Məlum olduğu kimi, Müsavat Partiyası üzvlərindən ibarət böyük bir cinayətkar şəbəkə Almaniyada ifşa edildi. Saxta mühacir biznesilə məşğul olanların arasında partiyanın Avropa qanadı sayılan Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvləri çoxluq təşkil edir.
Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda, o cümlədən, 3-10 min avroarası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.
Xaricdə yaşayan jurnalist Yafəz Əkrəmoğlu Müsavatın etdiyi əməllər barədə ictimaiyyətə tez-tez məlumatlar verir. O, sosial şəbəkədə yazdığı statusda AKM üzvlərinin kütləvi şəkildə müstəntiqlər tərəfindən dindirildiyini bildirib: “Müsavat AKM-nin bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb. Bu, gözlәnilәn idi. Miqrasiya idarәlәri vә mәhkәmәdә olan Müsavat vә Müsavat AKM üzvlәrinin işlәrinә baxış da sürәtlәndirilib. Hamısına ucdantutma dәrhal neqativ cavab vermәk, ardınca deport etmәk üçün. Bәzәn olub ki, mәhkәmәdә işinә baxılan şәxsi arayışları kimdәn, neçәyә almasını boynuna alması üçün tәhdid edirlәr (tәhdid yolverilmәzdir). Proses Avropanın bütün ölkәlәrinә yayılacaq”.
Onun sözlərinə görə, Müsavat AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab olunur, buna görә dә bütün üzvlәri bu işlәrdә şübhәli sayılır: "Müsavat vә AKM üzvlәrinin "qara siyahı"sı tәrtib olunur, aidiyyəti olan bütün idarәlәrә göndәrilir. Üzlәrinә deyilmәsә dә, bütün idarәlәrdә onlarla buna görә davranacaqlar”
Bu işdə Müsavatın Bakıda oturan rəhbərliyinin əli olduğu da bildirilir. Müsavatın öz üzvləri indiyə qədər bu mövzuda kifayət qədər təkzibedilməz fakt ortaya qoyublar. Məntiqlə Almaniya müstənqilərinin apardığı tədqiqatın bir ucu da gəlib Müsavatın Bakıdakı qərargahına kimi çata bilər. Müsavatın parlament seçkilərində iştirakla bağlı verdiyi qərarı da məhz bu proseslə əlaqələndirirlər. Bildirilir ki, seçkidə qalib gəlmək üçün heç bir şansı olmayan Müsavat Partiyası seçkidə iştirakla bağlı verdiyi qərarda Almaniya polisinin təqiblərindən yaxa qurtarmaq üçün hakimiyyətə sığınır. Maraqlıdır, Almaniya polisinin gəlib Bakıda Müsavatın rəhbərliyini dindirməsi mümkündürmü? Beynəlxalq praktika bununla bağlı nə deyir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, Müsavat rəhbərliyi hər vəchlə bu mövzudan yayınmağa çalışır: “Deməyə sözləri yoxdur ki, yayınırlar. Nə deyəcəklər? Arif Hacılı deyə bilməz ki, Mehdi Xəlilbəylini tanımır. Bundan əlavə, M.Xəlilbəyli və digərlərinin əməllərinə haqq qazandıra bilməz. Onlar barədə partiyadan çıxarılma qərarı çıxarsalar da, vəziyyət yaxşı olmaz. İstintaqda Müsavat rəhbərliyi barədə “yağlı” ifadələr verə bilərlər. Bütün bunlar Müsavat rəhbərliyini çıxılmaz vəziyyətə salıb. Məhz bu səbəbdəndir ki, Arif Hacılının ilk açıqlaması bir qədər təsirli notlar üzərində quruldu və tamamilə başqa mövzunu əhatə etdi. Ancaq biz sıravi, lakin tanınmış müsavatçıların dünyanın müxtəlif ölkələrindən bu məsələyə kəskin reaksiya verdiklərini görürük. Hətta həmin mövqelərin əksəriyyətində Arif Hacılı istefaya çağırılır. Müsavat rəhbərliyinin başqa bir narahatlığı istintaqın bir qolunun da onlara qədər uzana biləcəyi ilə bağlıdır. Artıq ölkəyə qaytarılan vətəndaşlar var. Onların izahatlarından sonra bir çox mətləbə aydınlıq gələcək. İstənilən halda, bu hadisə həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan Müsavatın imicinə böyük zərbə vurdu. Azərbaycan hüquq-mühafizə orqanları bu transmilli cinayətkar şəbəkəni kökündən araşdırmalıdır. Belə saxta sənədləri bir çox QHT də verib. Xüsusilə də fəaliyyəti dayandırılan QHT-lər şəxslərə sənədlər verirlər ki, guya onlar ölkədə təqib edilirlər. Yadınızdadırsa, biz iki dəfə sizin qəzetdə bu məsələyə toxunmuşuq. Hələ xeyli müddət əvvəl hüquq-mühafizə orqanlarının belə bir araşdırma aparmalı olduğunun zəruriliyini qeyd etmişdik. Burada dərc edilən məlumatlarda konkret faktlar ortaya qoyulurdu, ictimailəşdirilirdi. Həmin vaxt ölkənin daxilində sözügedən qurumlara qarşı cinayət işi başlanmalı idi. Sənəd saxtakarlığı korrupsiya cinayətinə aiddir. Yəni ilkin cinayət işinin başlanması üçün kifayət qədər əsas olub. Almaniya polisinin hərəkətlərindən sonra isə bunu etmək zərurəti bir daha ortaya çıxıb. Hesab edirəm ki, hazırda Azərbaycan hüquq-mühafizə orqanlarının əlində daha ciddi əsaslar var. Əvvəl bunu hətta qanuni əsaslarla etsəydilər belə, daxildəki qüvvələr bunu tam siyasiləşdirməyə çalışacaqdılar. Çünki mövzu siyasi qurumları əhatə edəcəkdi. Almaniya ilə bizim aramızda hüquqi yardımla bağlı müqavilə yoxdur. Buna baxmayaraq, kommunikasiyaya keçib, bəzi məlumatları onlardan əldə etmək olar. Güman edirəm ki, bu müraciəti etmək zərurəti Almaniyada yaranacaq. Çünki onların apardıqları cinayət işinin bir qolu konkret olaraq bura gəlib çıxır. Bu xüsusda Almaniya polisinin gəlib burada müəyyən istintaq hərəkətləri aparması da mümkündür”.
Məhəmmədəli QƏRİBLİ