Cümə axşamı günü, 05 noyabr 2026
     

Sarkisyan separatçılarla Paşinyanın yeni qanlı savaşını başlatdı – Separatçılar Paşinyanı və “Sasna Tsrer”i fiziki məhv etməklə hədələdi

Image


Dağlıq Qarabağ separatçıları ilə Nikol Paşinyan iqtidarı arasında onsuz də rəvan olmayan münasibətlərin son günlərdə yenidən kəskinləşməsi qeydə alınır. Özü də bütün bunlar Ermənistan eks-prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsi ərazisində bir sıra şəxslərlə ayın əvvəlində baş tutan görüşündən sonraya təsadüf edir.

Məlumata görə, görüş qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş sədri Vitali Balasanyan və keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanla olub. Halbuki, səfərdən öncə Sarkisyan Qarabağda heç kimlə görüşməyəcəyini və səfərinin yalnız şəxsi xarakter daşıdığını bildirmişdi. Amma məlum görüşlər bunun belə olmadığını təsdiqlədi və eyni zamanda separatçıların daha sərt şəkildə Paşinyana qarşı çıxmasına rəvac verdi. Hətta Vitali Balasanyan görüşdən sonra Paşinyanı və “Sasna Tsrer” terrorçularını fiziki məhv etməklə hədələyib.

Xatırladaq ki, bundan əlavə, Balasanyan Paşinyanı hakimiyyətə Qərbdəki “məşhur mərkəzlər”in gətirdiyini bildirib: “Elə onlar da Paşinyanı idarə edir və nə etməli olduğu barədə göstərişlər verirlər”. Balasanyan 2016-cı ildə İrəvanda post-patrul polisi alayının binasının “Sasna Tsrer” terrorçuları tərəfindən ələ keçirilməsini xatırladıb. Onun sözlərinə görə, Paşinyan binanın ələ keçirilməsindən sonra başlayan etirazları idarə etməyə cəhd göstərib. O, Paşinyanın bu yaxınlarda “Sasna Tsrer” partiyasının liderləri Qaregin Çuqaszyan və Jirayr Səfilyanla baş nazirin iqamətgahında görüşdüyünü bildirib. Qeyd edib ki, bu görüş başqa cür düşünənlərə təzyiq cəhdidir: “Nikol Paşinyan hamını, o cümlədən məni qorxutmağa çalışır. O özünün döyüşkən qanadının olduğunu mesaj verir. Demək istəyir ki, bir barmağının işarəsi ilə bizimlə fiziki haqq-hesab çəkərlər”. Qarabağ separatçısı Paşinyana və “Sasna Tsrer”ə xəbərdarlıq edib ki, belə söhbətlərə girişməsinlər, əks təqdirdə onlara cavab veriləcək: “Paşinyan və onun tərəfdarları qorxaqdırlar. Biz 2016-cı ildə o terrorçuları bağışladıq, öldürmədik. Ancaq indi bəyan edirəm ki, mənə, xalqımıza, dövlətimizə qarşı təxribat həyata keçirməyə cəhd göstərsələr, hamısını fiziki olaraq məhv edəcəyik”.

Balasanyan onu da vurğulayır ki, Paşinyan və rəhbərlik etdiyi hökumət dərhal istefaya getməlidir: “Xalq özünə gəlməli, istər “Mənim Addımım“, istər “İşıqlı Ermənistan“, istərsə də “Çiçəklənən Ermənistan“dan olsun, istisnasız bütün deputatları mandatını təhvil verməyə məcbur etməlidir. Əks təqdirdə bütün ermənilərin mövcudluğu sual altındadır. Nikol Paşinyan özü  böyük antiermənistan layihəsidir. Anlamayanlar da anlasınlar bunu”. Balasanyan Paşinyanı 2018-ci ildə hakimiyyət və parlamenti işğal etməkdə ittiham edib. Bununla bərabər, o, 2018-ci il parlament seçksini də qanunsuz adlandırıb. O, Paşinyanın bütün fəaliyyətlərinə görə cinayət məsuliyyətinə cəlb edilməli olduğunu deyib. Erməni ekspert Vahan Badasyan hesab edir ki, Balasanyanın indiki vaxtda belə fəallaşması Sarkiiyandan qaynaqlanır. Onun sözlərinə görə, Serj Sarkisyanın bu günlərdə Qarabağda olması və öz komanda yoldaşları, o cümlədən də Balasanyanla görüşməsini nəzərə alsaq, bu bəyanatlar təsadüfi deyil: “Serj Sarkisyan Qarabağdadır və öz komanda yoldaşlarını toplayıb. Daha dəqiq desək, öz komanda yoldaşlarını yox, öz mafiyasını - bu, tayfadır, Ermənistanı məhv edən tayfa. Vitali Balasanyan uzun müddət onlardan ayrılıb və böyük səylər göstərərək 2016-cı ildə bu tayfaya qoşuldu, onlara xidmət etməyə başladı. Kədərlidir, lakin faktdır. Qoy, bu insanların hamısı, o tayfanın bütün üzvləri tərcümeyi-hallarına və fəaliyyətlərinə baxsınlar, görsünlər ki, indiyə qədər Ermənistanı kim məhv edib”.
Vitali Balasanyanın Serj Sarkisyanla görüşdən ruhlanaraq bu kimi bəyanatlar verməsi ilə bağlı verilən suala Badasyan cavab verib ki, əlbəttə, o bundan ruhlanaraq belə bəyanatları verib.

Yaranmış vəziyyətdə Qarabağ separatçılarının gedişləri Paşinyanı yenidən təlaşa salıb. Bu vəziyyətdə o, ilk olaraq güc orqanları vasitəsilə separatçıların ona qarşı çıxan nümayəndələrini zərərsizləşdirməyi düşünür və bura Balasanyan da daxildir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu xüsusda bildirib ki, artıqVitali Balasanyanın bəyanatlarında cinayətin olmasına dair hüquq-mühafizə orqanları müəyyən araşdırmalar aparır. Belə bir vaxtda Ermənistan parlamentində məlum aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryan da olduqca maraqlı məlumatlar səsləndirib. O qeyd edib ki, Balasanyan aprel döyüşlərində səlahiyyətlərinə daxil olmayan fəaliyyət göstərib: “O həmin vaxt Silahlı Qüvvələrin əməlliyyatlarında hər hansı məsuliyyət daşımasa da, aprelin 2-də cəbhə xəttinə gedib və hüququ olmayan əmrlər verib. Bu mütləq araşdıralacaq. İndi, deyəsən, Qarabağ-Ermənistan intriqaları mərhələsinə daxil olmuşuq və bu, ordunun maraqlarından çıxış etməklə komissiyaya düzgün və obyektiv məlumat verməli olan insanlara mane ola bilər”. Bu durumda erməni politoloq Armen Badalyan Balasanyanın Paşinyan tərəfindən həbsə atılacağını istisna etmir: “Vitali Balasanyana qarşı cinayət işlərinin açılması istisna edilmir. Balasanyan artıq “dövlət vəzifəsi” tutmur, lakin o, Qarabağdakı rejimin “siyasi elitası”nın bir hissəsini təşkil edir. İstənilən halda, Balasanyana qarşı cinayət işlərinin açılması istisna edilmir. Məsələn, deyə bilərlər ki, o hansısa oyuncağı “oğurlayıb”. Bu, hazırkı hüquq-mühafizə sistemi tərəfindən qəbul edilmiş üslubdur və hakimiyyət tərəfindən arzuolunmaz şəxslər barəsində tətbiq edilir”. Politoloq bildirib ki, bununla Paşinyan həm də Balasanyanı gələn il separatçı rejim tərəfindən keçiriləcək “prezident seçkilərindən” də uzaq saxlaya biləcək. Amma separatçıların bütün bunlara qarşı müqaviməti Paşinyanla onlar arasında münsibətlərin artıq qanlı məcrada inkişaf edəcəyini istisna etmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ