23/08/2019 00:51
728 x 90

Vüqar Səfərli jurnalistlər üçün tikilən 3-cü yaşayış binasının gələn il təhvil veriləcəyini açıqladı

img

Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".

Son xəbərlər