23/08/2019 22:23
728 x 90

Prezident mətbuatımızı Azərbaycanın dünyada eşidilən səsi adlandırdı və nəşr olunan qəzetlərə 1 milyon manat ayırdı

img

Bünövrəsi "Əkinçi" ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə paylaşımında qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam da imzalayıb.

Sərəncama görə, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Son xəbərlər