şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan torpaqlarını qaytarmaq məcburiyyəti Paşinyanı və “Qarabağ klanı”nı daxili intriqa planlarına yönəldir...

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan daxilində ziddiyyətlərin daha sürətlə dərinləşməsi, “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında bu istiqamətdə də münasibətlərin kəskin qarşıdurma həddinə çatması müşahidə olunur. “Qarabağ klanı” iddia edir ki, Paşinyan onları sıradan çıxararaq Azərbaycanla hansısa razılıqlar əldə etməyə çalışır. Paşinyan da tamam əks mövqedən çıxış edir.

Erməni mediası öz növbəsində yazır ki, kəskinlən qarşıdurma Ermənistanı daha da zəiflədir və belə vəziyyətdə İrəvanın Qarabağ məsələsində Bakıya məğlub olması qaçılmaz olacaq. Digər tərəfdən, yayılan məlumatlardan belə bəlli olur ki, zəbt edilmiş ərazilərdə “prezident seçkiləri”nə qədər Paşinyan “Qarabağ klanı”nı tam sıradan çıxarmağı düşünür. Ermənistanda sabiq prezident Robert Köçəryanı həbsxanadan azadlığa buraxan birinci instansiya məhkəməsinin hakimi David Qriqoryanın hakimiyyətin təzyiqinə məruz qalması isə bunun daha bir təsdiqi sayılır. Bildirilir ki, hazırda Qriqoryanın məhkəmə binasındakı kabineti möhürlənib. Bundan başqa, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları onun evində axtarış aparıblar. Ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bu məlumatı təsdiq edib. O əlavə edib ki, axtarış bu xidmətin apardığı istintaq çərçivəsində həyata keçirilib və təfsilatı barədə məlumat verilməyəcək. Bundan əvvəl də “politika.am” portalı yazıb ki, kabinet möhürləndikdən sonra hakim və onun vəkilinə oraya daxil olmaq qadağan edilib. Xüsusi İstintaq Xidmətinin müstəntiqi isə bildirib ki, kabinet cinayət yeridir. Məzuniyyətdən qayıdan Qriqoryan nə baş verdiyini anlamayıb.

Xatırladaq ki, İrəvan birinci instansiya məhkəməsi mayın 20-də oyuncaq “Dağlıq Qarabağ” respublikasının indiki başçısı Bako Saakyan və keçmiş rəhbəri Arkadi Qukasyanın zəmanəti ilə sabiq prezident Köçəryanın azadlığa buraxılması, cinayət işinin icraatının dayandırılması və onun əlavə istintaqı barədə qərar verib. İyunun 25-də isə Ermənistan Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və sabiq prezident yenidən həbsxanaya göndərilib. Erməni mediası yazır ki, Robert Köçəryanı həbsxanadan azadlığa buraxan birinci instansiya məhkəməsinin hakimi David Qriqoryanın belə təzyiqlərə məruz qalması səbəbsiz deyil. Bildirilir ki, Paşinyan bununla, əslində digər hakimlərə də dərs vermək istəyir ki, “Qarabağ klanı”nın təmsilçilərindən kimsə məhkəməyə cəlb edildikdən sonra azadlığa çıxmasın. Yaxın tezlikdə isə “Qarabağ klanı”nın digər təmsilçilərinin də həbsə atlması gözlənir və onların bir çoxunun məhkəmə istintaqı da yekunlaşmaq üzrədir. Bundan sonra isə Paşinyan zəbt edilmiş Azərbaycan ərazilərində ona qarşı olan qüvvələri sıradan çıxarmaq istəyir. Bunun üçün ən yaxşı məqam Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejimin keçirmək istədyi 2020-ci ildəki “prezident seçkiləri” hesab olunur. “Prezident seçkiləri” ilə bağlı hazırda Azərbaycan torpaqlarında yaşayan ermənilər arasında ciddi qarşıdurma yaşanır.
Separatçı rejimin keçmiş “xarici işlər naziri” Arman Melikyan bu fonda Qarabağda toqquşmaların olacağını hesab edir. Onun fikrincə, “prezidentliyə güzəştli namizəd” çıxmayacaqsa, Qarabağda vətəndaş toqquşması real olacaq: “ Bako Saakyan, Samvel Babayan, Araik Artunyan, Vitali Balasanyan və digərləri ortaq “namizəd” və ya “namizədlər” tapıb razılaşacaqlarsa, problem olmayacaq. Yox, bunun əksi olacaqsa, daxili siyasi qarşıdurma, hətta “vətəndaş müharibəsi” qaçılmaz olacaq. Qarşıdurma olacaqsa, bu, Azərbaycanın əlini gücləndirəcək və daha ciddi risqlər yaranacaq. Onda Azərbaycan asanlıqla Qarabağa nəzarət imkanı qazana biləcək”.

Ermənistanın “İrates” nəşri isə qeyd edir ki, qondarma qurumun “rəhbərliyi” mümkün qədər sakit şəkildə hakimiyyət dəyişikliyini həyata keçirməyə çalışır.
Nəşrə görə, müharibə vəziyyətində bu, məntiqi və zəruridir: “Lakin bununla belə, bəzi qüvvələr bütün bunları qızışdırmağa və intriqalar yaratmağa çalışır. Qarabağdakı mənbələrimizin verdiyi məlumata görə, hazırkı vəziyyətdə “prezidentliyə namizədlər” içərisində təhlükəsizlik şurasının rəhbəri Vitali Balasanyan favoritdir və qarabağlılar ona xüsusi rəğbət bəsləyir. Qarabağdakı rejimin bəzi nümayəndələri gecə-gündüz “inqilabçıların” siyasətini tərifləyən Ara Harutyunyanı üstün tutursa, o zaman bu məsələdə digərlərinin ciddi ziddiyətləri var. Bizdə olan məlumata görə, Köçəryan öz şəxsi komandası ilə, Sarkisyan isə Respublika Partiyası ilə Balasanyana öz dəstəyini ifadə edib. Paşinyanın Balasanyana sərt münasibət göstərməsinin səbəbi də məhz budur”. Bu fonda “Joğovurd” nəşri yazır ki, “Qarabağ klanı” ilə Paşinyanın daha qanlı toqquşması gələn il baş verəcək. Çünki Paşinyan və “Qarabağ klanı” separatçı rejimin başına öz adamlarının gəlməsini istəyir. Qeyd olunur ki, Paşinyanın əsas namizədi qondarma qurumun keçmiş “müdafiə naziri” Movses Akopyandır. “Jamanak” yazır ki, belə vəziyyətdə Paşinyan Qarabağda vəziyyəti qarışdırmağa çalışır. O, Dağlıq Qarabağda Silahlı Qüvvələrin keçmiş komandanı Samvel Babayan vasitəsilə burada aksiyalar təşkil edib, “Qarabağ klanı”nın mövqeyini sarsıtmağa cəhd göstərir. 

Ermənistan parlamentinin sabiq deputatı Ruben Akobyan isə qeyd edir ki, belə vəziyyətdə Qarabağda qarşıdakı günlərdə ciddi hadisələr gözlənilir: “Təhlükəli olan həm də Paşinyan hakimiyyəti tərəfindən ləkələnmiş, qüsurlu hesab edilən generalitetin üzvlərinin müxtəlif cəbhələrdə peyda olmasıdır. Bu isə təhlükəli məqamlarla doludur. Generalitetin düşərgələrə bölünməsi prosesinin qarşısı alınmasa, təhlükəli hadisələr baş verə bilər. Hakimiyyət razılıq mühiti yaradılmasına cəhd etmir. Əksinə, qarşıdurmanın daha da artmasına xidmət edir”.

Bu arada məlum olub ki, Paşinyan separatçı rejim üzərində nəzarəti gücləndirmək üçün artıq hərəkətə keçib. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan onun tapşırığı ilə Azərbaycanın işğal edilmiş bölgəsinə gəlib. Qriqoryan Qarabağda separatçıların lideri Bako Saakyanla görüşüb. Görüş zamanı əsasən təhlükəsizlik sferasındakı məsələlərin müzakirə edildiyi bildirilir. Qriqoryan-Saakyan görüşündə “DQR”in “təhlükəsizlik şurası”nın katibi Arşavir Qaramyan da iştirak edib. Erməni mediası yazır ki, əslində, Qriqoryan Saakyana Paşinyanın tələblərini çatdırıb. Bu tələblər isə “prezident seçkiləri”ndə İrəvanın, yəni Paşinyanın namizədinin separatçı rejimin başına gəlməsidir. Saakyanın buna qarşı çıxması isə “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında gərginliyi daha da artırıb. Hesab edilir ki, yaxın günlərdə Paşinyan Qarabağda vəziyyəti qarışdurmaq və burada da inqilab təşkil etmək üçün aktiv hərəkətə keçəcək. Bu fonda Ermənistanın “Qraparak” qəzeti yazır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimdə ciddi kadr dəyişiklikləri olacaq və bütün təşəbbüslər də İrəvandan gəlir. Erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan ermənilər bu məsələdə Paşinyana dəstək verə bilər: “Çünki insanlar yaranmış vəziyyətdən bezib. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər. Bu səbəbdən Qarabağ erməniləri dəyişiklik istəyir”.

Hazırda Paşinyan üçün əsas məsələ bu durumdan istfiadə etmək, Bako Saakyanın uzaqlaşdırılmasından sonra onun yeriən öz adamını gətirməkdır. Beləliklə, Paşinyan həm Ermənistan daxilində, həm də işğal olunmuş Azərbaycan ərazilərində “Qarabağ klanı”nı tam sıradan çıxarır. Bu şəraitdə münaqişənin dinc müstəvidə həlli və zəbt edilmiş ərazilərin tədricən azad olmasına müqavimət göstərən ciddi qüvvələr də olmayacaq. Paşinyan onu da nəzərə alır ki, erməni əhalisi öz sosial durumunun yaxşılaşdırılması üçün Qarabağ münaqişəsinin həllini çoxdan tələb edir. Bu mənada, onun “Qarabağ klanı”nı tam sıradan çıxardıqdan sonra Azərbaycanla razılığa gəlməsi mümkün sayılır. Belə vəziyyətdə Paşinyan Ermənistanın da inkişafını təmin edə bilər ki, bununla o, ölkədə daha böyük dəstək qazanmaq imkanı da əldə edəcək. Bütün hallarda, hər şey zəbt edilmiş ərazilərin azad olunmasından keçir. Yaranmış vəziyyətdə Paşinyanın son Qarabağ açıqlamaları da xüsusi diqqət cəlb edir. Paşinyan qeyd edib ki, hazırda danışıqlarda konkret nəticələrin əldə olunması üzərində iş gedir: “Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərdə mən vəziyyəti təsvir edib, tərəqqinin olmamasını izah etmək istəyəndə deyirəm ki, bir səbəb var. Mən Ermənistanın baş naziri seçilərkən bildirdim ki, Qarabağ məsələsinin həlli üçün elə variant lazımdır ki, Ermənistan və Azərbaycan xalqları üçün qənaətbəxş olsun. Bu, müəyyən mənada misli görünməmiş bəyanatdır. Ermənistanın heç bir rəhbəri deməmişdi ki, həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır. Kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünə bilər. Kim belə düşünürsə, o, ümumilikdə erməni xalqını tanımır”. Beləliklə, Paşinyan Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqını qane edə biləcək çözüm variantının mövcudluğunu yaxşı başa düşdüyünü açıq etiraf edir.  Bu xüsusda o, müvafiq addımlar ata bilmək üçün “Qarabağ klanı”nı tam sıradan çıxarmalı olduğunu da aydın görür. Bu mənada, “Qarabağ klanı”nın sıradan çıxmasından sonra münaqişənin həlli istiqamətində müəyyən dəyişikliklərin olması istisnalıq təşkil etmir. Əks təqdirdə Azərbaycanın münaqişənin həllini güc müstəvisində reallaşsdırması da qaçılmaz olacaq. Halbuki, mümkün yeni savaş erməni tərəfi üçün ən böyük qorxu sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ