şənbə günü, 07 noyabr 2026
     

KİVDF və Dövlət Statistika Komitəsi Azərbaycan dövlətçiliyi üçün müstəsna əhəmiyyətli siyahıyaalma mövzusunda jurnalist yazı müsabiqəsi elan etdi - FOTO

Image


İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyilə görüşüb, qurumun fəaliyyətilə yaxından tanış olublar.

Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov media nümayəndələrini salamlayaraq qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. Fondun təşkilatçılığı ilə bununla ikinci dəfədir ki, aparıcı media rəhbərlərinin komitə rəhbərliyi ilə görüşdüyünü diqqətə çatdıran Tahir Budaqov belə tədbirlərin qarşılıqlı faydalı əməkdaşlığın  genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Komitə sədri, həmçinin vurğulayıb ki, görüşün təşkilində məqsəd əhalinin siyahıyaalınması prosesi ilə bağlı media nümayəndələrinə və ümumən ictimaiyyətə dolğun informasiya vermək, onları görülmüş və qarşıda görüləcək işlərlə bağlı geniş məlumatlandırmaqdır: "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanına əsasən, cari ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Fərmanın icrasının təmini məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" 2016-cı il 16 dekabr tarixli, 517 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, eləcə də aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. 2019-cu ildə "Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı"na uyğun olaraq, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində Siyahıyaalma qrupu yaradılıb".

Tahir Budaqov bildirib ki, prosesin mütərəqqi dünya təcrübəsi əsasında, mükəmməl formada aparılması üçün ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, Uşaq Fondunun, İnkişaf Proqramının, Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Komitə sədri qeyd edib ki, siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək: "Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin  cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə altsuallar da daxil olmaqla 46 sual nəzərdə tutulub. Məşğulluq sahəsində milli qanunvericiliyə və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçi qüvvəsini, həmçinin potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, o cümlədən özünüməşğulluğunu, işsizliyini, iqtisadi qeyri-fəallığını və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanları müəyyən edən bir sıra suallar daxil edilib. Bu suallar əsasında iqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək".

Komitə sədri vurğulayıb ki, əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq: "Əhalinin siyahıyaalınmasının məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi, işlənməsi və yekunların əldə edilməsi məqsədi ilə məsələ qoyuluşu, çıxış cədvəllərinin nümunələri, kodlaşdırma soraqçaları və siyahıyaalma ilə bağlı müvafiq proqram təminatı hazırlanıb".

Çıxışını davam etdirən Tahir Budaqov bildirib ki, əhalinin siyahıyaalınması ilə bağlı ictimaiyyətin əhalinin məlumatlandırılması məqsədilə təşviqat materialları (baner, plakat və videoçarxlar) hazırlanıb. Plakat və banerlərin yerləşdirilməsi üçün yerli icra hakimiyyətlərinə müraciət edilib və onların dislokasiyası müəyyən edilib: "Hazırlanmış videoçarxlar televiziya kanallarında və aparıcı elektron media vasitələrində, eyni zamanda Bakı Metropoliteninə və Dövlət Reklam Agentliyinə məxsus monitorlarda yayımlanır. Dövlət Statistika Komitəsi mütəxəssislərinin əhalinin siyahıyaalınmasına aid müxtəlif mövzularda məqalələri "Xalq qəzeti"ndə dərc edilib.

Komitə sədrinin sözlərinə görə, proses başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə məlumatların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək: "Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuələrin nəşrə hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması isə 2022-ci ilin birinci yarısında nəzərdə tutulub".

Sonra söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin, o cümlədən fərdi jurnalist yazıları müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Vüqar Səfərli bildirib ki, Dövlət Statistika Komitəsində təşkil olunmuş sayca ikinci görüş KİV-lərlə Komitə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, ictimaiyyətin əhalinin siyahıyaalınması prosesi ilə bağlı görüləcək işlər barədə dolğun şəkildə məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Vüqar Səfərli həmçinin bildirib ki, əhalinin siyahıyaalınması hər bir ölkənin sosial-iqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi və bir sıra problemlərin həlli baxımından vacib əhəmiyyət kəsb edən prosesdir. İcraçı direktor əhalinin siyahıyaalınması prosesinin mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması və əhalinin maarifləndirilməsi baxımından KİV-lərin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirərək jurnalistləri bu məsələyə həssaslıqla yanaşmağa çağırıb.

İcraçı direktor bildirib ki, prosesin ayrı-ayrı mərhələləri barədə ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması və peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədilə Fondun və Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə iyulun 22-dən oktyabrın 22-dək "Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi" mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Bunda məqsəd həm də əhalinin növbəti siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, prosesin sosial-iqtisadi əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq və təşviqat işlərini stimullaşdırmaqdır.   

Daha sonra görüş diskussiya formatında davam etdirilib, komitə sədri media rəhbərlərini maraqlandıran sualları ətraflı cavablandırıb.

Fondun icraçı direktoru Vüqar Səfərli görüşün və birgə müsabiqənin təşkilinə verdiyi dəstəyə görə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova təşəkkürünü bildirib.

Komitə sədri Tahir Budaqov öz növbəsində Fondun rəhbərliyinə və media nümayəndələrinə minnətdarlığını bildirərək belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ