Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan “Qarabağ Ermənistandır”ın fiasko olduğunu anladı – Mnatsakanyan qurban verilir…

Image


Rusiya-Ermənistan münasibətlərində yaşanan problemlərin Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərə biləcəyi indi ekspert dairələrində ən çox müzakirə edilən mövzulardan biridir. Belə hesab edilir ki, Moskva Qarabağ məsələsində müəyyən yeniliklər etməyə hazırlaşır və Rusiya xarici işlər naziri Sergey Lavrovun “Valday” klubunda Dağlıq Qarabağla bağlı çıxışı bu fonda heç də təsadüfi deyil.

Hesab olunur ki, Sergey Lavrovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər prezident Vladimir Putinin İrəvanda Nikol Paşinyan iqtidarına göstərdiyi münasibətin davamıdır. Eyni zamanda bu, Paşinyanın Qarabağı Ermənistan ərazisi görməsinin Rusiya tərəfindən də mənfi qarşılanmasının daha bir təzahürü sayılır. Burada xatırlatmaq yerinə düşərdi ki, Paşinyan Qarabağla bağlı Xankədidə məlum bəyanatı verdikdən sonra Azərbaycan ATƏT-in Minsk Qrupu ölkələrinə müraciət edərək, onun bu fikrinə münasibət bildirmələrini istəmişdi. Uzun müddət sükut olsa da, məsələ ilə bağlı ilk reaksiyanı məhz Rusiya tərəfi verdi. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikirlər və daha sonra Lavrovun çıxışı birmənalı olaraq göstərdi ki, Rusiya Xankəndidə səsləndirilmiş fikirləri qəbul etmir. Çünki baş verənlər Rusiyanın da daxil olduğu Minsk Qrupu formatının fəaliyyətini heçə endirir, eyni zamanda Moskvanın cənub sərhədlərində heç də istəmədiyi yeni savaşın başlanmasını şərtləndirir. Digər tərəfdən, Rusiya prosesə seyrçi qalmaqla Azərbaycanla dinamik inkişaf edən münasibətlərini də korlamaq istəmir.  Elə bundan irəli gəlir ki, Prezident İlham Əliyevin “Valday” klubundakı çıxışı da Rusiya siyasi elitası tərəfindən  olduqca yüksək qiymətləndirildi. Bütün bunlar fonunda indi Moskvanın Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” ifadəsini tənqid etməsi Ermənistanda getdikcə daha çox ajiotaja səbəb olur. İrəvanda açıq etiraf edirlər ki, Moskvanın, xüsusən də Lavrovun qiymətləndirməsi təşviş doğurur, çünki Ermənistan danışıqları uğursuzluğa uğradan tərəf kimi özünü təsdiqləyir. Erməni siyasi şərhçi Akob Badalyanın sözlərinə görə, bu məsələ bir qüvvənin və ya bir siyasi xadimin edə biləcəyi iş deyil: “Buna görə də, 5 avqustda səslənən fikirlər bizə ciddi problemlər yaradır. Qarabağı Ermənistan kimi görürüksə, o zaman dünya ilə danışmalıyıq, çünki real dünya siyasətində dünya, daha doğrusu regional güc mərkəzləri qərar qəbul edən və bunun üçün cavabdehlik məsuliyyəti daşıyan tərəflə hesablaşacaq, onu nəzərə alacaq. Amma Ermənistan o həddə deyil ki, onunla danışıqlar aparlısın, dedikləri qəbul olunsun. Ona görə də Qarabağın Ermənistan kimi görülməsi məsələsi problem yaradır və bunu çox uzağa getməyərək Minsk Qrupunun, xüsusən də Rusiyanın sərgilədiyi mövqedə aydın görmək olar”.  
Bununla yanaşı, Badalyan onu da bildirib ki, güc mərkəzlərini aldatmaq mümkün deyil və onlar Ermənistan üzündən danışıqların uğursuzluğa uğramasını qəbul edirlər. Bu isə İrəvan üçün ciddi problemlərin yaranması deməkdir. Ermənistanda nəşr edilən “Past” qəzeti də məsələyə bu prizmadan yanaşır. Qəzet hətta vurğulayır ki, baş verənlərə görə özünü təmizə çıxarmaq məqsədilə  Nikol Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanı qurban verməyə hazırlaşır. Qəzetə danışan mənbələr deyiblər ki, bu günlərdə Mnatsakanyanın istefası yenidən gündəmə gəlib, çünki baş nazir Qarabağ məsələsi ilə bağlı hadisələrin inkişafından, xüsusən də Rusiyanın mövqeyindən hiddətlənib: “Belə ki, bu günlərdə “Valday” klubunun illik iclası zamanı Rusiya xarici işlər naziri kifayət qədər gözlənilməz və kəskin bəyanatla çıxış edib. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair siyasi proses tormozlanıb. Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” sözlərini xatırladan Lavrov, faktiki olaraq, Ermənistanın ünvanına ittiham irəli sürüb. Üstəlik yəqin ki, ilk dəfə. Və budur, bizim mənblələr təsdiq edirlər ki, bu bəyanatdan sonra hiddətlənmiş Paşinyan Zöhrab Mnatsakanyanı işdən azad etməyə hazırlaşır. Çünki hesab edir ki, o, Rusiya ilə lazımı iş aparmayıb və “Qarabağ Ermənistandır, vəssalam” bəyanatının tam mahiyyətini, ümumiyyətlə, Ermənistanın indiki hakimiyyətinin mövqeyini izah etməyib”. Mənbələr qəzetə onu da bildiriblər ki, indiyə qədər, adətən Azərbaycan tərəfini “hərbi bəyanatlarına görə danışıqları tormozlamaqda” ittiham edirdilər. İndi isə vəziyyət dəyişib və Ermənistan ittiham obyektidir. Elə erməni politoloq Aram Amatuni də qeyd edir ki, hadisələrin gedişi İrəvanın daha pis vəziyyətə düşdüyünü göstərir: “Rusiyanın yanaşması Ermənistan üçün qətiyyən məqbul deyil. Bu fonda diqqətçəkən məqam İrəvan görüşündən iki gün sonra Rusiya prezidenti Putinin Soçi şəhərində “Valday” klubunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsidir. Əslində bu, Avrasiya İqtisadi Birlyinin İrəvan sammitindən və onun siyasi kontekstindən narazılıq idi və şübhəsiz ki, yeni regional siyasi rəhbərliyin formalaşmasına sübutdur. Yeni regional siyasi rəhbərliyin Azərbaycanla formalaşması, şübhəsiz ki, Qarabağ münaqişəsinə də təsirini göstərəcək və Lavrovun Ermənistanı tənqid etməsi bu mənada təsadüfi deyil. Moskva seçimini edib”.

Belə vəziyyətdə digər erməni politoloq Arman Melikyan da Ermənistanın böyük problemlərinin başlanmasının qaçılmaz olduğunu vurğulayıb:  “Dağlıq Qarabağ məsələsi üzrə yeni danışıqlar platforması formalaşdırmadan, nəinki danışıqlar prosesində mövqelərimiz zəifləməyə davam edəcək, həmçinin cəbhə xəttində yeni problemlər ortaya çıxacaq”. Onun sözlərinə görə, bu durumda Dağlıq Qarabağ məsələsi üzrə yeni danışıqlar platforması formalaşdırmaq və işə salmaq üçün peşəkar fəaliyyət lazımdır.
Melikyan qeyd edib ki, burada “Valday” müzakirə klubunun işlərinə Azərbaycan prezidenti İlham Əliyevin dəvət olunmasını nəzərə almaq lazımdır: “Xarici işlər naziri Lavrov Ermənistana yönəlik məlum ittihamla bəlkə də İlham Əliyevi məmnun etməyə çalışıb. Mənim fikrimcə, Rusiya tərəfindən nümayiş etdirilən siyasət kontekstində Ermənistan və Azərbaycan üçün tamamilə müxtəlif rollar müəyyənləşdirilib. Amma faktdır ki, bu gün vasitəçilər artıq açıq mətnlə Ermənistanı qeyri-konstruktiv adlandırırlar. Bunun səbəbi “Qarabağ Ermənistandır, vəssalam” kimi hesablanmamış, populist bəyanatlardır. Bu, təhlükəsizlik də daxil olmaqla, bizim üçün ciddi problemlər yarada bilər”. 

Rusiyalı ekspert İqor Korotçenko Ermənistanda yaranan bu narahatlığın əslində əbəs olmadığını vurğulayır. Onun fikrincə, Moskva bu prosesdə Azərbaycanın mövqeyini dəstəkləyir: “Səbəb sadədir. Rusiya ilə Ermənistan arasında gərginlik Paşinyan hakimiyyəti ələ keçirəndən bəri mövcuddur. Gərginliyin dərəcəsi ikinci sualdır. Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Rusiyanın prinsipial mövqeyini nümayiş etdirdi. Bu, nə şübhə, nə də müzakirəyə açıq məsələdir. Digər tərəfdən, Ermənistana təzyiqin praktiki mexanizmləri hansılardır və İrəvanın beynəlxalq birliyin tələblərini yerinə yetirməsi, işğal olunmuş əraziləri tərk etməsi üçün nə etmək olar? Bir daha vurğulayıram: “Valday”da İlham Əliyevin Azərbaycan nöqteyi-nəzərindən yanaşmasını ekspert cəmiyyətinin geniş dairələrinə çatdırması çox yaxşı haldır. Qeyd etmək lazımdır ki, İlham Əliyevin çıxışı təhlükəsizlik üzrə aparıcı beynəlxalq ekspertlər tərəfindən dinlənilib. Bu, məlumatları dünyaya çatdırmağa kömək edəcək güclü və təsirli addımdır. Odur ki, Azərbaycan, “Valday” Forumu da daxil olmaqla, bütün imkanlardan istifadə edərək mövqeyini nümayiş etdirir. Mənim fikrimcə, bu siyasət hər zaman yenilənməli və daim aparılmalıdır. Təkcə Xarici İşlər Nazirliyinin, yüksək vəzifəli şəxslərin səyləri kifayət deyil. Qarabağ problemi daim qaldırılmalı və müzakirə edilməlidir. Azərbaycan bu istiqamətdə fəal işləyir. “Valday”da isə  Azərbaycan prezidentinin sözləri diqqətlə dinlənildi, böyük rezonans doğurdu və öz növbəsində, ekspertlərə Qarabağ problemini, ərazilərin işğaldan azad edilməsinin vacibliyini bir daha vurğulamaq üçün əsas verdi”.

Bütün bunlar fonunda siyasi təhlilçilər bildirir ki, yaranmış vəziyyətdə Qarabağ məsələsində İrəvanın narahat olmasına yetərincə səbəb var. Əsas səbəblərdən biri isə Rusiyanın Qarabağ münaqişəsinə yanaşmasında olan dəyişikliklərdir. İrəvanın yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları nəzərə almaması artıq Moskvada ciddi etiraz doğurur. Analitiklər belə qənaətdədir ki, indiyə qədər rəsmi İrəvan ona edilən xəbərdarlıqları da dəyərləndirə bilmədiyi üçün Kremlin, Qarabağ məsələsi də daxil olmaqla, Ermənistana qarşı digər müstəvilərdə daha sərt addımlar atması qaçılmazdır.

Digər tərəfdən o da faktdır ki, ötən ilyarım ərzində Paşinyan təkcə Rusiya ilə yox, eyni zamanda ABŞ və Avropa İttifaqı ilə münasibətlərini də, demək olar ki, korlayıb. Təkcə bir faktı xatırlatmaq kifayətdəir ki, bundan əvvəl BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün o, ABŞ-da səfər etmişdi. Lakin Paşinyan ABŞ-da nə Dövlət Departamentində, nə Konqresdə, nə də Ağ Evdə hansısa görüş keçirə bildi. Eynilə Avropa ölkələri də ondan məsafə saxlayır. Belə demək olarsa, artıq bütün dünya Ermənsitana, onun rəhbərinə qeyri-ciddi yanaşır. Təbii ki, bu hal da Qarabağ münaqişəsinin çözümündə Azərbaycan üçün daha əlverişli şərait formalaşdırır. Bunun nəticələri isə yaxın tezlikdə özünü mütləq şəkildə büruzə verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ