"Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir". Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
O bildirib ki, səfir Türkiyədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini həyata keçirmiş olacaq: "Səfərin dəqiq tarixi yaxın günlərdə məlum olacaq".
XXX
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, səfərin iyulun 24-də həyata keçirilməsi gözlənilir.
Səfər çərçivəsində M. Çavuşoğlunun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.