çərşənbə günü, 11 noyabr 2026
     

İtaliyanın ali dövlət ordenlərinin yeni ünvanı – Azərbaycan Prezidenti və Birinci vitse-prezident…

Image


Jalə Əliyeva: “İtaliya dövlətinin ən yüksək mükafatı ilə ölkə başçımızın və 1-ci vitse-prezidentimizin təltif edilməsi Azərbaycanın dünyada artan nüfuzuna, tanınan və qiymətləndirilən inkişafına verilən böyük qiymətin göstəricisidir”
“Hər bir zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinin müdafiə olunmasında İtaliya ölkəmizin yanında olan dövlət olub”
Sahibə Qafarova: “Bu, eyni zamanda, iki dövlət arasında dostluğu möhkəmləndirən və iqtisadi, siyasi, humanitar, eləcə də digər sahələrdəki əməkdaşlığı genişləndirən bir faktordur”

 

Azərbaycan dövləti apardığı uğurlu daxili və xarici siyasətlə, həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələrlə dünyada özünə böyük nüfuz qazanıb. Bu gün Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev nüfuzlu bir siyasi xadim kimi beynəlxalq aləmdə sayılıb-seçilən liderdir. Azərbaycan dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni sahədə sıx əlaqələrə, dostluq münasibətlərinə malikdir. Ölkəmizin dost münasibətdə olduğu ölkələrdən biri də İtaliyadır.  

Məlum olduğu kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib və mükafatlar təqdim olunub.

“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliya Respublikasının ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın “Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir.

Ümumilikdə, ordenin 6 dərəcəsi var: “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce decorato di gran cordone), “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce), Böyük zabit (grande ufficiale), Komandor (commendatore), Zabit (ufficiale), Kavaler (cavaliere).

Ordenin rəhbəri İtaliya Prezidentidir. O, ordenin kansleridir və daha 16 nəfərin daxil olduğu Ordenin Şurasına rəhbərlik edir.

Məlumatlara görə, Böyük Xaç Kavaleri ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.

İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası ll Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq kralı ll Albert, Türkiyənin 11-ci prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsinə münasibət bildirən millət vəkili Jalə Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu, Azərbaycan və İtaliya arasında hərtərəfli mehriban münasibətlərin simvoludur, təzahürüdür. “Azərbaycanın digər ölkələrlə olduğu kimi, eyni zamanda İtaliya ilə də mehriban dostluq münasibətləri mövcuddur. Bu günlərdə İtaliya Prezidentinin ölkəmizə səfər etməsi, səfər çərçivəsində aparılan danışıqlar, həmçinin, Prezident İlham Əliyevin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə ödülləndirilməsi İtaliyanın ölkəmizə verdiyi dəyər, fərqli hörmətin böyük bir nümunəsidir. Düşünürəm ki, İtaliya və Azərbaycanın qarşılıqlı münasibətləri bu səfərdən sonra daha da yüksələn xətlə davam edəcək. İki dövlət arasında bu münasibətlər iqtisadi, siyasi, mədəni sahələrdə olduğu kimi, həmçinin, parlament sahəsində də davam edir. Azərbaycan və İtaliya parlamentləri arasında dostluq qrupları da uğurlu fəaliyyət göstərir və bu sahədə davamlı işlər görülür. Tez-tez İtaliya parlamentinin dostluq qrupu ölkəmizə gəlir. Onlar hər dəfə ölkəmizə gələndə Azərbaycanın inkişafına heyran qaldıqlarını və hər iki ölkənin tarixi dostluq ənənəsinin mövcud olduğunu həmişə qeyd edirlər. Onu da deyim ki, İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Hər bir zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinin müdafiə olunmasında İtaliya ölkəmizin yanında olan dövlət olub. Bir daha vurğulayım ki, İtaliya Prezidentinin iyulun 18-də atdığı addım, İtaliya dövlətinin ən yüksək mükafatı ilə ölkə başçımızın və 1-ci vitse-prezidentimizin təltif edilməsi Azərbaycanın dünyada artan nüfuzuna, tanınan və qiymətləndirilən inkişafına verilən böyük qiymətin göstəricisidir. Əlbəttə ki, buna görə hər bir azərbaycanlı qürur hissi keçirir” - deyə J.Əliyeva bildirdi.        

Millət vəkili Sahibə Qafarova da bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliya dövlətinin ən yüksək mükafatı ilə təltif edilməsi Azərbaycan və İtaliya arasındakı dostluğun, ikitərəfli əməkdaşlığın bariz nümunəsidir: “Hesab edirəm ki, İtaliya Prezidentinin imzaladığı sərəncamla belə bir yüksək ödülün Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-Prezidenti Mehriban Əliyevaya təqdim edilməsi iki dövlət arasındakı xoş, səmimi münasibətlərin göstəricisidir. Bu xəbəri eşidəndə çox yüksək qürur hissi keçirdim. Gerçəklik bundan ibarətdir ki, ölkə başçısı İlham Əliyev və Mehriban Əliyeva dövlətimizi, xalqımızı böyük uğurla dünyada tanıdır. Azərbaycan günü-gündən inkişaf edir. Sirr deyil ki, Azərbaycan dövləti bütün göstəricilərinə görə nəinki Cənubi Qafqazda, hətta bütün dünyada lider dövlət imici qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi İtaliyanın Azərbaycana verdiyi böyük dəyərdir. Bu, eyni zamanda, iki dövlət arasındakı dostluğu möhkəmləndirən və iqtisadi, siyasi, humanitar, eləcə də digər sahələrdəki əməkdaşlığı genişləndirən bir faktordur”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ