Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan Suriya terrorçularının Qafqaza yeni köçünün təşkilinə başlayır

Image


Qardaş Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması ilə dünyanın diqqəti yenidən bu bölgəyə yönəlib. Prosesin müəyyən müddətdən sonra Cənubi Qafqazla da əlaqəsinin olacağı gözlənildiyindən, baş verənlər burada da diqqətlə izlənir. Çünki Türkiyənin hərbi əməliyyatlarla sıxışdırdığı terror qruplaşmalarının bir hissəsinin Ermənistana, İrəvan vasitəsilə zəbt edilmiş Azərbaycan ərazilərinə yeni axını qaçılmaz sayılır. Xatırladaq ki, bundan əvvəl də Suriya və İraqda sıxışdırılan terrorçuların bir qismi məhz qeyd edilən ərazilərdə məskunlaşıb.

İndi isə Türkiyə terrorçulara qarşı bu dəfə daha genişmiqyaslı əməliyyata start verib. Yəni terrorçulara daha sərt zərbələr vurulacaq və bu da onların bölgədən axınını sürətləndirəcək. Qeyd edək ki, rəsmi Ankara artıq Münbiç və Fəratın şərqində anonsunu verdiyi əməliyyata başlayıb. Bölgədən gələn son məlumatlara görə, türk hərbi birlikləri Cerablusdan çıxaraq Münbiçə doğru irəliləyir. Bu fonda Türkiyə Hava Qüvvələri Suriyanın Hasake əyalətində PKK-ya bağlı YPG terrorçularının başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bazalarına aviazərbələr endirib. Bundan başqa, Türkiyənin müxtəlif şəhərlərindəki hərbi hissələrdən daha əvvəl Hataya göndərilən komando birlikləri və şəxsi heyət daşıyan zirehli texnikadan ibarət kolon təhlükəsizlik tədbirləri altında Kilis şəhərin mərkəzindən keçərək sərhəd xəttinə doğru irəliləyib. Onu da bildirək ki, Münbiç Fərat çayının qərbində yerləşən strateji şəhər sayılır. PKK və YPG terror təşkilatının buranı tərk edəcəyi barədə dəfələrlə vəd verməsinə baxmayaraq, ABŞ vədləri yerinə yetirməyib. Hətta yeni əməliyyatlar fonunda ABŞ prezidenti Donald Tramp Ankaranı “icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə hədələyib: “Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm”. Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidir:“ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi”. Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq. Ankara isə bəyan edir ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.

 İndilikdə isə Suriyada sıxışdırılan terror qruplaşmalarının başqa məkanlara, o cümlədən Qafqaza üz tutması qaçılmaz sayılır. Onların buraya gəlişinə şərait yaradan əsas dövlət qismində isə işğalçı Ermənistan çıxış edir. Ümumiyyətlə, hadisələrin təhlili göstərir ki, Ermənistanın Suriya və digər ərazilərdəki terrorçularla getdikcə daha sıx işbirliyi mövcuddur. Bura hətta İŞİD terrorçu qruplaşması da daxildir. İŞİD-lə yanaşı, Ermənistan Suriyada genişmiqyaslı fəaliyyətini davam etdirən PKK ilə də sıx işbirliyi içindədir. Hələ bu ilin aprelində məlum olmuşdu ki, Suriyada PKK terror təşkilatının tərkibində ermənilərdən ibarət yeni terror qrupu yaradılıb. Qrupun tərkibinə Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub. PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabedir. Bundan sonra məlum oldu ki, bu vaxta qədər PKK-ya qucaq açan Ermənistan indi onun tərkibini elə ermənilərin hesabına da genişləndirmək üçün müvafiq addımlar atıb. Daha bir fakt odur ki,  PKK-ya silah və maddi dəstək verən Ermənistan hazırda ASALA terror təşkilatını yeni adla dirçəltməyə başlayıb. Beləliklə, görünən budur ki, ermənilərlə terrorçular arasında işbirliyi kifayət qədər sıxdır. Məhz bu fonda Suriyada sıxışdırılan ierrorçuların Ermənistan sayəsində Qafqaza böyük axını tamamilə gözlənilən haldır. Buna qədər isə Türkiyə və terrorçular arasında müəyyən müddət sərt qarşıdurmanın yaşanması gözlənilir. Rusiyanın “Nezavisimaya qazeta”  mətbu orqanı bu xüsusda yazır: “Türkiyənin hərəkətə keçməsindən sonra əsasını kürd birləşmələri təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) döyüş texnikası və silahlı dəstələri Türkiyə sərhədinə dartır. Kürdlərin böyük qüvvələri Raqqa əyalətinin şimalında Təll-Abyad şəhərinin yaxınlığında yerləşib. Kürdlər bu qayda ilə “özlərini və xalqı” müdafiə etməyə hazır olduqlarını göstərirlər. Bu haqda SDQ təmsilçisi Mustafa Bali bu yaxınlarda deyib: “Biz Türkiyənin istənilən şüurlu hücumunu tərəddüd etmədən bütün sərhəd boyu total savaşa çevirərik”. ABŞ-ın hərbi idarəsi də kürdlərə müəyyən dəstək ifadə edib. Amerikalılar SDQ-nin fəaliyyət zonasında da ona praktik yardım göstərirlər. Əlbəttə, Suriyanın bütün sərhədi boyunca hücum olmayacaq. Ankara üçün indi SDQ güclərinin yerləşdiyi şəhərləri tutmaq vacibdir”. Hadisələrin gedişi göstərir ki, Türkiyə bu xüsusda yaxın tezlikdə istəyinə nail olacaq. Qeyd edildiyi kimi, bu da terrorçuların Qafqaza, ilk növbədə Ermənistana axınına rəvac verəcək. Bir məqamı da xatırladaq ki, Ermənistan 1992-ci ildən bəri öz torpaqlarını PKK düşərgələrinə açıb. Hazırda Gümrü, Spitak və İrəvan yaxınlığında ciddi terror düşərgələri mövcuddur. Eləcə də zəbt edilmiş Azərbaycan ərazilərinə terrorçuların mütəmadi axını qeydə alınır. Bütün bunlar isə terrorçuların Ermənistan sayəsində Qafqazda da möhkəmləndyini aydın göstərir. O da faktdır ki, buna qarşı lazımi addımlar atlımasa, Ermənistan terrorçuların regiona axınını daha da gücləndirəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ