23/08/2019 00:49
728 x 90

Türkiyənin cənub sərhədlərində erməni terror təşkilatının görüntüləri üzə çıxdı

img

Türkiyənin cənub sərhədlərində təsirini artıran və PKK ilə əməkdaşlıq edən erməni terror təşkilatının yeni görüntüləri ortaya çıxıb.

Baki-xeber.com Türkiyənin “Yeniakit” qəzetinə istinadən xəbər verir ki, əvvəlcə 90 nəfərdən ibarət olan təşkilatın indi 500-ə yaxın üzvü olduğu bildirilir.

Ermənistanın birbaşa dəstək verdiyi qrup Suriyanın şimal və Türkiyənin cənub sərhədlərində getdikcə daha da böyüyür. Əvvəlcə Haseki bölgəsində qurulan erməni qrupunin Kamışlı, , Amude, Tel Abyad, Aynularab və Resulayn bölgələrində yerləşdiriləcəyi bildirilir.

Suriyada qurulan erməni terror təşkilatı başqa bir erməni terror təşkilatı ASALA-ya rəğbət bəsləyir.

Bundan başqa, Suriya müharibəsi əsnasında uzun illərdir bölgədə yerləşən ermənilərin bir qisminin bu təşkilata qatıldığı, 13 mindən çox Suriya ermənisinin isə Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirildiyi bildirilir. Suriyada qurulan erməni qrupuna dəstək üçün Ermənistandan əsasən hərbi məsləhətçilərin bölgəyə göndərildiyi qeyd edilir.

Ermənistan Xarici İşlər Nazirliyi və təhlükəsizlik mənbələri əvvəlcə sözügedən erməni qrupun varlığını və onları dəstəklədiklərini gizlətsə də, indi artıq bu gerçək gizlədilmir və Ozanyan qrupu qərargahlarında Ermənistan dövlət bayraqlarını istifadə edir.

Digər tərəfdən, PKK ilə ermənilər arasındakı əlaqə bununla bitmir. Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində də PKK ilə ermənilər əməkdaşlıq edir.

Qarabağda müharibə zamanı Kandil və Kamışlıdan gələn yaraqlılar Ağrıdan Ermənistana keçib. Sevan gölü bölgəsindən PKK üçün ayrılan Vardenis düşərgəsinə gedən 400 nəfərlik PKK terrorçusu sonradan Qarabağda döyüşlərin getdiyi bölgələrə göndərilib.

Son xəbərlər