23/08/2019 00:55
728 x 90

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yerini möhkəmləndirdi

“Azərbaycan təhlükəsiz ölkə olduğu üçün beynəlxalq şirkətlər ölkəmizə sərmayə yatırırlar”

img

Dünya ölkələri arasında təhlükəsiz ölkələrin və şəhərlərin reytinqi açıqlanıb. "Numbeo" servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib. Xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.

Azərbaycan bu reytinqdə 34-cü yeri tutub (cinayətkarlıq indeksi - 32,68, təhlükəsizlik indeksi - 67,32).

Qeyd edək ki, ən təhlükəli ölkələr sırasında Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika göstərilib.

Həmçinin, dünya şəhərləri üzrə ayrıca təhlükəsizlik reytinqi tərtib edilib. Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında 86-cı yeri tutub. İlk üçlükdə Əbu-Dabi (BƏƏ), Doha (Qətər) və Kvebek (Kanada) yer alıb.

Dünyanın ən təhlükəli şəhərləri isə Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika) və Port Morsbi (Papua Yeni Qvineya) hesab olunur.

Azərbaycanın təhlükəsiz ölkə olmasını ekspertlər də təsdiqləyirlər.

  • Şəmsəddin Əliyev: “Azərbaycanda cinayətkarlıq səviyyəsinin aşağı olmasının səbəbi ölkə polisinin peşəkarlığı və onun prinsipial olmasıdır”

 “Polisə Yardım” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 25 il öncə ilə müqayisədə Azərbaycanda təhlükəsizlik, cinayətkarlıqla mübarizə müsbətə doğru dəyişib. Bu illər ərzində ölkədə sabitlik hökm sürməyə başlayıb: “Xatırladım ki, təxminən 25 il öncə ölkədə xaotik mənzərə var idi. Qanunsuz silahlı birləşmələr mövcud idi. Hətta bəzi bölgələrdə kriminogen durum tamamilə nəzarətdən çıxmışdı. Kim necə istəyirdisə, o cür də davranırdı. Zamanla bu sahədə vəziyyət dəyişdi. Vətəndaşların təhlükəsizliyinin qorunması, ictimai asayişin qaydaya salınması ilə qaydalar dəyişdi. Məlumat üçün bildirim ki, 2016-cı ildə Avropa ölkələri üzrə cinayətlərin sayına görə Azərbaycanda 271 cinayət qeydə alınmışdı. Əhalisi ölkəmizdən çox olan ölkələrdə isə cinayət faktlarının sayı daha çox idi”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda cinayətkarlıq səviyyəsinin aşağı olmasının səbəbi ölkə polisinin peşəkarlığı və onun prinsipial olmasıdır. Azərbaycan təhlükəsiz ölkə olduğu üçün beynəlxalq şirkətlər ölkəmizə sərmayə yatırırlar. Ölkədə sabitlik olmasa, nə iqtisadiyyat inkişaf edər, nə də ölkəmizin adı beynəlxalq aləmdə tanınar.

Günel CƏLİLOVA

Son xəbərlər