14/12/2019 06:18
728 x 90

Radikalların bələdiyyə seçki passivliyinin hegemon səbəbi – hər bələdiyyəyə heç olmasa bircə namizəd verməyə də kadr yoxdur...

Seyid Camal Əzimbəyli: “Radikal müxalifətin yerlərdə namizədliyini irəli sürmək üçün kadr potensialı yoxdur”

img

Hər bir normal, demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığının, siyasi yetkinliyinin hərarət və səviyyəsini müəyyənləşdirən meyarlardan biri, bəlkə də başlıcası seçki institutudur. Ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən dövr ərzində radikal müxalifət düşərgəsində siyasi passivliklə müşahidə olunan kəskin böhran daha da dərinləşib.

Məlum olduğu kimi, bu il növbəti siyasi kampaniya baş tutacaq. Belə ki, dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ancaq bələdiyyə seçkilərinə çox az müddətin qalmasına baxmayaraq, radikal müxalifətin timsalında hər hansı hazırlıq müşahidə edilmir. Seçkilərə hazırlıqla bağlı hansısa təbliğat xarakterli fəaliyyət, proqramın ortaya qoyulması və s. özünü göstərmir. Hansı ki, hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan partiya bələdiyyə seçkilərinə xüsusi önəm verməlidir. Ağıllı, praqmatik mövqedən çıxış edən partiyalar buna xüsusi önəm verir və realist mövqedən çıxış edirlər. Ən azından, hər 5 bələdiyyə üzvündən birinin müxalifət təmsilçisi olması təbliğat nöqteyi-nəzərdən, partiya üzvlərinin işlə təmin olunması və digər məsələlər baxımından müəyyən üstünlükləri özündə ehtiva edir. Radikal müxalifət təmsilçiləri isə ənənəvi köhnə arqumentlərdən çıxış edərək, seçkilərdə passivliyini malalamağa çalışırlar. Ənənəvi arqumentləri ondan ibarətdir ki, bələdiyyələrin səlahiyyətləri məhduddur, maliyyə imkanları yetərli səviyyədə deyil, icra hakimiyyəti onların işlərini görür və s. Ancaq, əslində, radikal müxalifətin bələdiyyə seçkilərinə passiv yanaşmasının kökündə dayanan səbəblər başqadır. Bunun bir başlıca səbəbi onunla bağlıdır ki, radikal müxalifətin bələdiyyə seçkilərində namizədliyini vermək üçün komandası yoxdur. Yəni yerlərdə bu partiyaların kadrları yoxdur ki, onların namizədliyini irəli sürsünlər. Bələdiyyə seçkilərində iştirak edən şəxsin gərək idarəçiliklə bağlı müəyyən bacarığı, qabiliyyəti olsun. Görünən odur ki, belə kadrların olmaması üzündən radikal müxalifət prosesdə passiv iştirak edir. Digər tərəfdən, cəmiyyət bunlarla əməkdaşlıq etmək istəmir, bunda maraqlı deyil. İstəmir onlarla birlikdə seçkiyə getsn. Hər hansı bir radikal müxalifət üzvü fərdi şəkildə belə namizədliyini vermək istəyəndə cəmiyyət onları dəstəkləmir. Bax, məsələnin əsl mahiyyəti bununla bağlıdır.

Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?

  • “...olmayan arqumentlər uydururlar”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, radikal müxalifətin kadr komandası olmadığına görə seçkidən yayınır: “Əvvəla partiya hakimiyyətə iddialıdırsa, danışdıqları ilə əməlləri uyğun gəlirsə, bütün seçkili orqanlarda təşkilat üzvlərinin iştirakı zəruridir. Bu, siyasi partiyalar üçün ən vacib məsələdir. O cümlədən, bələdiyyə seçkilərində iştirak etmək hər bir partiyanın maraqları çərçivəsində olmalıdır. Görünən odur ki, radikal müxalifətin yerlərdə bələdiyyə seçkilərində namizədliyini irəli sürmək üçün kadr potensialı yoxdur. Onlar isə hər vəchlə bu biabırçı mənzərəni gizlətməkdən ötrü olmayan arqumentlər uydururlar. Əslində isə bu sahədə radikal müxalifət partiyalarının durumu çox pisdir. Müxalifətin zəifliyi, elektoratın tamamilə sıradan çıxması və yerlərdə üzvlərinin o qədər də nüfuza malik olmaması səbəbindən seçkiyə getməkdən yayınırlar. Savadı olan mütəxəssislər, ümumiyyətlə, bu partiyalara qoşulmurlar. Yeri gələndə illərlə işsiz qalırlar, amma bu partiyalara qoşulmurlar. O da məlum həqiqətdir ki, cəmiyyət də radikal müxalifətlə əməkdaşlıqda maraqlı deyil. Bir səbəb də bununla bağlıdır. Bütün bunlar, nəticə etibarilə radikal müxalifətin seçkilərdən kənarda qalmasına gətirib çıxarır”.

Vidadi ORDAHALLI

Son xəbərlər