şənbə günü, 07 noyabr 2026
     

“Qarabağ klanı”nın hakimiyyətdən gedişi də Qarabağ həllinin düyününü aça bilmir – hərb yolu qaçılmaz olur...

Image


Ermənistan daxilində baş verən olaylar bu ölkədə gərginliyin artan xətt üzrə getdiyini aydın şəkildə nümayiş etdirir. Bu durumda isə İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində effektiv addımlar ata bilməsi də ciddi sual altına düşür. Elə bundan irəli gəlir ki, konfliktin həlli istiqamətində qarşı tərəflə aparılan danışıqlar hansısa ciddi nəticə vermir.

Belə vəziyyətdə İrəvanın əsas niyyəti isə danışıqlar prosesini uzatmaq, münaqişənin dinc müstəvidə çözümünü əngəlləməkdir. Bunu elə bu günlərdə ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşündə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da xüsusi olaraq diqqətə çatdırdı. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayan nazir, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərə baxmayaraq, sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Aydındır ki, hadisələrin bu səpkidə inkişafı nəticə etibarı ilə alternativ variantın, yəni savaşın başlanma ehtimalını yüksəldir. 

Hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunması istiqamətində İrəvanın hansısa real addımlar atmaması, əslində Bakıya başqa seçim yolu da qoymur. Elə amerikalı ekspert Piter Teys də qeyd edir ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayandırılmasa, Azərbaycanın güc variantını işə salması qaçılmazdır. Ekspert qeyd edir ki, Azərbaycan Dağlıq Qarabağda silahlı münaqişənin həlli istiqamətində çox ehtiyatlı, praqmatik və ardıcıl siyasət aparsa da, İrəvan barədə bunları demək mümkünsüzdür: "Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Lakin davam edən münaqişə bütün Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə təhlükəsizlik üçün ciddi fəsadlar törədə bilər". Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin təşviqi üçün zəruri olan addımlara gəldikdə isə, Teys hesab edir ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və doğma yurdlarını tərk etmiş azərbaycanlı icmasının qayıtması üçün lazımi şərait yaradılmalıdır: “Bu iki şərt günahsız azərbaycanlıların qanının axmasına səbəb olmuş 30 illik silahlı münaqişənin sülh yolu ilə nizamlanmasını təmin edəcək”. Eyni mövqe  rusiyalı ekspert Dmitri Fetisov tərəfindən də sərgilənir. Onun sözlərinə görə, hazırda İrəvanın Qarabağ siyasəti daha çox Ermənistanın özünə ziyan vurur: “Münaqişənin davam etdiyi müddət ərzində Ermənistanda tənəzzül, demoqrafiya və digər istiqamətlərdə problemin də miqyası artıb. Azərbaycanda isə bunun əksi qeydə alınır. Məhz bunlardan Ermənistan müvafiq nəticələr çıxarmalıdır. Həqiqətən də hamını qane edə bilən həll yolu mövcud deyil. Əks halda, Qarabağ məsələsi çoxdan bağlanmışdı. Hətta Ernənistanda hakimiyyətin dəyişməsi, “Qarabağ klanı”nın getməsi heç bir tərpənişə gətirib çıxarmadı. Nikol Paşinyanın Qarabağ üzrə bütün bəyanatları onun mövqeyinin sarsılmaz olduğunu deyil, münaqişənin nizamlanmasını uzatmaq cəhdlərini təsdiq edir.

O, əslində məsələnin həllini istəmir, sadəcə, bu mövzudan istifadə edir. Lakin olduqca uğursuz oynayır. Axı hətta Ermənistan cəmiyyətində belə, Paşinyanın bu cür yanaşmasına qarşı çıxırlar. Erməni lider tərəfindən açıq-aydın populist yanaşma vaxtı uzatmaq istəyi ilə əlaqədardır. Bu isə o deməkdir ki, Paşinyanı indiki vəziyyət qane edir, o, Qarabağ üzrə irəliləyişlərdə maraqlı deyil. Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Aydındır ki, kompromis tapmaq çətin olacaq. Lakin buna can atmaq lazımdır. Bu baxımdan Paşinyanın mövqeyi dialoq imkanı ilə ziddiyyət təşkil edir. Bu onu göstərir ki, Paşinyan vəziyyəti yaxşı anlamır və səmərəli dialoq formatında iştiraka hazır deyil”. Ekspert vurğulayır ki, məsələyə bu tərzdə yanaşma Ermənistanın özünün əleyhinə işləyir, çünki yeni savaşı tətikləyir. Onun sözlərinə görə, yeni savaşın başlanması Ermənistanın onsuz da zəif mövqeyinin daha böyük ölçüdə sarsılması ilə nəticələnəcək.

Digər ekspertlər də diqqəti buna yönəldir ki, indilikdə Ermənistan regionun geosiyasi sabitlik baxımından ən zəif ölkəsidir. Nikol Paşinyan hakimiyyətə gələndən qeyri-müəyyənlik daha da artıb. Hələ də Ermənistan rəhbərliyinin dəqiq hansı geosiyasi xətti seçdiyi aydın deyil. Onun qonşu dövlətlərə istiqamətlənmiş siyasətinin məzmunu da risqlərlə doludur. Elə Qarabağ məsələsində də  Ermənistan rəhbərliyinin münaqişənin həllində çox ziddiyyətli mövqe tutduğu aydın görünür. Həm regionun geosiyasi gələcəyi, həm də münaqişənin həlli perspektivləri baxımından bu durum risqlidir və onun aradan qaldırılması lazımdır. Bu kontekstdə böyük dövlətlərin bundan sonra Ermənistana yönəlik siyasətlərində hansı məqamlara üstünlük vərcəklərindən çox şey asılıdır. Onlar ancaq bu bağlılıqda yenilik etməklə vəziyyəti müsbətə doğru dəyişə bilərlər. Əks təqdirdə həmin güclərin də istəmədiyi yeni Qarabağ savaşının başlanması qaçılmaz sayılır. Bunu digər rusiyalı politoloq İqor Şatrov da təsdiq edir: “Məlumdur ki, uzun illər ötsə də, nəticə yoxdur. Lakin aktiv hərbi əməliyyatlar da getmir. Bu, klassik dondurulmuş münaqişədir. Demək olar ki, beynəlxalq danışıqların iştirakçıları çox da effektiv işləmirlər. Amma burada vacib olan başqa məsələdir. Hətta tərəflərdən biri haqlı olmasa belə, onlarda güzəştə getmək istəyi olmalıdır. Biz dünya ictimaiyyətinin bu münaqişəyə necə baxdığını bilirik. BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlamaq kifayət edir. Aydındır ki, söhbət Azərbaycanın işğal edilmiş rayonlarından gedir. Bəs məsələni bundan sonra necə həll etməli? Hər halda yalnız bir yol, yəni güzəştlər qalır. Bu, dövlətlərarası münasibətlərdən qaynaqlanan məntiqdir. Təbii ki, çətin qərardır, lakin tərəflər addım-addım razılığa gələ bilərlər. İlk addımı isə Ermənistan atmalıdır. Başlanğıc üçün Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları azad etmək lazımdır. İrəvan bundan ehtiyat edirsə, tədricən hərəkət edə bilər. Rayonları hissə-hissə azad edə və silahsızlaşdıra bilər. Bunu uzun zaman kəsiyində etmək olar, bu vaxt ərzində Azərbaycanın da hansısa qarşılıqlı addımlar atmaq istəyi yarana bilər. Lakin təkrar edirəm ki, ilk addımı Ermənistan atmalıdır. Bunun üçün böyük güclərin Ermənistana təzyiqi də artıq real olmalıdır. Qarabağ münaqişəsinin həlli Qafqazda sabitlik baxımından çox önəmldir”. Bütün bunlar üçün, yuxarıda qeyd olunduğu kimi, böyük güclərin Ermənistana qarşı real təzyiq rıçaqlarını işə salması olduqca vacibdir. Bu, həm də Ermənistanın düşdüyü böhrandan xilası üçün mühüm əhəmiyyət kəsb edir. Belə vəziyyətdə, əslində o da aydın görünür ki, Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı vahid mövqe yoxdur. Cəmiyyətin bir qismi reallıqları görməyə başlayır. Onlar hərbi yolla işğal etdikləri torpaqları saxlaya bilməyəcəklərini anlayırlar. Görünür, bunu hakim dairələrin də dərk etməsi vacibdir. Əks təqdirdə, yeni Qarabağ savaşı ilə Ermənistan adlı dövlətdən əsər-əlamət qalmayacaq. Qeyd edilənlərin bu dərəcədə aydın olmasına baxmayaraq, Ermənistanın qeyri-müəyyən mövqeyində qalması sülh prosesini əngəlləyir. Bunu Azərbaycan tərəfi dəfələrlə ən yüksək səviyyədə bəyan edib.

İndi Bakının əsas istəyi budur ki, real durumu beynəlxalq ictimaiyyətin, xüsusən də həmsədrlərin anlaması və konkret addımlar atması baş tutsun. Yəni bundan sonrakı gedişat həmsədrlərin nə dərəcədə fəal olacağından, onların obyektiv və ədalətli mövqe tutacaqlarından asılıdır. Konkret desək, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı düz yola gətirməli və zərurət olsa, Ermənistana təzyiq edilməlidir. İrəvanın bu günə qədər prosesi dalana dirəməsi, uzatması, müxtəlif bəhanələr gətirməsinə son qoyulmalıdır. Əks halda danışıqlar nəticəsiz qalacaq və bu da, istər-istəməz, savaşa yol açacaq. Bunun qarşısını almaq üçün Rusiya, ABŞ və Fransa qətiyyət göstərib, təcavüzkarı konstruktiv mövqeyə gətirməlidirlər. Artıq buna ehtiyac daha çox duyulur. Məsələ yalnız Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlı deyil. Bunu həm qlobal proseslərin dinamikası, həm də regionda yaranmaqda olan mürəkkəb geosiyasi mənzərə tələb edir. Çünki ekspertlər də əmindirlər ki, regionda risq faktoru getdikcə daha da güclənir. Bunun perspektivdə daha böyük təhdid yaratmasının qarşısını almaq üçün isə Qarabağ münaqişəsinin həlli zəruri şərt qismində çıxış edir.

Digər tərəfdən, Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanın özünün də məhvini sürətləndirir. Ermənistan bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğunda, sosial-iqtisadi inkişafda, geosiyasi aspektdə Azərbaycandan xeyli geridə qalır. Azərbaycanın sürətli inkişafı fonunda bu fərq getdikcə daha aydın surətdə hiss olunur. Ekspertlər bu durumda belə nəticə çıxarırlar ki, Azərbaycanın Ermənistandan çox güclü olması qalibiyyət üçün İrəvana heç bir şans vermir. Əksinə, Ermənistan məsələnin həllini yenə də uzatmaq istəsə, Azərbaycan ordusu daha genişmiqyaslı əməliyyat keçirib, İrəvana daha sarsıdıcı zərbə vura bilər. Özü də bu dəfə hərbi proseslər lokal məkanda getməyəcək. Çünki Azərbaycan 2016-cı ilin aprel döyüşlərindən lazımi nəticələri çıxarıb, daha koordinasiyalı, güclü və sürətli fəaliyyəti ilə qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın edə bilmək qüdrətinə malikdir. Məhz qeyd edilənləri indi İrəvanın nəzərə alıb müvafiq addımlar atması, Qarabağ münaqişəsinin həllini tezləşdlirməsi Ermənistanın gələcəyi üçün çox vacibdir. Hər halda, Azərbaycan yaxın tezlikdə münaqişənin çözümü istiqamətində Ermənistanın lazımi addımlar atmasını gözləyir. Əks təqdirdə Bakı İrəvanı buna güc yolu ilə vadar etməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ