqresmenlərin, əslində özlərinin xarici agentlərlə - Vaşinqtonda İrəvanın maraqları üçün lobbiçilik edən "Ermənistan Fondu" ilə sıx əlaqədə olduğu vurğulanır. Bildirilir ki, onların özləri Trampı ittiham etdikləri maddə üzrə mühakimə olunmalıdır. Eləcə də fond ətrafındakı korrupsiya qalmaqalına və bəzi demokrat senatorların onu dəstəkləməsinə diqqət çəkilərək bildirilir: "Demokratlar "Ermənistan Fondu" və ANCA-nı dəstəkləməklə erməni xalqına heç bir yardım göstərməyib. İndi prezident Trampa qarşı  impiçment elan edilməsi üzrə ittihamlar səsləndirəndə onları riyakar adlandırmaq ədalətli olardı. Axı uzun illər boyu korrupsiyaya qurşandığı sübuta yetirilən erməni diasporunun telemarafonlarını dəstəkləyənlər - Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman kimi demokratlar necə prezidentin iddia edilən korrupsiyasına qarşı çıxa bilərlər?!". Buradan da aydın görünür ki, Ermənistanın, erməni lobbisinin təsiri altında olan konqresmenlər Ağ Evin indiki rəhbərəinə qarşı düşmən mövqedədir. Onların yönəldilməsində Ermənistanın da iştirakı nəzərə alınarsa, Tramp administrasiyasının İranla işbirliyinə görə Ermənistanı sanksiyalara düçar etməsi tamamilə gözləniləndir.

Deməli, Vaşinqton tərəfindən edilən təzyiqlər İrəvanı da dalana dirəyəcək. Ermənistan indiyə qədər ABŞ-la, digər yandan da cənub qonşusu ilə münasibətlərini yüksək səviyyədə tutmağa çalışıb. Əvvəlki dövrlərdə ABŞ Ermənistanın müşkül vəziyyətinə anlayış göstərərək onun İranla əlaqələrinə toxunmurdu. Lakin Tramp administrasiyasında artıq hər şey dəyişib.

İran və Ermənistan arasında ticarət dövriyyəsi 400 milyon dollara yaxındır və bu, Ermənistan üçün böyük rəqəmdir. Amma ABŞ sanksiyaları bu rəqəmləri əhəmiyyətli dərəcədə azaltmaq iqtidarındadır. Erməni iqtisadçı Artak Manukyan baş verənlərin ölkəsi üçün ciddi problem olacağını vurğulayır:  “İranla ticarət olduqca yaxşı gedir. Biz, həmçinin, İranın Avrasiya İqtisadi Birliyinə də gəlməsini istəyirik. Bununla ümumi sərhədlərə malik bir tərəfdaşımız peyda olacaq ki, bu da ticarətə əlavə təkan verəcək. Amma ABŞ sanksiyaları vəziyyəti xeyli dəyişir. Biz də ABŞ sanksiyaları altına düşsək, İranla ticarət dövriyyəsi kəskin azalacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ