Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyana “Bakı ilə diplomatik savaşın yeni mərhələsində İrəvan tam məğlub oldu” ittihamı erməniləri bürüyür…

Image


Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib.

Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, atəşkəs rejiminə rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı.

Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağlıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndələrinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində Ermənistanın işğalçılıq siyasətinin etirafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsassız eyforiya idi. Şovinizm, aqressiya və işğalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyasət yürüdən Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının uçurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqində olduğundan, məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməyə çalışırdı.

Təsadüfi deyildi ki, Paşinyan, əslində Dağlıq Qarabağda terrorçu-separatçı dəstələrdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ildə döyüşdə öldürülmüş Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun kəlməsini şüara çevirməklə rəsmi İrəvanın işğalçılıq, terror və aqressiv millətçilik siyasəti yürütdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa, Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasətçiləri belə cürət etmirdilər: onlar anlayırdılar ki, belə düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan imtina etmək, işğalçılığın etirafıdır.

Ona görə də "Valday" Klubu təki mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənən "Qarabağ Azərbaycandır və nida işarəsi!" yerində və məqamında edilmiş çıxış idi.

Paşinyan Dağlıq Qarabağda hərbi xunta rejimi təmsilçiləri önündə ya erməni lobbisi təmsiçiləri çıxışında sərt ritorika seçmiş və bununla da Ermənistanın işğalçılıq siyasətini, əslində, ifşa etmişdisə, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi. Yanaşma, zehniyyət, diplomatik məharət fərqi, konstruktivlik və destruktivlik arasında fərq bundadır.

Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu.

Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.

İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya tamamən məğlub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları, onların baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta “xalqdan gəlmə başa nazir” imicini, ilk zamanlar ona bəslənən etimad limitini alt-üst edib.

Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalançı demokrat imicini də darmadağın edərək, onun əslində söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi.

Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürəkli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun dərin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər.

Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düçar olduğu məğlubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addımım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" Klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqe ilə bağlı məsləhətləşmələr aparıb.

İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düçar olan, yürütdüyü işğalçılıq siyasəti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünki onun özü hazırda Ermənistanın ən böyük problemlərindən biridir.

Əli HƏSƏNOV
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ