Cümə axşamı günü, 05 noyabr 2026
     

İŞİD təhdidi Ermənistanın siyasəti üzündən Cənubi Qafqazı da təhlükə altına alır

Image


Artıq 6 ildir ki, dünyada bir nömrəli  terror təşkilatı adını alan İŞİD MDB məkanında yenidən təhdid mənbəyinə çevrilir. Bu xüsusda  Rusiya Federasiyasının Milli Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin son açıqlamaları xüsusi diqqət çəkir. Onun sözlərindən belə bəlli olur ki, İŞİD Əfqanıstanda möhkəmlənməyə davam edir və Mərkəzi Asiyaya müdaxilə etmək üçün zəmin yaradır.

Patruşev Tehranda Əfqanıstan üzrə milli təhlükəsizlik müşavirləri və Təhlükəsizlik Şuralarının katiblərinin iclasında çıxışı zamanı bildirib: "Bizim görüşümüzdən bir il sonra Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət hələ də qeyri-stabil olaraq qalmağa davam edir və daha da pisləşmək tendensiyası qalır. İŞİD terror təşkilatının möhkəmlənməsi daha çox narahatlıq doğurur".

O qeyd edib ki, Əfqanıstanda bu yaxınlarda 600-dən çox yaraqlının öldürülməsi və girov götürülməsi ilə nəticələnən əməliyyata baxmayaraq, müxtəlif məlumatlara əsasən, hələ də bu ölkədə 2,5-4 min aralığında yaraqlı qalmaqdadır:"İŞİD-çilər Əfqanıstanın şimalında möhkəmlənməyə çalışırlar. Onlar orada taliblərə qarşı mübarizə aparmaq və Tacikistan və Türkmənistan vasitəsilə Mərkəzi Asiya regionuna müdaxilə üçün zəmin yaradırlar. İŞİD-çilərin əsas səyləri öz mövqelərini Əfqanıstanın şimalında cəmləşdirməkdir. Tacikistan və Türkmənistan vasitəsilə Mərkəzi Asiya regionuna soxulmaq üçün plastdarm hazırlamaqdan ötrü ora iki mindən çox döyüşçü toplanıb. Döyüşçülərin əsas məqsədi özündə Mərkəzi Asiya ölkələri və Əfqanıstan ərazilərini birləşdirən “Böyük Xorasan” adlandırılan dövlətin yaradılmasıdır”. Patruşev vurğulayıb ki, əldə olunan məlumatlara əsasən, İŞİD-çilərin prioritet məqsədləri kritik infrastruktur obyektləri, güc strukturları, diplomatik nümayəndəliklər, eləcə də xarici vətəndaşlar ola bilər: “Müxtəlif qiymətləndirmələrə görə, Əfqanıstanda olan İŞİD üzvlərinin sayı, yuxarıda qeyd olunduğu kimi, 4 min nəfərə çatır. Xüsusi xidmət orqanlarının məlumatlarına görə, bu terrorçu qruplaşmalar ölkənin şərq əyalətlərində yerləşib. Oradakı terrorçuların sayı 1500 nəfəri ötüb və onların sayı Pakistan vasitəsilə Suriya və İraqdan gələn cihadçıların hesabına artmağa davam edir”.

Artıq İŞİD Əfqanıstanın bir neçə əyalətini ələ keçirib. Buna o, həm dövlətin hüquq-mühafizə orqanları, həm də “əl-Qaidə” ilə döyüşlərdə nail olub. Ekspertlər bu gedişatın çox təhlükəli nəticələr verə biləcəyini açıq deyirlər. İŞİD bir neçə dəfə bəyan edib ki, bütün regionda “sabitlik yaratmaq üçün” Əfqanıstandan meydan kimi istifadə edəcək. Təşkilat artıq bu vədlərinə əməl etməyə başlayıb. Ekspertlər yuxarıda qeyd edilən tendensiyanın güclənməsində Rusiyanın Suriyada hərbi əməliyyatlara start verməsinin müəyyən rol oynadığını bildirir. Oradan sıxışdırılıb çıxarılan terrorçular başqa ərazilərdə möhkəmlənməyə çalışırlar. Bu sırada məhz Əfqanıstan daha həssas yer sayılır. Bu ölkənin əyalətlərini zəbt etməklə yanaşı, İŞİD ona qonşu olan dövlətlərə də nüfuz etmək strategiyasını həyata keçirir.

Hazırda terrorçular üçün əsas hədəf Mərkəzi Asiyadır. Çünki buradan minlərlə insan İŞİD-ə qoşulub. Əlavə olaraq, region dövlətləri arasında müxtəlif xarakterli potensial ixtilaf mənbələri mövcuddur. Qırğızıstanda İŞİD-ə yaxın “Hizbut əl-Təhrir” qruplaşmasının mövqeləri də möhkəmdir. Terrorçular üçün ən asan keçid isə Türkmənistan sərhədi hesab olunur. Artıq Türkmənistan Əfqanıstanla sərhədləri möhkəmləndirir. Amma türkmən tərəfinin təkbaşına İŞİD-ə qarşı çıxması çətin məsələ sayılır. İŞİD bu ölkəyə soxulsa, Xəzər sahillərinə çıxış əldə edə biləcək. Ekspertlər hesab edir ki, böyük dövlətlərin regiondakı maraqları uğrunda kəskin mübarizəyə girişməsi terrorçular üçün əlavə imkanlar yarada bilər. Çünki İŞİD adətən belə hallarda bu və ya digər tərəflərin maraqlarından istifadə edərək fəallığını artırır. Terror dalğasının Mərkəzi Asiyaya sıçraması özlüyündə böyük bir geosiyasi məkanda vəziyyəti gərginləşdirə, o cümlədən mühüm beynəlxalq layihələrin reallaşması məsələsini şübhə altına ala bilər. Məsələn, Qazaxıstandan keçən “Yeni İpək Yolu” layihəsini buna əyani misal kimi göstərmək olar.

Şübhəstz ki, Mərkəzi Asiyaya soxulan İŞİD üçün əsas hədəflərdən biri Qafqaz olacaq. Təşkilat ilk olaraq Şimali Qafqazda möhkəmlənməyə çalışacaq. Burada İŞİD-ə qoşulanların sayı heç də az deyil. Cənubi Qafqazda isə İŞİD-ə kömək edəcək əsas tərəf Ermənistan sayılır. Qeyd edək ki, bu terror təşkilatının Suriya və İraqda məğlub edildikdən sonra yenidən təşkilatlanaraq fəaliyyətlərini davam etdirmək üçün seçdiyi ölkələr sırasında məhz  Ermənistan da var. Hələ bu ilin martında  Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəisi Oleq İlinıx bu xüsusda çox maraqlı bir açıqlama vermişdi. O bildirmişdi ki, İŞİD-in maraqlarının, Mərkəzi Asiya ilə yanaşı,  Ermənistan ərazilərinə də transfer olunması müşahidə edilir. Xatırladaq ki, İŞİD-ə qədər ASALA, PKK və digərləri Ermənistanda özünə yer edə bilib. İndi İŞİD də Ermənistana üz tutmaq niyyətindədir. Digər tərəfdən,  Ermənistanda İŞİD tərəfdarlarının peyda olması da heç kimə sirr deyil.  Məsələn, elə Gümrüdəki 102-ci hərbi bazanın bir rus əsgərinin İŞİD tərəfdarı Arman Cancuğazyan tərəfindən bıçaqlanaraq öldürülməsi halı bunun real təsdiqidir. Eləcə də, Rusiya Suriyada İŞİD-in məhv edilməsindən sonra terrorçuların Rusiyadan intiqam almağa çalışacaqlarını yaxşı bilir. Bu baxımdan rus hərbçiləri Ermənistanda İŞİD terrorçuları üçün olduqca asan hədəf ola bilər. İŞİD-ə sadiq qalan ermənilərin mövcudluğu terrorçuların müəyyənləşdirilməsi və məhv edilməsini daha da çətinləşdirir. Azərbaycanın işğal edilmiş ərazilərində də Ermənistan, digər terror təşkilatları kimi, İŞİD-ə münbit şərait yarada biləcək tərəflərdən sayılır. Bütün bunlar Ermənistan üzündən İŞİD təhdidinin Cənubi Qafqazı da hədələdiyini açıq göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ