23/08/2019 22:26
728 x 90

Akademik, MM-in Komitə sədri Əhliman Əmiraslanov “Bakı-Xəbər” kollektivini təbrik etdi

img

Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov “Bakı xəbər” qəzetinin rəhbərliyini və kollektivini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Hörmətli akademikin qəzetin təsisçisi və baş redaktoru Aydın Quliyevə ünvanladığı məktubda deyilir:

Hörmətli Aydın müəllim!

Sizi və əməkdaşlarınızı 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edirəm!

Mətbuat cəmiyyətin, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. Bu gün 144 yaşı tamam olan Azərbaycan Milli Mətbuatının zəngin tarixi vardır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır.

Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır.

Hörmətli Aydın müəllim!

Sizə peşəkar və şərəfli fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Bir daha Milli Mətbuat Gününüz mübarək olsun!

Hörmətlə,
Əhliman Əmiraslanov
Akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri

Son xəbərlər