şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın hakimiyyəti Avropa Məhkəməsinin və Venesiya Komissiyasının bir qərarından tam asılı duruma gəldi...

Image


İşğalçı Ermənistanda vəziyyət yenidən qarışır. Bunun əsas səbəblərindən biri sosial-iqtisadi müstəvidə artan problemlər və yaranan vəziyyətdən istifadə etməyə çalışan “Qarabağ klanı”nın baş nazir Nikol Paşinyana qarşı kütləvi aksiyalar təşkil etməyə çalışmasıdır. Paşinyan isə əvvəlki qaydada “Qarabağ klanı”nı hüquqi müstəvidə sıradan çıxarmaqda israrlıdır.

Hazırda proseslərin gedişi göstərir ki, Paşinyan klanın lideri sayılan ölkənin sabiq prezidenti Robert Köçəryanı həbsdə saxlamaqda, sonuncunun tərəfdarları isə onu azadlığa çıxarmaq üçün ən müxtəlif vasitələrə əl atmaqda israrlıdır. Bu durumda Ermənistanın Konstitusiya Məhkəməsi sabiq prezidentin cinayət işi üzrə icraatı dayandırıb və onu məsləhətləşmə aparılması məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərib. İyulun 18-də qəbul olunan məhkəmə qərarına əsasən, Konstitusiya Məhkəməsi sabiq prezidentin barəsində cinayət işi üzrə yekun qərarı hər iki beynəlxalq hüquq təşkilatının rəyindən sonra verəcək. Bundan əvvəl isə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Köçəryanın azadlığa buraxılması qərarını ləğv edib və sabiq dövlət başçısı yenidən həbsxanaya göndərilib. Ermənistanın hüquq-mühafizə orqanları isə birinci instansiya məhkəməsinin hakimini təqib etməyə başlayıblar. Xatırladaq ki, Köçəryana qarşı 2008-ci ildə Ermənistanda Konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. “Qarabağ klanı” isə işin Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərilməsi fonunda Köçəryanı siyasi məhbus qismində qələmə verməyə başlayıb.

“Qarabağ klanı”na daxil olan erməni psixoloq Mhirdat Madatyan və İrəvan Ağsaqqallar Şurasının sabiq üzvü Marina Xaçatryanın son açıqlamaları da bunu təsdiq edir. Onlar bildirib ki, Robert Köçəryanı siyasi məhbus hesab edirlər. Madatyanın sözlərinə görə, Avropa tezliklə bu statusu ona verəcək: “Köçəryanın nüfuzu hazırda kifayət qədər artıb. Paşinyan Köçəryanı necə “bağlamağı” düşünür və onu özünə yeganə alternativ hesab edir. Bu gün Paşinyan öz qonaqlarını Köçəryanın inşa etdirdiyi şimal prospektinə gəzintiyə çıxarır”. Xaçatryan isə, öz növbəsində Köçəryandan başqa erməni general Manvel Qriqoryanı da siyasi məhbus hesab etdiyini qeyd edib: “Bir həkim olaraq, Qriqoryana qarşı nümayiş etdirilən davranışa ürək ağrısı ilə baxıram. Qriqoryanın nə üçün mühakimə edildiyi məlum olmadığı bir halda, səhhətində bu cür ciddi problemi olan insanı necə həbsdə saxlamağın mümkün olduğunu anlamıram. Sadəcə, bu şəxsin danışmağını istəmirlər. Ermənistanın ikinci prezidenti güclü şəxsiyyət, təhsilli ailəyə malik olmaqla mübarizə aparır və nüfuzu qalxırsa, Qriqoryan sanki ümidlərini itirib. Qriqoryan doğrudan da cinayət törədibsə, hamı kimi mühakimə olunmasını istəyirəm. Qriqoryanı dinləmək və medalın ikinci üzünü görmək arzusundayam”.

Baş nazir Nikol Paşinyan isə deyilənlərə sərt cavab verib. Onun sözlərinə görə, indiki vəziyyətdə Köçəryan siyasi məhbus adlandırlmamalıdır: “Robert Köçəryanı siyasi məhbus adlandıran bütün şəxslər onu demək istəyir ki, mən bu gün Ermənistanın Silahlı Qüvvələrini İrəvan şəhərinə daxil edə və istənilən müxalifət təzahürlərini tankların tırtılları altında əzə bilərəm”. Bu arada isə proseslər göstərir ki, artıq  “Qarabağ klanı”nın da yaxından iştirakı ilə Ermənistanı Paşinyanın qorxduğu aksiyalar bürüyür. Ermənistanın İcevan rayonunda baş verənlər də bunun təsdiqidir. Qeyd edək ki, İcevanda taxta-şalban sexlərinin əməkdaşları etiraz aksiyası təşkil edib, Gürcüstana gedən yolu qapadıblar. Etirazçılar hökumətdən meşələrdə ağac kəsilməsinə qoyulan qadağanın ləğvini tələb ediblər. Nəticədə polislə toqquşma yaranıb və 13 nəfər yaralanıb.  Nikol Paşinyan bildirib ki, hökumətə qarşı bütün qanunsuz tələbləri diqtə etmək cəhdlərinin qarşısı ən sərt formada alınacaq: “Heç bir qanunsuz kompromis olmayacaq və bunu hamının bilməsi vacibdir. Bu vəzifəni hüquq-mühafizə orqanları qarşısında dəqiq şəkildə qoyuram. Heç kim hökumətlə şantaj dilində danışmaq haqqına sahib deyil”. Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq

Ermənistan polisinin rəhbəri Valeri Osipyan isə İcevanda baş verən aksiyada 500-600 nəfərin iştirak etdiyini deyib. O, etirazçıların polisin tələbinə tabe olmadığını bildirib: “Heç nədən asılı olmayaraq, biz hər kəsin polisiyik və hər kəsin yanında yer alırıq, amma bəzi insanlar var ki, səbrimizi zəiflik kimi qəbul etməyə cəhd edirlər. Bəli, Ermənistan qanunvericiliyində göstərildiyi kimi, polis güc tətbiq etdi və tətbiq etməyə davam edəcək”. Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıb və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib. “Qarabağ klanı” bəyan edir ki, baş verənlər ölkədə diktatura hakimiyyətinin qurulmasının göstəricisidir və bu hala qarşı aksiyalar davam etməlidir.

Belə bir vaxtda “Qarabağ klanı” Paşinyanla ordu arasında dərinləşməkdə olan uçurumdan da istifadə etməyə can atır. Belə ki, Paşinyan ordudakı zabitlərin əkəsəriyyətini oğru adlandırıb. Erməni siyasi xadim Volodya Ovannisyan isə bu fonda bildirir ki, Paşinyan və onun komandasının bu mövzuda davranış tərzi əvvəlki hakimiyyətlə müqayisədə daha biabırçıdır: “Misal olaraq, heç bir yerdə bugünədək işləməyən bir şəxsin ədliyyə naziri təyin edilməsi və onun təmtəraqlı fərdi yaşayış evinin cəmiyyət tərəfindən görülməməsi üçün ata evinə köçməsi faktını göstərə bilərəm. Yeni hakimiyyətə gələn şəxslərin var-dövlət və mülkiyyətlərinin naməlum mənbələrinin açıqlanmasını tələb edirəm”.
O qeyd edib ki, Paşinyan və onun komandası Ermənistan tarixi üçün bir ləkədir:
“Ordudakı zabitləri ağızdolusu oğru adlandıran Paşinyana demək istəyirəm ki, yeni hakimiyyətə gələnlərin var-dövlətini və illərlə məsul vəzifələr tutmaqla orduda xidmət edənlərin mülkiyyətlərini müqayisə etsin. Bu günlərdə bir qrup zabit heyəti ilə görüşdüm və onlar dedi ki, Paşinyanın mətbuat konfransında ordu zabitlərinin oğru və siçovul kimi ordunu talan etmələri barədə alçaq bəyanatına görə özlərini təhqir olunmuş hesab edirlər.
Polkovnik, polkovnik-leytenant rütbəsində olan ordunun zabitləri, korpus komandirinin müavinləri, alay komandirləri olmuş şəxslər bu gün çörək problemi yaşayırlar. İndiki hakimiyyətin 27-28 yaşındakı mənsublarının malik olduğu var-dövlətin heç bir qisminə də sahib deyillər. Zabitlərin dediyini Paşinyana ötürməklə bildirmək istəyirəm ki, “Nikol Paşinyan, sən sadəcə yalançısan”. Eyni zamanda öz fikirlərimi də əlavə edərək, Nikol Paşinyanın yalançı olduğunu vurğulayıram”. Belə vəziyyətdə hakimiyyətlə ordu arasında münasibətlərin daha da kəskinləşməsi gözlənir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ