19/10/2019 17:00
728 x 90

Ermənistan Suriyada təzə "genosid oyunu"na başlayır... - Aydın Quliyev yazır...

img

"Türkiyə Suriyanın şimalında terrorçulara qarşı əməliyyata başlayandan ermənilərin yuxusu yenidən qaçıb. Əvvəlcə ermənilərin XİN-i bəyanat yayaraq Türkiyənin antiterror hərəkətini guya təcavüz kimi qələmə verməyə çalışdı, guya humanitar fəlakətlərin ola biləcəyindən saxta haray çəkdilər, dünyanı bu "təcavüzü"dayandırmağa səslədilər... Baxın, dünya bunların təcavüzündən danışır, bunlar isə abır-həya deyilən şeydən erməni millətinə pay düşmədiyini bir daha göstərməkdən utanmırlar".

Bu sözləri özünün facebook səhifəsində politoloq, "Bakı-Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev yazıb.

"Bəlli idi ki, ermənilər təzə oyun planlayıblar" yazan A.Quliyev daha sonra diqqəti ermənilərin bugünkü hay-həşirində çox ciddi bir nüansa çəkərək bildirir:"Bu da sübut. XİN-in ardından başlayıblar ki, guya Suriyanın şimallnda yaşayan ermənilər atəş altına düşüblər və sübut üçün Əl-Abyad şəhərinin hansısa bucağında yaşayan 16 erməni ailəsini göstərirlər. Elə məlumatlar yayırlar ki, sanki ermənilər əsasən Suriyanın bu gün Türkiyənin əməliyyat keçirdiyi bölgələrində yaşayırlar. Yəqin bir müddət sonra Suriyada türklərin guya müasir erməni genosidi etdiklərinə dair XXI əsr nağılları uyduracaqlar..."

Həqiqətən düşündürücü məqamdır və yüzillərin təcrübəsi nəzərə alınarsa, çox realdır...

Baki-xeber.com

Son xəbərlər