şənbə günü, 07 noyabr 2026
     

Qafqazda dəyişən geosiyasi vəziyyət Qarabağ münaqişəsi ətrafında yeni durum yaradır

Image


Hərbi güc baxımından Azərbaycanın Ermənistandan kifayət qədər üstün olması və bu fonda Dağlıq Qarabağ münaqişəsini elə güc yolu ilə istənilən an  öz maraqları çərçivəsində həll edə biləcəyi bütün dünya miqyasında etiraf edilən həqiqətdir. Belə bir vaxtda yenə  beynəlxalq miqyasda Ermənistana xəbərdarlıq sayıla biləcək daha bir hadisə baş verib. Nüfuzlu “Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısı ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan ordusu ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib. Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb, Gürcüstan isə 85-cidir. Buradan bir daha aydın görünür ki, regionda ən güclü ordunun sahibi qismində yenə Azərbaycan çıxış edir. Təbii ki, bu vəziyyətdə Qarabağ münaqişəsinin hərbi müstəviyə keçməsi halında nəticələrin necə olacağını əvvəlcədən təsəvvür etmək o qədər də çətin deyil. O da aydındır ki, İrəvan Qarabağ danışıqlarında konstruktiv mövqe nümayiş etdirməkdən yayınmaqda davam etsə, konfliktin çözümü mütləq şəkildə hərbi müstəvidə olacaq. Bunu ukraynalı politoloq Aleksey Voronenko da istisna etmir. O, bu prosesə geosiyasi amillərin də təsir göstərdyini vurğulayır: “Bu gün Yaxın Şərqdə və Mərkəzi Asiyada siyasi dəyişikliklərin aktiv fazası müşahidə olunur. Məsələn, əvvəllər Cənubi Qafqaza ən böyük təsiri Rusiya göstərirdisə, artıq bu gün Türkiyə hesablaşmalı olduğumuz bir gücə çevrilir. Sözügedən fakt bu ilin sonuna qədər işğal altındakı rayonların bir hissəsinin azad edilməsi məsələsində Azərbaycanın aktivinə yazılır. Bakı minimal qüvvə sərf etməklə antiterror əməliyyatları başlaya və artıq bu ilin sonuna qədər bir neçə rayonu azad edə bilər. Bu gün Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycanın güclü ordusu ilə hətta bir neçə saat başa-baş döyüşmək iqtidarında deyil. İrəvanın isə Moskvadan kömək gözləməyinə dəyməz. Onsuz da Kreml hazırkı Ermənistan hakimiyyətinin anlaşılmaz mövqeyindən bezib. Burada isə üstəlik Türkiyə də Azərbaycanın tərəfindədir. Təbii ki, Paşinyana heç kim kömək edə bilməyəcək. Bütün dünya Bakının tərəfini tutacaq. Çünki burada söhbət Qarabağda müharibədən deyil, heç bir beynəlxalq hüquq normalarına zidd olmayan antiterror əməliyyatlarından gedir”.

Belə əməliyyatların başlanacağı təqdirdə Rusiyanın Ermənistanı yalnız buraxması İrəvanın cəbhədə məğlubiyyətini qısa zaman kəsiyində reallaşdıracaq.  Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bildirir ki, Moskva İrəvana əvvəlki münasibəti bəsləmir və bu şəraitdə hərbi, antiterror əməliyyatalrına start verilməsi Bakının lehinədir: “20 il əvvəl bəlli idi ki, erməni tərəfi müharibəsiz bizə torpaqları verməyəcək. Ancaq bizim gücümüz o səviyyədə deyildi. Neft kontraktları işləmirdi, ordumuzun inkişafı üçün maliyyə yox idi. O zaman ermənilərin üzərində üstünlük qazanmaq üçün potensialımız yox idi. Sadəcə, heç nədən daha çox itki verə bilərdik. Amma siyasət mürəkkəb şeydir. İndi vəziyyət dəyişib və müharibənin mümkünlüyü barədə boş yerə danışılmır. Biz dərk edirik ki, indiki Azərbaycan hərbi cəhətdən Ermənistanı qat-qat üstələyib. İkincisi, Rusiya artıq Ermənistandan çıxır. Gec və ya tez bu baş verəcək. Rusiyada güclü olan erməni lobbisi imkanları çərçivəsində bu prosesi ləngidir. Real müşahidəçilər baş verənləri görürlər və regionda baş verən proseslər də bunu göstərir. Ermənistanın yaranması və indiki vəziyyətə gəlməsinin səbəbi Rusiya imperiyasının Osmanlı imperiyası ilə rəqabət aparması olub. İndi Rusiya-Türkiyə əlaqələri inkişaf edir, əməkdaşlıq forması tapılır. Onların arasında olan əlaqələrdə daha Ermənistan kimi alətə ehtiyac olmur. Siyasət nə qədər pafoslu deklarasiya ilə ifadə edilsə də, real maraqlardan ibarət olur. Bu gün real maraqlara baxanda, bəlli olur ki, Ermənistan tarixi funksiyasını itirməkdədir. Hesab edirəm ki, bu mərhələ bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Beləliklə, bütün bu qeyd edilənlər Qarabağ münaqişəsinin hərbi çözümünü istisna etmir və geosiyasi faktorlar, o cümlədən qardaş Türkiyənin regionda mövqelərinin güclənməsi də buna əlverişli şərait yaradır. Çox maraqlıdır ki, qeyd edilən məqam Ermənistanda da ciddi narahatlıq yaradır və Türkiyə amili xüsusi qabardılır. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan qeyd edir ki, Azərbaycan silah almaqda, Türkiyə ilə birlikdə təlimlər keçirməkdə və hərbi xarakterli bəyanatlar verməkdə davam edir. Onun sözlərinə görə, bu durumda cəbhədə vəziyyət nisbətən sakit olsa da, vəziyyətə nəzarət etmək lazımdır: “Aydındır ki, bəzi qısamüddətli gərginlikləri nəzərə almasaq, artıq heç olmasa ən azı 1-1.5 ildir ki, cəbhə bölgəsində sabit vəziyyətimiz mövcuddur. Digər tərəfdən Türkiyə-Azərbaycan təlimləri daha intensiv keçirilməyə, yaxud daha geniş nümayiş olunmağa başlayıb. Türkiyə bölgədə güclənməyə çalışır və bu da bizim maraqlarımıza ziddir”.

Ermənistanın sabiq iqtidar partiyası olan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da qeyd edir ki, İrəvanın yarıtmaz siyasəti bölgədə proseslərin daha sürətlə Bakını lehiən cərəyan etməsiən itmkan verir. Onun sözləriən görə, baş nazir Paşinyanın yanlış xarici siyasəti Rusiyanın Türkiyənin bölgədə mövqelərini gücləndirməsinə imkan verir: "Amma görünən öudur ki, bunlar indiki hakimiyyəti düşündürmür. Elə bu səbəbdən hakimiyyətin başı yalnız siyasi terrorla daxildəki rəqiblərini susdurmağa yönəlib. Rusiyada qırmızı, Fransada yakobinçilərin terroru bunlardandır. Maraqlıdır ki, hər iki halda hədəf siyasi rəqiblərə qarşı terror olub. Bu şəxsləri bir halda əksinqilabi royalitlər, digər halda əks inqilabi ağlar paketinə qarışdırırdılar. Hər iki halda yeni hakimiyyətin hədəfi xarici deyil, daxili düşmən simasının formalaşdırılması olub.
Demək olar ki, Nikolun hakimiyyəti ələ keçirməsindən sonra Ermənistanda eyni şey baş verir. "Addım"çılar bizi qara elan etdilər. Daha sonra Qarabağda xəyanətkar qüvvələr axtarmağa başladılar. Hazırda isə daxili düşmən simasını Konstitusiya məhkəməsinə yapışdırırlar. Nikol Paşinyanın təşəbbüs göstərdiklərinə dövlətçiliyin dağıdılması deyə bir ad vermək olar. Bütün qanuni vasitələrdən istifadə edilməklə bunun qarşısı alınmalıdır. Sonra xalq olaraq başımıza döyəcəyik, amma o zaman artıq gec olacaq. Biz bu gedişlə tezliklə Qarabağı da itirəcəyik. Zəifləyən Ermənistana qarpış Azərbaycan hərbi əməliyyatlara çox tez başalya bilər və bu prosesdə ona regionda güclənməkdə olan Türkiyə də yardım edəcək".

Hazırda Cənubi Qafqazda Türkiyə yaxın müttəfiqi olan Azərbaycanla hər sahədə əməkdaşlığı inkişaf etdirir. Özü də əvvəllər olduğu kimi, Türkiyə və Azərbaycan başqa dövlətlərə qarşı hansısa addım atmaq məqsədi ilə deyil, regionda sülhü, barışı və əməkdaşlığı təmin etmək niyyəti ilə əlaqələri inkişaf etdirirlər. Türkiyənin Cənubi Qafqazda daha fəal mövqe tutması bütün regionun maraqlarına uyğundur. Cənubi Qafqazda iki türk dövlətinin əlaqələri bütövlükdə regionun sabitliyi, insanların rifahı və ölkələrin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. İndi bu prosesə Moskva tərəfindən də müvafiq şərait yaradılması gözlənilir. Çünki bu hal Rusiyanın da maraqalarnıa cavab verir və elə Ermənistanı da qorxudan budur.Rusiyalı politoloq Vitali Arkov qeyd edir ki, geosiyasi vəziyyət və yeni qüvvələr balansı regionda Ermənistanın mövqeyini getdikcə zəiflədir. Onun sözləriən görə, bu hal İrəvana da yaxşı məlumdur, sadəcə Paşinyan hakimiyyətdən devriləcəyindən qorxaraq Qarabağ münaqişəsinin çözümü üçün əməli addımlar ata bilmir: “Rusiya, Azərbaycan, Türkiyə kimi regionda mühüm rol oynayan dövlətlərin mövqeyi yaxınlaşır və bu hal Qarabağ məsəəlsinə də təsirsiz ötüşmür. Xatırladım ki, Paşinyanın sələfləri son 20 ildən bir az artıq müddət ərzində Ermənistan cəmiyyətini Azərbaycana qarşı əhval-ruhiyyə ilə kökləyib. Və Paşinyan hakimiyyətə gələndə ümid var idi ki, o, “Qarabağ klanı” ilə əlaqəsi olmadığına və liberalyönümlü insan olduğuna görə, gözlənildiyi kimi, gərginliyi azaltmaq siyasətinə başlayacaq. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşləri zamanı verdiyi bəyanatlar və ilk görüşləri bunu təsdiq edirdi. Lakin biz indi başqa mənzərə görürük. Bunun da izahı var. Paşinyanın bütün bu hərbi ritorikası daxili auditoriyaya yönəlib. Paşinyanın və komandasının vədlərinə baxmayaraq, ölkədə sosial-iqtisadi vəziyyət pisləşir. Hələ orta əsrlərdən məlumdur ki, belə olan halda öz uğursuzluqlarının səbəbini xarici düşmənlərdə axtarmaq, bəzən isə müharibəyə başlayaraq iqtisadiyyatdakı bütün problemləri müharibənin üzərinə atmaq lazımdır. Başqa bir məqam da var. Moskva, Ankara və Nur-Sultan (keçmiş Astana) Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi üzrə iş aparır. Söhbət ərazilərin tədricən, əvvəlcə işğal olunmuş yeddi və ya beş rayonun qaytarılmasından gedir. Lakin biz bilirik ki, “Paşinyan layihəsi” Qərb yönümlüdür. Qərb isə Rusiya və Türkiyənin Qafqazda güclənməsini istəmir. Əgər İrəvan əraziləri qaytarsa, burada Ankaranın da xidməti olacaq. Mən indi Bakını demirəm, çünki bu, onsuz da aydındır. İndi İrəvanın bütün bəyanatları, qoşunların təmas xəttindəki bütün təxribatları Azərbaycanı cavab tədbirlərinə sövq etməyə yönəlib. Ermənistanda isə bunu aqressiya adlandıracaqlar. İrəvana hazırda irimiqyaslı olmayan, 2016-cı ilin aprel döyüşləri tipində müharibə çox lazımdır. Ermənistan tərəfi yenidən özünü qurban elan edəcək. Paşinyan üçün isə bu, xilas variantıdır”. Ekspert hesab edir ki, məhz bundan sonra zəbt edilmiş ərazilərin qaytarılması prosesi başlanacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ