Cümə axşamı günü, 05 noyabr 2026
     

Türkiyənin Suriyada hərbi əməliyyatları ermənilərin "Sevr" istəyinin də üzərindən birdəfəlik xətt çəkir

Image


Dünyanın böyük diqqətlə izlədiyi əsas məsələlərdən biri də qardaş Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlardır. Belə görünür ki, bu əməliyyat bölgədə kürdlərin yaratdığı terror təşkilatlarının, İŞİD-in mövqeyini əhəmiyyətli dərəcədə sarsıdacaq, ancaq geosiyasi müstəvidə də ciddi dəyişikliklərə səbəb olacaq. Çünki bütün Qərb dünyası sözügedən hərbi əməliyyatlara qarşıdır. Hətta ABŞ-da buna görə Türkiyəyə qarşı sanksiyaların tətbiqi belə gündəmdədir.

Məlumat üçün bildirək ki, ABŞ Senatı Suriya sərhədindəki YPG və PKK terror təşkilatına qarşı başladılan "Sülh çeşməsi" hərəkarı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar paketi hazırlayıb. Respublikaçı senator Lindsi Qrehem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiyalar paketində Türkiyəni hədəf alan ağır maddələr yer alıb. Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin vitse-prezident Fuat Oktay və bəzi nazirlərın adları sanksiyalar paketinə daxil edilib. Bundan başqa, Suriyadakı əməliyyatlar 90 gün ərzində dayandırılmayacağı halda hərbi və ticarət sektorlarına ağır sanksiyaların tətbiqi, Türkiyə Silahlı Qüvvələrinə təyyarə, avtomobil və onlara aid bütün ehtiyat hissələrinin satışının və hərbi kəşfiyyat məlumatlarının paylaşmasının dayandırılması yer alıb. Həmçinin, enerji və neft satışı mövzusunda Türkiyəyə və Türkiyə ilə əməkdaşlıq edən xarici ölkə və təşkilatlara sanksiyaların tətbiqi təklif edilir. Senatorlar Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə əlaqədar da sanksiyaların tətbiq olunmasını istəyiblər.

Sanksiyalar paketi Senatda qəbul olunarsa, prezident Donald Trampın masasına gəlmədən əvvəl Nümayəndələr Palatası tərəfindən də qəbul edilməlidir. Ancaq Trampın belə bir qanun layihəsinə veto qoymaq də səlahiyyəti var. Lakin Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu ilə qəbul edilərsə, Trampın veto səlahiyyətini keçərək qüvvəyə minir. Bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi.

ABŞ Prezidenti Donald Tramp isə Türkiyənin Suriyanın şimalındakı kürdlərə qarşı hərbi əməliyyatını "işğal" adlandırıb. Amerika lideri NATO-ya üzv olan Türkiyənin hərəkətlərini bəyənmədiyini bəyan edib. Trampın sözlərinə görə, Türkiyənin "Sülh çeşməsi" "pis ideyadır" və dayandırılmalıdır: “NATO üzvü olan Türkiyə Suriyaya hücum etdi. ABŞ bu hücumu dəstəkləmir və Türkiyəyə bu əməliyyatın pis bir fikir olduğunu bildirir". Avropa Birliyi də Türkiyənin Suriyada başlatdığı "Sülh çeşməsi" əməliyyatına reaksiya verib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyədən əməliyyatı dayandırmağı tələb edib, əks halda təhlükəsiz bölgə ilə bağlı ödəniş etməyəcəklərini bəyan edib. Amma Ankara, bu təhdidlərə rəğmən, əməliyyatları davam etdirəcəyini bəyan edib. Hətta Türkiyə ordusu Suriyanın şimalında yerüstü əməliyyatlara da başlayıb. Buna qədər isə Türkiyə ordusu Haseke əyalətində Darbasiyyə, Malikiyyə, Qamışlı, Rəkkada isə Tel-Abyad və Ayn-İsa şəhərlərinə aviazərbələr endirib. Ankara bəyan edib ki, türk ordusu "Sülh çeşməsi"  əməliyyatı çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək.

Onlara qarşı mübarizə aparan Suriya Demokratik Qüvvələrinin kürd birləşmələri Suriyanın şimal-şərqindəki Əl-Hasaka kəndində yerləşən neft quyularını yandırıblar.

Bundan əlavə, kürdlər Türkiyənin Suriya ilə sərhədindəki Ras əl-Ayn şəhərində təkərlərə od vurublar.Yaraqlı birləşmələrin qərargahı məhz bu şəhərdə yerləşir. Yaranmış vəziyyətdə kürdlər ABŞ-ın onları tək buraxmasından şikayətlənir. İndi onlar kömək üçün Rusiyaya üz tuturlar. Amma “vzqlyad.ru” portalı yazır ki, Rusiya Türkiyə ilə işbirlyinə daha çox önəm verir: “Türkiyə qoşunları Suriya Kürdüstanına müdaxiləyə başlayıb. Bu, əvvəlki müttəfiq – ABŞ kürdləri qorumaqdan imtina etdikdən sonra baş verib. Kürdlər Türkiyənin hücumu qarşısında artıq eyham vurublar ki, Rusiyanın simasında yeni müttəfiq axtarırlar. Ekspertlər Rusiyanı Türkiyə-kürd münaqişəsinə qarışmaqdan çəkindirir. İstisna deyil ki, Moskva Türkiyənin hərbi əməliyyatından xeyli fayda götürə bilər. Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürdlərin komandiri Məzlum Kobaninin fikrincə, Birləşmiş Ştatlar qoşunları çəkmək qərarı ilə kürdlərə münasibətdə ikili siyasət sərgiləyir. Suriya kürdlərinin Rusiyadakı emissarı Cavad Məhəmməd təsdiqləyib ki, amerikalıların bölgədən gedişi halında Suriya Kürdüstanında Moskva və Dəməşqlə danışıqlara hazırdırlar. O, “Vzqlyad” qəzetinə müsahibədə deyib: “Biz açıq qucaqla Dəməşqə müraciət edirik. Bizim onlarla dialoqumuz həmişə qalır. Bizim aramızda heç bir sərhəd yoxdur. Aramızda daim rabitə var. Türkiyənin geopolitik durumu ilə bağlı heç kim kürdlərə əl tutmaq istəmir. Biz Rusiyanın dəstəyinə çox ümid edirik. Biz hamımız Rusiyanı sevirik və tarixən çox bağlıyıq”. Amma ekspert Fyodor Lukyanov hesab edir ki, Moskva indi kürdlərə heç bir halda müdafiə vəd etməməlidir: “İndiki anda Türkiyə ilə münasibətlər çox-çox önəmlidir. Kürd məsələsinə qarışmaq lazım deyil. Hər yolla şərait yaratmaq gərəkdir ki, kürdlər Dəməşqlə uzlaşmağın onlar üçün uzunmüddətli təhlükəsizliyi təmin etməkdə yeganə yol olduğu mövqeyə yaxınlaşsınlar”. Hazırda gözlənilən budur ki, Moskva Türkiyənin əməliyyatlarına seyrçi qalacaq. Bu, Kreml üçün olduqca vacibdir. Məsələ burasındadır ki, regionda ABŞ-ın əsas planı Türkiyənin sərhədlərində olmaqla, İraq-Suriya sərhədindən Aralıq dənizinə qədər bir zolaqda kürdlərdən ibarət yeni dövləti qurmaqdır. Bu zolaq Suriyanın neftlə zəngin bölgəsidir və Aralıq dənizinə çıxır. Lakin əsas məsələ bunun iqtisadi tərəfləri deyil. Suriyanın yenidən dizayn edilməsi və yeni dövlət qurma cəhdləri  “Sevr”  planının tərkib hissəsidir.

Xatırladaq ki, 1920-ci ilin 10 avqustunda ABŞ prezidenti Vudro Vilsonun hazırladığı plana əsasən “Sevr” müqaviləsi imzalanıb.  “Sevr” müqaviləsinə əsasən Osmanlı torpaqları bölünürdü. Osmanlının bölünən torpaqlarında “Böyük Kürdüstan” yaradılmalı,  həmçinin, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilməli idi.  Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünməli və ermənilər beləliklə Qara dənizə çıxış imkanı əldə etməli idilər. Elə bu səbəbdən erməni lobbisi indiyə qədər aktiv şəkildə Suriyanın şimalında kürd dövlətinin yranamasına fəal dəstək verir. “Böyük Ermənistan” xəyalları quran ermənilərsə bu gün də kürdlərə hərtərəfli dəstək verir. Onlar hesab edir ki, “Kürdüstan” dövləti yaranarsa, "Sevr" diriləcək və bu onlara “Böyük Ermənistan” xülyalarını həyata keçirmək imkanı verəcək. Amma Türkiyənin hərbi əməliyyatları bütün bunların üzərindən birdəfəlik xətt çəkir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ