şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan rus silahlarını milli valyuta ilə ala biləcək

Image


Azərbaycanın silah idxalında bu gün hələ də ən önəmli mövqe tutan ölkələr sırasında ilk yer Rusiyaya məxsusdur. Xüsusən də 2009-cu ildən etibarən Azərbaycan və Rusiyanın hərbi-texniki əməkdaşlığında dinamikanın yüksəlməsi müşahidə olunur. 2005-2017-ci illər ərzində isə Rusiya və Azərbaycan arasında həyata keçirilən müqavilələr fonunda ölkəmiz şimal qonşumuzdan 5 milyard dollarlıq silah idxalını reallaşdırıb.

İndilikdə də Azərbaycan Silahlı Qüvvələrini müasir texnikalarla yeniləməkdə davam edir, Rusiya isə beynəlxalq bazarda vacib silah istehsalçısı və hərbi məhsul tədarükçüsüdür. Bu fonda hələ qarşıdakı dövr ərzində Azərbaycanın Rusiyadan yeni silahlar alması gözlənir.

Artıq məlumdur ki, Rusiya Azərbaycana əsas etibarı ilə yeni aviasiya məhsulları satmaq arzusundadır. Elə bu günlərdə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası bildirib ki, Moskva Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır. Bir neçə gün əvvəl Rusiyada baş tutan “Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, Su-34 və Su-35 döyüş təyyarələrinin də təqdimatı keçirilib. Bakı isə hələlik qeyd olunan istiqamətdə müvafiq seçimlərini edir. Silah ticarətində qarşıdakı dövr ərzində gözlənilən mühüm yeniliklərdən biri isə maliyyə hesablaşmalarının milli valyutalar üzərindən aparılmasıdır.

Rusiya Azərbaycanla hesablaşmaların milli valyutalarla aparılmasını əslində çoxdan istəyir. Artıq maliyyə əməliyyatlarının, cüzi də olsa, müəyyən hissəsi milli valyutalar üzərindən həyata keçirilir. Amma Moskva bu məbləğin artmasında maraqlı tərəf kimi çıxış edir. Rusiyanın “Sberbank” bankının rəhbəri German Qref də bunu mümkün sayır və qeyd edir ki, Rusiya ilə Azərbaycanın ticarət əməliyyatlarındakı hesablaşmaları daha böyük həcmdə milli valyutalara keçirmək mümkündür: “Məncə, bu çox düzgün addım olardı. Bunun üçün müvafiq infrastruktur yaradılmalıdır. Özü də söhbət təkcə ödəniş sistemindən getmir, onu tez bir zamanda dəyişdirmək olar, əsas məsələ ortaya çıxan valyuta risqlərinin sığortası, bu risqləri bazar vasitələri ilə sığorta etmək imkanı yaradan maliyyə alətləri bazarıdır. Amma istiqamət çox düzgün götürülüb və sözsüz ki, gələcəkdə bunlarda iştirak edəcəyik”. Qeyd olunduğu kimi, hazırda iki ölkə arasındakı bəzi mal növlərinin dövriyyəsi ilə bağlı qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır. Amma görünən budur ki, yaxın tezlikdə bu prosesə silah sövdələşmələri də aid ediləcək. Ən azı o baxımdan ki, artıq bu xüsusda müsbət təcrübə də yaranır. Belə ki, Rusiya özü silahlarını artıq milli valyutalar vasiətsilə satmağa getdikcə xüsusi diqqət yetirir. Məsələn, məlumdur ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin alışı üçün rublla avans ödəyib və ödənişlərin böyük hissəsini də yenə rublla həyata keçirəcək. "Bloomberg" nəşri yazır ki, artıq Rusiya və Hindistan silah satışına dair müqavilələr üzrə hesablaşmalarda milli valyutalardan istifadə edəcək. İki ölkənin mərkəzi bankı artıq buna dair razılaşmaya imza atıb. Mütəxəssislər hesab edirlər ki, Rusiya və Hindistan arasında hesablaşmalarda milli valyutalardan istifadə edilməsi Vaşinqtonun təzyiqindən qurtulmağa kömək edəcək. Bu, həmçinin, Rusiya rubluna olan tələbatı artıracaq, çünki sözügedən müqavilələrdə dəyəri on milyardlarla dollar olan hərbi texnikanın tədarükü nəzərdə tutulub.

Silah satışına dair müqavilə çərçivəsində rubldan istifadə etmək qərarı həm də Vaşinqtonun sanksiya siyasətinə cavab olaraq alınıb. Qeyd edək ki, ABŞ iki il əvvəl Rusiyanın müdafiə məhsulları və texnologiyalarının idxalı və ixracı ilə məşğul olan "Rosoboroneksport" şirkətini qara siyahıya salıb. Buna görə də şirkətin bank hesabına pul köçürmək istəyən maliyyə təşkilatları sanksiyaların qurbanı ola bilər. Sanksiyalar, xüsusilə "SWIFT" sistemi vasitəsilə banklararası dollar əməliyyatlarına qadağa qoyur. Bundan əvvəl analitiklər hesab edirdilər ki, Moskva və Dehli hesablaşmalarda avroya keçəcək. Lakin tərəflər rubla üstünlük veriblər. Bu isə Vaşinqtonun iki ölkənin ticarət münasibətlərinə müdaxiləsinin qarşısını alır. Çox güman ki, Moskva və Dehli "SWIFT"in əvəzinə Rusiya Bankının Maliyyə Mesajlaşma Sistemindən (SPFS) istifadə edəcək. Ekspertlər əmindir ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində milli valyutalardan istifadə rubla olan tələbatı artıracaq və onu qüvvətləndirəcək. Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Vladimir Rojankovski bəyan edib ki, baş verənlər fonunda rubl sürətlə möhkəmələnə bilər.

Xatırladaq ki, Rusiya artıq Çinlə də ticarətdə milli valyutalardan istfiadə edir. Artıq yaxın gələcəkdə Çinlə hesablaşmalarda rublun payı 50%-ə çata bilər. Hazırda isə bu rəqəm 10% civarındadır. Tərəflər artıq dollarla bağladıqları müqavilələr üzrə də hesablaşmalarda rubl və yuana keçməyi düşünür. Bundan başqa, "Qazprom" neft şirkətinin rəhbəri Aleksandr Dyukov neft ixracatında rublla sövdələşmələr həyata keçirməyə başladıqlarını bildirib. "Qazprom"un ixracat qolu olan "Qazprom Eksport" da bir müddət öncə rubl qarşılığında Avropaya təbii qaz satdığını bəyan edib. Hazırda MDB ölkələri də Rusiya ilə ticarəti məhz rubl vasitəsilə aparmaqda maraqlı tərəf kimi çıxış edirlər. Məhz bütün bunlar fonunda tezliklə Rusiya və Azərbaycan arasında ticarətin milli valyutalar üzərindən reallaşdırılması gözlənir. Bura Rusiyadan alınan silahlara edilən ödənişlər də daxildir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ