Prezident İlham Əliyev Bakıda İsveçrənin Kantonlar Şurası sədrini, Gürcüstanın Baş nazirini və Rusiya nümayəndə heyətini qəbul edib - FOTO

Prezident İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. “Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu var. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram.
Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr var. İsveçrə şirkəti "Holcim" Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin, Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır” - deyə Prezident bildirib.
Prezident İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı, habelə Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini də qəbul edib.
Baki-xeber.com