şənbə günü, 07 noyabr 2026
     

Ermənistanın “sayəsində” Yaxın Şərqdən terrorçu qruplaşmaların Qafqaza böyük axını başlanır…

Image


Suriyada sıxışdırılan terror qruplaşmalarının başqa məkanlara üz tutacağına dair verilən proqnozlar özünü təsdiqləyir. Belə məlum olur ki, terrorçuların üz tutmaq niyyətində olduqları əsas məkanlardan biri də Qafqazdır. Onların buraya gəlişinə şərait yaradan əsas dövlət qismində isə işğalçı Ermənistan çıxış edir.

Ümumiyyətlə, hadisələrin təhlili göstərir ki, Ermənistanın Suriya və digər ərazilərdəki terrorçularla getdikcə daha sıx işbirliyi yaranır. Bura hətta İŞİD terrorçu qruplaşması da daxildir. Xatırladaq ki, bundan əvvəl İŞİD-in MDB məkanına marağının artması artıq rəsmi səviyyələrdə də etiraf edilib. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bəyan edib ki, İŞİD ekstremist qruplaşmasının üzvləri Əfqanıstanın şimalına, Orta Asiyadakı keçmiş sovet respublikaları ilə sərhədə yığışır. Federal Təhlükəsizlik Xidmətinin direktoru hazırda qruplaşmaya qarşı mübarizə aparıldığını da diqqətə çatdırıb: “Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarla əməkdaşlıq nəticəsində İŞİD və digər beynəlxalq terror təşkilatlarının 8 yuvası aşkar və məhv edilib”. Onun sözlərinə görə, aparılan mübarizəyə rəğmən isə, İŞİD-in MDB məkanına marağı artır və bura Qafqaz da daxildir. Aleksandr Bortnikov bildirib ki, İŞİD-in maraq göstərdiyi ölkələrdən biri də məhz Ermənistandır.

Xatırladaq ki, bir müddət əvvəl bu xüsusda Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmə Müqavimət Baş İdarəsinin rəisi Oleq İlyinıx da maraqlı açıqlamalar vermişdi: “Suriya və İraqdakı məğlubiyyətindən sonra İŞİD öz maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan ərazilərinə yönləndirir”.

İŞİD-lə yanaşı, Ermənistan Suriyada genişmiqyaslı fəaliyyətini davam etdirən PKK ilə də sıx işbirliyi içindədir. Hələ bu ilin aprelində məlum olmuşdu ki, Suriyada PKK terror təşkilatının tərkibində ermənilərdən ibarət yeni terror qrupu yaradılıb. Qrupun tərkibinə Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub. PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabedir. Bundan sonra məlum oldu ki, bu vaxta qədər PKK-ya qucaq açan Ermənistan indi onun tərkibini elə ermənilərin hesabına da genişləndirməyə çalışır. Bu isə təkcə Azərbaycana yox, Türkiyəyə, hətta Yaxın Şərqdə öz planları olan Rusiyaya da müəyyən təhdidlər yaradır. Məhz belə bir vaxtda yayılan digər məlumata əsasən, indiyə qədər PKK-ya silah və maddi dəstək verən Ermənistan hazırda ASALA terror təşkilatını yeni adla dirçəltməyə başlayıb. Türkiyə mediası yazır ki, Suriyanın şimalındakı Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi, Nubar Ozanyan adını daşıyan erməni yaraqlı qruplaşması getdikcə böyüməkdədir. Bu qruplaşmanın qərargahından yeni görüntülər sosial şəbəkələrdə yayılıb və məlum olur ki, “Ozanyan qrupu” qərargahında Ermənistan bayrağını asıb.

“Ozanyan qrupu” əvvəlcə suriyalı ermənilərdən ibarət olmaqla 90 nəfərlik batalyon kimi formalaşıb. Lakin hazırda qrupun tərkibində 500-dən çox yaraqlı var və briqada şəklində formalaşdırılıb. Qruplaşmanın Türkiyə ilə sərhəd Kamışlı, Resulayn, Amude, Tel Abyad, Aynularab bölgələrində mövqe tutacağı bildirilir. Həmin qruplaşma erməni terror təşkilatı ASALA-nın davamçısı hesab edilir. Suriya müharibəsi zamanı uzun illərdir bu bölgədə yerləşdiirlmiş ermənilər qruplaşmaya daxil olub. Minlərlə suriyalı erməni isə Ermənistana köçüb, onlardan bir hissəsi Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilib. Suriyada yaradılan erməni qruplaşmasına Ermənistandan hərbi və maddi dəstək verilir. Ermənistan öz hərbi təlimatçılarını qruplaşmaya təlim keçmək üçün bölgəyə göndərib. Türkiyə qaynaqları qeyd edir ki, Ermənistan indi də PKK-ya birbaşa dəstək verir, öz ərazisində və işğal altındakı Qarabağda PKK düşərgələri yaradıb. Amma görünən budur ki, artıq tərəflər arasında işbirliyi daha sürətlə genişlənir. Ümumiyyətlə, PKK-çıların Ermənistana keçməsi, yaxud ora toplaşması təsadüfi deyil. Çünki həm PKK-çılar, həm də Ermənistan Türkiyə və Azərbaycanın düşmənidir. İndiki durumda PKK  öz çirkin niyyətlərini həyata keçirmək üçün isə ən əlverişli ərazi kimi Ermənistanı görür. Bundan əlavə, Ermənistan PKK-nı terrorçu qruplaşma olaraq tanımır. Yeri gəlmişkən, erməni lobbisi və Ermənistanın kürd terrorçularına dəstək verməsi və onları müdafiə etdiyi barədə mövqeyi də tərəflər arasında sıx işbirlyinin göstəricisi sayılır. Ümumiyyətlə isə, PKK ilə ermənilərin terror təşkilatı ASALA arasında əlaqələr ötən əsrin 80-ci illərindən formalaşmağa başlayıb. ASALA onlarla türk diplomatına qarşı sui-qəsdlər həyata keçirən vaxtlarda PKK Türkiyənin daxilində türkləri qanına qəltan edirdi. Sonradan Ermənistan müstəqillik qazandıqdan sonra bu münasibətlər daha da yaxınlaşdı. Həmin dövrdə PKK-nın Ermənistana hərtərəfli yardım etməsi barədə çoxsaylı məlumatlar var. Ermənilərin və erməni diasporunun yüz ildir beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı  qondarma" soyqırım" iddialarına PKK və ona yaxın dairələr tam mənada dəstək verib. İndi isə tərəflər arasında artan işbirliyi fonunda Ermənistan PKK-nı yeni üzvlərlə də təmin edir. Aydındır ki, perspektivdə Ermənistan terrorçu qruplaşmaları Qarabağa köçürərək onlardan Azərbaycana qarşı istifadə etməyi də düşünür. Amma məsələnin təhlükəli tərəfi budur ki, Ermənistan sayəsində Yaxın Şərqdən terrorçu qruplaşmaların Qafqaza böyük axını başlanır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ