Cümə axşamı günü, 05 noyabr 2026
     

Laçında quldur Andranikə heykəl?

Image


Ermənilərin daşnaklara heykəl qoyması artıq bir ənənəyə çevrilib və çox təəssüflər olsun ki, onların bu addımına beynəlxalq qurumlar göz yumurlar. Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında da bu əməllərini davam etdirirlər. Böyük türk düşməni olan Andranikə Azərbaycan torpaqlarında heykəl qoyulmasının planlaşdırılması da qəbulolunmazdır.

Düşmən mətbuatı yazır ki, ermənilər Laçın rayonunda tayqulaq Andranikə heykəl qoymağı  planlaşdırırlar. Ermənistan mətbuatına istinadən BDU-nun Tarix fakültəsinin Erməni araşdırmaları elmi-tədqiqat və tədris mərkəzinin böyük elmi işçisi, tanınmış ermənişünas İsmayıl Tanrıverdi qeyd edir ki, ermənilər Qarabağda qulağı kəsik Andranikin adının əbədiləşdirilməsi üçün Laçın rayonunun girişində, yüksək bir yerdə onun 3 metrlik heykəlini qoymaq qərarına gəliblər. “Ermənilər iddia edirlər ki, 1918-ci il noyabrın sonlarında bu yerlərdə Andranik öz quldur dəstəsilə birləşmiş türk-azərbaycanlı və kürd ordusuna qarşı mübarizə apararaq Laçının ətraf kəndlərinin boşaldılmasında çox böyük fəaliyyət göstərib və Qarabağa gedən yolları düşmənlərdən təmizləyib” -deyə İ.Tanrıverdi erməni mediasının yazdığını vurğulayır.

Erməni mediasında Andranikin heykəli ilə bağlı yayılan fotolar da diqqət çəkir. Təqdim edilən 1-ci şəkildə guya ki, Andranik öz dəstəsilə bu qayaların altında çadır qurub gecələyib. 2-ci şəkildə heykəl demək olar ki, hazırdır. 3-cü şəkildə isə qarşıda Laçın, əks tərəfdə isə “Berd” kəndi təsvir edilib.

Dünyanın ən qəddar quldurlarından biri olan xəyanətkar Andranik Ozanyan daşnakların türklərə və qeyri-türklərə qarşı həyata keçirdiyi qırğınlarda, soyqırımlarda xüsusi ilhamverici qüvvə rolunu oynayıb. Onun başçılıq etdiyi daşnak dəstələri Qarabağda, Zəngəzurda, Laçında, eləcə də digər yerlərdə kütləvi qırğınlar həyata keçiriblər.

1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynayıb. Osmanlı imperiyasında anadan olan Andranikin Azərbaycanla heç bir əlaqəsi olmasa da, o özü işğalçı daşnak xislətinə sadiq qalaraq Azərbaycan torpaqlarında tarixdə analoqu olmayan qırğınlar, qətliamlar törədib. Tarixi mənbələrdə qeyd edilir ki, bir müddət "Hnçak" partiyasının, sonra isə “Daşnaksütyun”un üzvü olan Andranik 1880-ci illərdə Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "birqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda keçirilən “Daşnaksütyun”un IV qurultayında iştirak edir.

Onu da qeyd edək ki, 1912-ci ildə müharibə başlayanda Qaregin Njde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaradır, Balkanlarda erməni silahlı dəstələri yerli türk əhalisinə qarşı kütləvi qırğınlar törədirdilər. Bu döyüşlərdə iştrakına görə Andranik Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, "İgidliyə qörə qızıl xaç" ordeni ilə təltif olunur. Bundan əlavə, onu digər mükafatlarla da təltif edirlər, həmçinin, Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur.

1914-cü ilin avqustunda Andranik Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağı tapşırır. Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştrakına görə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir.

1916-cı ildə çar ordusunun komandanlığı ilə yaranan problemlərə görə cəbhəni tərk edir. Andranikin Türkiyənin şərqində olduğu bütün müddət ərzində onun başçılıq etdiyi silahlı erməni dəstələri buradakı türk və kürd əhalisinin kütləvi qətlləri ilə məşğul olurlar.

1917-ci il fevral inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır. Yaranmış vəziyyətdən istifadə edən ermənilər öz silahlı dəstələrini gücləndirir, çar ordusundan qalmış silah və sursatı mənimsəyirdilər. Bu zaman başsız qalmış Rusiyanın Qafqaz ordusunun komandanlığı Andranikə general-mayor rütbəsi verir, lakin qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə komandanlığın verdiyi rütbələr daha çox rəmzi əhəmiyyət kəsb edirdi. Andranik 1918-ci ildə Ermənistanla Türkiyə arasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq etməyə başlayır, o, 1918-ci ilin iyulunda Stepan Şaumyana teleqram göndərir, teleqramda Andranik bildirir ki, "Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir hissəsi sayır və o özü dəstəsilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır". Lakin iyulun 19-u türk ordusu Naxçıvanı və Culfanı tutur, Andranik Zəngəzura qaçır. Zəngəzurda Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla məşğul idilər. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi.

Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A.Lalayan bunları yazır: “Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kəndlilərində uşaqların, qadınların və qocaların qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu xarabalığa çevrilirdi”.

Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edirlər. Rəsmi məlumatlara görə, bu dövrdə 115 Azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq əhalisi qətlə yetirilmiş, əmlakları talan edilib.

Türkiyə hökumətinin hərbi cinayətkar kimi beynəlxalq axtarışa verdiyi Andranik ABŞ-da Kaliforniya ştatının Fresno şəhərində vəfat edib.

Bu gün ermənilərin “qəhrəmanlaşdırdığı” Andranikə Laçında heykəl qoylmasını planlaşdırması böyük cinayətdir. Əli milyonlarla azərbaycanlının qanına batan, Laçın kəndlərini talayan, əhalisini qətlə yetirən Andarnikə burada heykəl qoyulması bütün beynəlxalq qurumları narahat etməlidir. Çünki Andranik həm bir daşnak olub, həm də hərbi cinayətkar kimi yüzlərlə insanın qətlinə fərman verib.

Məlum olduğu kimi, ermənilər Andranikə İrəvanda heykəl qoymaqla kifayətlənməyib, Rusiyada da ona heykəllər ucaltmağa cəhd ediblər. 28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində Andranikin abidəsi açılmalı olsa da, tədbirə Krasnodar diyarından 5-6 minə qədər erməninin gələcəyi gözlənilsə də, yerli hakimiyyət orqanları tədbirə etiraz ediblər. Yerli hakimiyyət orqanları ermənilərdən tələb ediblər ki, abidə sökülsün, əks halda, yerli hakimiyyət onu dağıtmalı olacaq.

Məlum olduğu kimi, tarixi mənbələrdə bildirilir ki, Andranikin qulağının biri Osmanlı ordusuna xəyanət etdiyi üçün deyil, Laçında törətdiyi qırğınlara görə Sultan bəy Sultanov tərəfindən kəsilib. Mənbələrdə qeyd edilir ki, 1918-ci ilin əvvəllərində ermənilər bu dəfə təkcə Qarabağda deyil, bütün Azərbaycanda soyqırıma başlayırlar. Bu soyqırımın belə geniş ərazidə başlamasına səbəbkar erməni quldurları Andranik və Stepan Şaumyan olur. Andranik Qarabağda, Şaumyan isə Bakıda fəaliyyətə başlayır. O Andranik ki, rus və fransız hökumətləri 1914-cü ildə türk-müsəlman əhalisinə qarşı hərbi əməliyyatlarda amansız iştirakına görə onu çoxsaylı orden və medalla təltif etmiş, 1918-ci ildə isə general-mayor rütbəsi ilə qiymətləndirmişdi.

Lakin 1918-ci ildə igid oğlumuz Sultan bəy Andranikə ömürlük utanc gətirən bir “mükafat” verir. O “mükafat” Andranikə “tayqulaq” adını bəxş edir.

Tədqiqatlara görə, 1918-ci ildə erməni quldur dəstəsinin rəhbəri Andranik Dağlıq Qarabağa keçmək üçün Qarabağ general-qubernatoru Xosrov bəy Sultanova icazə məktubu göndərir. Xosrov bəy qardaşı Sultan bəylə məsləhətləşir. Sultan bəy qardaşından icazə verməsini xahiş edir. İcazə alan Andranik tez bir zamanda 30 minlik ordu ilə müsəlmanlara qarşı hücuma kecir. Hərbi təhsilə yiyələnmiş Sultan bəyin uzaqgörənliyi nəticəsində Andranikin ordusu Zabux dərəsində mühasirəyə düşür və düşmən darmadağın edilir. Deyilənlərə görə, cəmi üç nəfər erməni qaçıb canını qurtara bilir, Andranik isə ələ keçir. Sultan bəyin əl-ayağına düşərək aman diləyir. Sultan bəy gülərək: “Bu qədərmi qorxursan, qorxma, səni öldürməyəcəm, sənin qulağını kəsəcəm ki, qulağında qalsın, bir də başqasının malına-mülkünə göz dikməyəsən” - deyərək onun qulağını kəsir və əlinə verir.

  • Əli Mahmud: “Andranik kimi hərbi caniyə, qatilə, daşnaka Laçında heykəl qoyulmasının qarşısını almalıyıq”

Bu gün Sultan bəyin yurdunda daşnak Andranikə heykəl qoyulması ilə bağlı plandan təəssüfləndiyini deyən “Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud bizimlə söhbətində qeyd etdi ki, bütün gücümüzü birləşdirib Laçında Andranikə heykəl qoyulmasının qarşısını almalıyıq. “Laçında daşnak, hərbi cinayətkar Andranikə heykəl qoyulması qəbuledilməzdir və bu, böyük tarixi cinayətdir. O, Laçında böyük qırğınlar törədən, evləri, yurdları talayan bir canidir. Təkcə Laçında deyil, bütövlükdə, Zəngəzurda, Naxçıvanda böyük qırğınlar edib. Andranik kimi hərbi caniyə, qatilə, daşnaka Laçında heykəl qoyulmasının qarşısını almalıyıq. Sultan bəyin yurdunda onun heykəlinin qoyulması yolverilməzdir. Beynəlxalq qurumlar bu məsələyə nəhayət ki, reaksiya verməli, ermənilərdən özbaşınalıqlarını dayandırmalarını tələb etməlidir. Böyük türk düşməni Andranikə heykəl qoyulması bütün dünyanı narahat etməlidir” - deyə Ə.Mahmud qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ