19/11/2019 20:32
728 x 90

Əli Həsənov Qarabağda antiterror əməliyyatlarının aparılacağını rəsmən bəyan etdi - Aydın Quliyev yazır...

img

"Prezidentin köməkçisi Əli Həsənov qardaş Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatlarına Azərbaycanın rəsmi mövqeyini bir daha ifadə edən status paylaşıb".

Bu sözləri özünün facebook səhifəsində siyasi şərhçi, "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev yazıb. Onun fikrincə, cənab Ə.Həsənovun statusunun azı iki dəyərli cəhəti var:"Birinci, Azərbaycan dövlətinin rəsmi mövqeyini dəqiq ifadə edərək qardaş ölkənin antiterror haqqına sahib olduğunu inandırıcı şəkildə göstərir. İkinci, Azərbaycanın da Qarabağda antiterror əməliyyatları aparmaq haqqına sahib olduğuna söykənərək belə əməliyyatın aparilacağının anonsunu verir. Əli Həsənov yazır:"Heç şübhə yoxdur ki,Azərbaycan qanunsuz hərbi birləşmələrin və terror qruplarının olduğu torpaqlarında antiterror əməliyyatları aparacaq..." Hər şey tam aydın və qəti deyilib.Qaldı Ali Baş Komandan tərəfindən konkret vaxtın bəyan olunması..."

Son xəbərlər