17/11/2019 18:33
728 x 90

Trampın Suriyadan çəkilmək qərarı ABŞ siyasi elitasını parçaladı - Türkiyə sanksiyalarla təhdid edildi

Vaşinqtonda Türkiyənin NATO üzvlüyünün dayandırılmasına çağırış edənlər də var

img

ABŞ prezidenti Donald Tramp, Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyata başlaması ərəfəsində bu ölkədəki əsgərlərinin “evə dönmək vaxtı gəldiyini” bəyan etdi və dərhal da Amerika qoşunları bölgədən çəkilməyə başladı.

Baki-xeber.com xəbər verir ki, Trampın bu qərarı həm Respublikaçılar, həm də Demokratlar tərəfindən sərt reaksiya ilə qarşılandı.

Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi qərarın regional təhlükəsizlik və sabitliyə təhdid yaratdığını deyərək, Trampı qərarından geri dönməyə çağırıb. Başqa bir demokrat Bob Menendezə görə, bu addım Yaxın Şərqdə yeni bir xaos dalğasına səbəb olacaq.

Əvvəllər Türkiyənin qanuni müdafiə haqqını müdafiə edən Respublikaçı senator Lindsi Qrem də Trampı qərarına qarşı çıxaraq Türkiyə əleyhinə sərt bəyanat verib. Qrem qərarın ləğvi üçün qanun layihəsini Senata təqdim etməyə də hazırlaşdığını da deyib.

Senator Twitter hesabından Türkiyəni açıq təhdid də edib. “Türkiyə Suriyanın şimalına girsə, bu addımı Konqresin cəhənnəmdən gəlmə sanksiyaları təqib edəcək. Hərtərəfli, dərin və dağıdıcı sanksiyalar gələcək" - Lindsi Qrem deyib.

Qrem bundan əvvəlki açıqlamasında, Türkiyə Suriyaya girəcəyi halda demokratlarla ortaq bir sanksiya layihəsini Konqresdən keçirəcəklərini və Türkiyənin NATO üzvlüyünün dayandırılmasına çağırış edəcəklərini söyləmişdi.

Respublikaçılardan Mitç Makkonnell də ABŞ qüvvələrinin geri çəkilməsinin Rusiya, İran və Əsəd rejiminin xeyrinə olacağını deyib.

Səfər etdiyi ölkələrdə demək olar ki hamısında etirazlara məruz qalan ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Haley Trampın Suriyanın şimal-şərqindən qoşunları çıxarmaq qərarına qarşı çıxaraq, bunun ABŞ-ın müttəfiqlərini “ölümə tərk etməsi” mənasına gəldiyini deyib.

ABŞ Konqresindən gələn müxalif səslərin ardınca Ağ Ev məsələyə aydınlıq gətirib. Adı açıqlanmayan yüksək səviyyəli rəsmi, ordunu Suriyadan tamamilə çıxarılmadığını və əsgərlərin digər bazalara köçürüləcəyini söyləyib.

Son xəbərlər