Bazar günü, 13 iyul 2025
     

Erməni katolikosu Türkiyənin Suriya əməliyyatı barədə əsl isteriyaya başlayıb

Image

Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün Suriyanın şimal-şərqində hərbi əməliyyatlar keçirməsi bütün ermənilərin katolikosu II Qareginin əsassız narahatlığına səbəb olub. Ermənilərlə və Ermənistanla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan bu əməliyyatların keçirilməsindən erməni katolikosunun niyə narahatlıq keçirməsi şübhə doğurur. Ermənilər yalandan hadisə zamanı 16 erməni ailəsinin “zərər çəkdiyini” idda edirlər.

II Qaregin Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatların “təhlükəli” olması barədə bəyanat verib və dünya ictimaiyyətinin diqqətini bu əməliyyatlara cəlb etmək istəyib.

Onun bəyanatında qeyd edilir ki, Türkiyənin Suriya ərazisinə “girməsindən” çox narahatdır. Bütün ermənilərin katolikosu dünya ictimaiyyətini bu prosesin dayandırılmasına dəstək göstərməyə çağırır. Saxtakarlıqda tayı-bərabəri olmayan katolikos bildirib ki, Türkiyənin bu addımı beynəlxalq hüquq normalarına sığmır (?). Katolikos, həmçinin, qeyd edir ki, guya Türkiyənin həmin ərazidə hərbi əməliyyat aparması orada yaşayan milli azlıqların, o cümlədən də ermənilərin (?) öldürülməsinə səbəb olur. Hətta o, əsassız olaraq qeyd edib ki, bu proses 1915-1923-cü illərdə baş verdiyi əsassız olaraq iddia edilən qondarma “erməni soyqırımı”nı xatırladır. Katolikos bu bəyanatında guya həmin ərazidə ermənilərin də öldürüldüyünü iddia edir və dünya ictimaiyyətini buna “göz yummamağa” çağırır. Katolikos “Suriya xalqına Allahdan mərhəmət diləyir və tezliklə orada sülhün bərqərar olması üçün dualarımızı əsirgəmirik” deyir.       

II Qareginin bu bəyanatının Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan sui-istifadə edərək qondarma “erməni soyqırımı”nı bir daha gündəmə gətirmək məqsədilə verildiyini deyən ekspertlər hesab edirlər ki, ermənilər Suriyada baş verənlərdən də “soyqırım” tamaşası hazırlamaq məqsədi güdürlər.

  • Aydın Quliyev: “Ermənistan Suriyada təzə “genosid oyununa” başlayır”

Qeyd edək ki, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz “Facebook” hesabında yazdığı statusda bu məsələyə toxunub və ermənilərin yeni oyun oynadığını bildirib: ”Ermənistan Suriyada təzə "genosid oyununa" başlayır. Türkiyə Suriyanın şimalında terrorçulara qarşı əməliyyata başlayandan ermənilərin yuxusu yenidən qaçıb. Əvvəlcə ermənilərin XİN-i bəyanat yayaraq Türkiyənin antiterror hərəkətini guya təcavüz kimi qələmə verməyə çalışdı, guya humanitar fəlakətlərin ola biləcəyindən saxta haray çəkdilər, dünyanı bu "təcavüzü" dayandırmağa səslədilər... Baxın, dünya bunların təcavüzündən danışır, bunlar isə abır-həya deyilən şeydən erməni millətinə pay düşmədiyini bir daha göstərməkdən utanmırlar. Bəlli idi ki, ermənilər təzə oyun planlayıblar. Bu da sübut. XİN-in ardından başlayıblar ki, guya Suriyanın şimalında yaşayan ermənilər atəş altına düşüblər və sübut üçün Əl-abyad şəhərinin hansısa bucağında yaşayan 16 erməni ailəsini göstərirlər. Elə məlumatlar yayırlar ki, sanki ermənilər əsasən Suriyanın bu gün Türkiyə əməliyyat keçirdiyi bölgələrində yaşayırlar. Yəqin bir müddət sonra Suriyada türklərin guya müasir “erməni genosidi” etdiklərinə dair 21-ci əsr nağıllari uyduracaqlar...”.

  • Qabil Hüseynli: “...regionun böyük dövlətinin öz təhlükəsizliyinin qayğısına qalmasına yarlık yapışdırmaq cəhdindən başqa bir şey deyil”

Məsələni şərh edən digər ekspert, tanınmış politoloq, professor Qabil Hüseynli də hesab edir ki, II Qareginin məlum bəyanatı yalnız suyu bulandırmağa, guya XXI əsrdə yeni “erməni genosidi” baş verdiyi barədə yanlış rəy yaratmağa xidmət edir. “II Qareginin bu bəyanatı sırf erməni xislətinin ifadəsidir. Suriyanın şimal-şərqində erməni yoxdur və o ərazilər PKK və YPG silahlı dəstələri tərəfindən tam işğal edilib. Erməni katolikosunun yalandan dad-fəryad qoparması fürsətdən sui-istifadə etmək cəhdidir. Şimali Antarktidada, tutalım, bir ağ ayı ölsə belə, deyəcəklər ki, orada ermənilər yaşayırlar, o ağ ayını öldürənlər erməniləri də öldürərlər və s. Ona görə də Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə apardığı əməliyyatlar tam qanunidir və bu əməliyyatlar başa çatacaq. Türkiyə ərazisində 3,5 milyon qaçqın suriyalı var və hər il Türkiyə bu qaçqınların saxlanması üçün 5 milyard dollar pul xərcləyir. Bu da Ermənistanın büdcəsindən çoxdur. Bu katolikos yaramaz başa düşürmü ki, qaçqın nə olan şeydir? Görməyib də. O qaçqınların içində ermənilərin nə işi vardı ki? Ermənilər həmişə San-Fransisko, London, Dəməşq, Şam şəhərlərində yaşayıblar. Ona görə də katolikosun bu bəyanatı prosesdən sui-istifadədir və erməni din xadiminin riyakar və ikiüzlü olduğunu, Allahdan qorxmayıb yalan danışdığını aydın şəkildə üzə çıxarır”.

Q.Hüseynli qeyd etdi ki, erməni katolikosunun bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə etdiyi müraciət də sırf ictimai rəyi çaşdırmağa, yeni yalanlar, qondarma “erməni oyunları” qurmağa xidmət edən amildir: “Suriyanın həmin ərazisində erməni sakinlər olmasa da, PKK-nın sıralarında kifayət qədər döyüşən erməni var. O, Suriyada baş verənlərin guya onda qondarma “erməni soyqırımı”nın təkrarlanması təəssüratını yaratdığını iddia edir. Bu kəmfürsətlər 700 min erməni yaşadığı yerdə 1 milyon yarım erməninin “öldürülməsindən” danışırlar. Bu gün Suriya ərazisində olan ermənilər kürdlərin bayrağı altında türklərə qarşı vuruşurlar. Bundan danışmaq lazımdır. Sən hansı soyqırımdan danışırsan və olmayan ermənilərin öldürülməsi haqqında yeni mif yaradırsan? Ona görə də Türkiyə düzgün yoldadır və öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyir, üstəlik, 3,5 milyon qaçqını yerləşdirməyə yer axtarır. Gəlib o əraziləri kürdlər tutublar. Halbuki, ora Suriya ərəblərinin torpaqlarıdır, onlar məcburiyyət qarşısında qalıb Türkiyə torpaqlarında yaşayırlar. Türkiyə humanitar bir addım atır və qaçqın düşmüş insanları öz yurdlarına qaytarmaq istəyir. Məsələni bu cür təsvir etmək lazımdır. Yoxsa, ermənilər bu gün Türkiyənin keçirdiyi əməliyyatlar nəticəsində “onminlərlə erməninin qətlə yetirilməsi” ilə bağlı miflər, saxta videolar hazırlayıb dünyaya yayır, beynəlxalq təşkilatlara göndərirlər. II Qareginin bu bəyanatı çox böyük həyasızlıq və din xadiminə yaraşmayan yaramaz bir hərəkət və ikiüzlülük, eyni zamanda da regionun böyük dövlətinin öz təhlükəsizliyinin qayğısına qalmasına yarlık yapışdırmaq cəhdindən başqa bir şey deyil” - deyə Q.Hüseynli bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910