Regionda həyata keçrilən transmilli layihələrdən kənarda qalan Ermənistan düşdüyü ağır vəziyyətdə daha çox təxribatçı əməllərə can atır. İyulun 23-də fəhlələrin Türkiyədən “Axalkalaki” stansiyasına gələn yükün daşınmasını dayandırması və bu prosesin Ermənistan mediası tərəfindən xüsusi işıqlandırılması da qeyd olunan fonda heç də təsadüfi sayılmır. İddialar səslənir ki, proses məvaciblərin gecikməsiən görə başalyıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları" QSC-nin Gürcüstan filialı “Axalkalaki” dəmir yolu stansiyasında işçilərin tətili ilə bağlı bəyanat yayıb. Bəyanata görə, filialın nümayəndələri və işçilər arasında Axalkalaki dəmir yolu vağzalı ərazisində görüş keçirilib. Görüşdə işçilərin əməkhaqları ilə bağlı yaranan borcun ödənilməsi ilə bağlı məsələ müzakirə olunub. Danışıqlardan sonra işçilər tətili dərhal dayandırıblar. Şirkət maaşların iyulun 24-dən etibarən ödənilməsiən başlanıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin inşasını həyata keçirir. Baş verənlər fonunda Ermənistanın “168 jam” qəzetinin yazdıqları isə məsələdə erməni izinin olduğunu açıq nümayiş etdirir. Qəzet yazır: “Bakı-Tiflis-Qars dəmir yolu beynəlxalq ambisiyalı layihənin bir hissəsidir, ideyası Gürcüstan vasitəsilə Azərbaycanın və Türkiyənin dəmir yollarını birləşdirmək və bununla da Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Avropaya qədər daha ucuz və qısa alternativ nəqliyyat dəhlizi yaratmaqdır. Bu strateji əhəmiyyətli yolun böyük parçası Gürcüstanın daha çox etnik erməni əhalisinin yaşadığı Cavaxetiya regionundan keçir. Əvvəlcədən Cavaxetidə bu layihəyə qarşı idilər. Yerli erməni əhalisi üçün əsas problem ondan ibarət idi ki, Bakı-Tiflis-Qars marşrutu Azərbaycanda fokuslanır və Ermənistanı istisna edir“. Elə bu yanaşma prosesdə erməni əlinin olmasının daha bir təzaşürü sayılır. Məsələ ilə bağlı “Kavkazplus” saytı da maraqlı yanaşma sərgiləyir: “23 iyulda Bakı-Tiflis-Qars dəmiryolu magistralı ilə tam həcmli yükdaşıma “işçilərin tətili” görünüşü altında həyata keçirilən faktiki diversiya və sabotajın müşayiəti ilə başladı. Bunların Bakı-Tiflis-Qars layihəsinin gözdən salınması üçün edildiyi və xaricdən koordinasiya olunduğu aydın şəkildə göründü“. Dəmir yolunun Axalkalakidən keçən hissəsində 23 iyulda ermənilər tərəfindən tətil adı altında problemlərin yaradılmasına toxunan sayt insidentin yaranmasında Gürcüstandakı erməni separatçılarının aktiv rolu olduğunu və onların ermənilərə maaş verilməməsi bəhanəsindən məharətlə istifadə etdiyini bildirib: “Dəmir yolunun qapadılmasının qarşısını almaq üçün “Dəmiryolservis” şirkəti 24 iyul 14:00-a qədər bütün işçilərin maaşlarını 100% ödəcəyi vədini verdi. Nəticədə işçilər etirazları dayandırdılar və vaqonların yüklənməsini davam etdirdilər, amma nəzərdə tutulmamış fasilə yarandı və gələcəkdə bunun təkrarlanmayacağı ilə bağlı zəmanət yoxdur. Faktiki olaraq Cavaxetiyadakı separatçı hərəkat özünün regionda baş verən proseslərə təsir imkanlarını göstərdi. Bu, erməni millətçiləri və Cavaxetiya separatçılarının təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün yox, həm də bütün Avrasiya üçün strateji əhəmiyyət daşıyan dəmiryoluna münasibətdə həyata keçirdikləri göstəriş xarakterli aksiya idi”.
Cavaxetiya və yerli sadə ermənilər üçün layihənin dəyərinin böyük olduğunu bildirən sayt həmçinin bunun insanların yaşadıqları bölgələri tərk etməyə imkan vermədiyini də qeyd edib: “Burada paradoks var. Ermənilər bir tərəfdən bu yolun çəkilməsinə düşmən mövqe tutur, digər tərəfdən isə dəmir yoluna xidmət edən şirkətə ancaq yerli ermənilərin götürülməsini tələb edirlər. Hətta bu şirkətlərin ünvanına guya onların işə yalnız türk və azərbaycanlıları götürəcəyinə dair isterik bəyanatlar da səsləndirilmişdi. Belə millətçi isterik bəyanatlara bəhanə verməmək üçün bu şirkətlərin hamısı, o cümlədən “Dəmiryolservis” işə daha çox erməniləri götürməyə başladı. Nəticədə əvvəldən Bakı-Tiflis-Qars magistralı erməni işçiləri arasında əhval-ruhiyyəyə tam nəzarət edən erməni millətçilər və Cavaxetiya separatçılarından asılı vəziyyətə düşdü”.
Yerli ermənilərə Rusiyaya gedərək qul kimi çalışan soydaş miqrantlarından daha yaxşı vəziyyət yaradıldığını bildirən sayt onların heç də az maaş almadıqlarını vurğulayıb: “Görünən odur ki, erməni millətçiləri və separatçıları Bakı-Tiflis-Qarsın ciddi şəkildə gözdən salınmasına başlayıblar. Yerli erməniləri provokasiya edərək ən həlledici anda tətilə başlatdılar. Bu, faktiki olaraq diversiya idi. Belə ki, tətil iş prosesində elan edilmir, onun barəsində adətən öncədən xəbərdarlıq edilir. Bu, daha çox sərnişin təyyarəsinin enişindən əvvəl pilotların tətil elan etməsinə bənzəyir. Mövcud diversiya bu provokasiyanın arxasında hansı güclərin olduğunu deyir. Axı Axalkalakidə dəmir yoluna yaxın, xüsusilə yüksək ödənişin olduğu stabil işi tapmaq mümkünsüzdür. Görünür, separatçı strukturlar erməni işçilərə onlara qarşı sanksiya qoyulacağı və ya qovulacaqları təqdirdə hansısa vədlər veriblər. 23 iyuldakı tətil diversiyası göstərir ki, Cavaxetiyada erməni separatizmi Gürcüstanın ciddi problemidir və əgər onunla mübarizə aparılmasa, o, bundan sonra da Gürcüstana və onun beynəlxalq iqtisadi əməkdaşlığına problemlər yarada bilər”. Belləiklə, qeyd deilənlərdən aydın görünür ki, ermənilər regionda mühüm əhəmiyyət daşıyan layihə ətrafında yeni qalmaqal yaratmağa çalışır. Bundan ən çox zərər görən tərəflərdən biri isə Gürcüstan özü olacaq. Məhz bu səbəbdən hesab edilir ki artıq rəsmi Tiflis ermənilərlə bağlı əməli addımlar atmalıdır. Enyi zamanda onu da qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı tezliklə fəaliyyətini dayandıracaq və onu burada Türkiyənin “Polat” şirkəti əvəzləyəcək. Ermənistanın “168 jam” qəzeti də etiarf edir ki, yolun Axalkalakidən keçən hissəsində heç də az sayda erməni çalışmır. Elə tətil təxribatını nəsas iştirakçıları da onlardır. Bu mənada belə halların təkrarlanmaması üçün “Polat” şirkətinin daha sərt mövqe sərgiləməsi də vacib sayılır.
Nahid SALAYEV