çərşənbə günü, 11 noyabr 2026
     

“Diplomatiyada məğlub olan Ermənistan döyüş meydanında da Azərbaycana uduzacaq…”

Image


Ermənistanın mövcud hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əvvəlki sələfləri kimi status-kvonu saxlamaq cəhdi problemin hərb müstəvisində çözülmə ehtimalını getdikcə artırır.

Məsələnin maraq doğuran tərəfi həm də bundan ibarətdir ki, bu cür məntiqsiz addımlar atmaqda davam edən yeni erməni hakimiyyəti hərb müstəvisində Azərbaycandan çox geridə qaldıqlarını da yaxşı bilir. Amma buna rəğmən, İrəvan hələ də Qarabağ məsələsində konstruktiv mövqe nümayiş etdirməkdən yayınır və bu da konfliktin hərb müstəvisində çözülməsini qaçılmaz edir.  Bunu anlayan İrəvanda Azərbaycan Ordusunun işğal altındakı əraziləri azad etmək üçün yaxın günlərdə hərəkətə keçəcəyinə dair ciddi qorxular var. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan belə qorxularını açıq şəkildə dilə gətirib.
Xatırladaq ki, Paşinyan Azərbaycan Ordusunun cəbhəyə yeni qüvvələr topladığını iddia edib: “Azərbaycan bu addımla Ermənistan üçün məsələni adiləşdirmək və lazımi anda zərbəni vurmaq istəyir. Biz hamımız müharibəyə hazır olmalıyıq”. Paşinyan dünyadakı ermənilərə də səslənib: “Dünyanın hər yerində yaşayan istənilən erməni müharibə başlayacağı təqdirdə Ermənistan ordusunda xidmət etmək üçün hazır olmalıdır”.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin “prezidentinin” təhlükəsizlik məsələləri üzrə “köməkçisi” Tiqran Abramyan isə müharibənin 10 gün içində başlaya biləcəyini deyib: “Cəbhədəki hərəkətlilik müharibənin 10 gün, yaxud bir ay ərzində başlaya biləcəyini deməyə əsas verir. Azərbaycan faktiki olaraq buna hazırlaşır”. Onun iddialarına görə, Azərbaycan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının başa çatmasını gözləyirdi və oyunlar artıq başa çatıb. Tiqran Abramyan müharibənin onlar üçün o qədər də asan olmayacağını etiraf edib və bunu Azərbaycanın artan hərbi gücü ilə əlaqləndirib. Maraqlıdır ki, belə vəziyyətdə düşmən cəbhədə təxribata da son qoymur. Qeyd edək ki, elə bu günlərdə düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü-1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bununla bağlı  bildirir ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Polkovnik qeyd edib ki, sonuncu təxribatda məqsədin nə olduğu əsir götürülən Kazaryanın dindirilməsindən sonra bilinəcək: "Cəbhə bölgəsindəki şərait nəzarət altındadır. Paşinyanın sərt çıxışlarından və oğlunun Dağlıq Qarabağa göndərilməsi ilə bağlı bəyanatından sonra cəbhə bölgəsində sakitliyin müəyyən şəkildə pozulması müşahidə olunurdu. Hətta onların Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Azərbaycanın hücumunu gözləmədən aktiv şəkildə döyüşlərə başlamaqla bizi masa arxasına oturmağa məcbur etmək kimi çıxışlar edirdilər. Bunun fonunda cəbhə bölgəsində hansısa diversiya qruplarının işləyəcəyi gözlənilən idi. Amma Azərbaycanın müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi daim cəbhə bölgəsindədir. Hər bir istiqamətdə gücləndirmə ilə bağlı tədbirlər görülür. Yeni alınan kəşfiyyat və müşahidə avadanlıqları yerləşdirilir. Ona görə də Qazax istiqamətində baş verən diversiyanın qarşısı alınıb, onlardan biri əsir götürülüb. Hazırda cəbhə bölgəsində vəziyyət silahlı qüvvələrimizin tam nəzarəti altındadır". Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənir: "Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısını almağa tam hazırdır". Amma yeni təxribatlar həm hərbi əməliyyatların yenidən aktivləşməsinə səbəb ola, həm də düşmənin daha sərt zərbələr alması ilə nəticələnə bilər. Bunu erməni polkovnik, “Tiqran Mets” xüsusi hərbi təlim və tədris mərkəzinin direktoru Koryun Qumaşyan da etiraf edir. Polkovnikin sözlərinə görə, müharibə qaçılmazdır. O vurğulayıb ki, erməni tərəfi bu dəfə daha genişmiqyaslı və amansız savaşla qarşılacaq. O, Azərbaycanın, 1990-cı illərdən fərqli olaraq, indii hərbi cəhətdən kifayət qədər güclü olduğunu da etiraf edib. Belə vəziyyətdə isə  Ermənistanın hərb müstəvisində Azərbaycana getdikcə daha böyük fərqlə uduzmasının Dağlıq Qarabağ münaqişəsinin çözümünə təsirinin artması da birmənalı həqiqətdir. Çünki Azərbaycanın mövqeyinin, bu səpkidə yürütdüyü diplomatiyanın arxasında real güc dayandığı halda, qarşı tərəf bütün bunlardan məhrumdur. Digər tərəfdən, proseslərin gedişi göstərir ki, hərbi güc baxımından mövcud disbalansın böyüməsi erməni cəmiyyətində kifayət qədər böyük qorxu yarada bilib.

Hazırda Ermənistanda hesab edilir ki, orduda yaranan hərbçi çatışmazlığının özünü daha kəskin şəkildə göstərməyə başlaması İrəvanın Qarabağ məsələsində indiki siyasətini davam etdirməsini mümkünsüz hala gətirir. Çünki indiki siyasətin davamı Qarabağ konfliktinin hərb yolu ilə çözüm ehtimalını artırır ki, bu da Ermənistanın birmənalı şəkildə məğlubiyyəti deməkdir. Erməni tərəfi onu da açıq bəyan edir ki, Bakı hərbi əməliyyatlara başlasa, bu, Ermənistanın hərbi müstəvidə acınacaqlı məğlubiyyətini qaçılmaz edəcək. Əsas səbəblərdən biri də odur ki, Azərbaycan hərb müstəvisində sürətlə gücləndiyi halda, erməni ordusunun tənəzzülü son illərdə daha dinamik xarakter alıb. Bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da təsdiq edir. Sakunts  Ermənistan silahlı qüvvələrindəki vəziyyətin stabil və daimi pis olaraq qaldığını  bildirib. Onun sözlərinə görə, orduda nizamnamə münasibətlərinin pozulması hallarından şikayət mexanizmi yoxdur. O, yeni hakimiyyət dəyişiklyindən sonra da problemin davam etdiyini vurğulayır. Bldirir ki, belə vəziyyətdə Azərbaycanla danışıqlarda razılıq ələd etmək daha məqbul olardı.

Digər ekspertlər isə hesab edir ki, danışıqların nəticəsi Ermənistanın bu məsələdə nə dərəcədə konstruktiv mövqe nümayiş etdirəcəyindən birbaşa asılıdır. Rəsmi İrəvanın məsələnin həllinə təkan verən mövqe sərgiləməsi üçün isə Ermənistana xarici təzyiqlərin edilməsi vacib sayılır. Əks təqdirdə Azərbaycanın məsələni güc yolu ilə həll etməkdən başqa çarəsi qalmayacaq. Əslində, cari il ərzində Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün lazımi addımlar atılmadığı təqdirdə savaş ehtimalının yüksək olmasına dair xəbərdarlıqlar xeyli artıb. Rusiyalı hərbi ekspert Aleksandr Xramçixinin sözlərinə görə, Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlaması tamamilə gözləniləndir: “Dəfələrlə demişəm ki, Qarabağda hərbi əməliyyatlar gec, ya tez başlayacaq". Digər rus ekspert İvan Timofeyev Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülməsini mümkün sayır: "Hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real risqi hesabdan silmək olmaz. İstənilən gərginliyin məntiqi, xüsusilə də Qafqazda, onu göstərir ki, pis vəziyyətdə qalmamaq üçün müəyyən addımlar atıla, qərarlar qəbul oluna bilər. Qafqaz regionunda ləyaqət hissi hamı üçün vacibdir, ona görə də burada diplomatiya çox ehtiyatlı olmalıdır. Bu mənada Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa risqi kifayət qədər yüksəkdir". Müxətlif qurumlar tərəfindən yeni müharibə xəbərdarlığı isə işğalçı Ermənistanda, yuxarıda qeyd olunduğu kimi, geniş rezonansa səbəb olmaqdadır. Çünki erməni tərəfi ötən illər ərzində Azərbaycanla müqayisədə çox zəif hala gəlib.  “Armenianreport” portalı isə yazır ki, orduda ildən-ilə pisləşən vəziyyət fonunda Azərbaycanla yeni savaş Ermənistan üçün sözün həqiqi mənasında fəlakət olacaq. Bu vəziyyətdə  erməni  siyasi şərhçi Sarkis Artsruni diplomatiyada uduzan İrəvanın savaşda da Bakıya məğlub olacağını qeyd edərək, Qarabağ məsələsinin dinc həllini vacib sayır. O bildirir ki, indi Ermənistan üçün formalaşan pat vəziyyəti onun Qarabağ siyasətindəki iflasını ortaya qoyur: “Status-kvonun dəstəklənməsi siyasəti əslində qeyri-rasionaldır. Belə ki, status-kvo təkcə ön cəbhədə formalaşan balans yox, həmçinin Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, demoqrafik statistikasının müqayisəsidir. Qarabağ konfliktinin mövcudluğu, qapalı sərhədlər Ermənistanın xaricdən asılılığını artırır, iqtisadiyyatı boğaraq, onu inkişaf resurslarından məhrum edir. Bu kontekstdə Azərbaycan bütün regional layihələrdə açar tərəf olur ki, bu da iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan formada qeyri-bərabər inkişafına gətirib çıxarır. Milyardlarla dollar gəliri olan Azərbaycan boşalan Ermənistan üçün təhdid olacaq. Bu aksiomatik faktın qəbul edilməməsi qeyri-adekvatlıqdan, bizim dövlət və siyasi sistemlərin irrasionallığından xəbər verir. Ermənistan hökumətinin effektiv siyasət göstəriciləri danışıqlar prosesinin uzadılması yox, konfliktin rasional kompromislər əsasında həll edilməsi olmalıdır. Zaman gözləmir, o, Ermənistanın əleyhinə işləyir. Situasiyanı ayıq dəyərləndirmək lazımdır ki, danışıqlar prosesindən maksimum çıxarış edə bilək”. Amma bu çağırışlara rəğmən, Ermənistanda hakimiyyət tərəfindən, hələ ki,  məsələnin dinc müstəvidə həlli üçün əməli addımlar atılmır. Bu isə erməni cəmiyyətinin çox qorxduğu savaşı qaçılmaz hala gətirir. Azərbaycan belə savaşa tam hazır tərəf kimi düşmənə ən sərt formada zərbə vurmağa hazırdır. Bu mənada seçim düşmən tərəfdədir. Bakı isə düşmənə fikirləşməyə daha çox vaxt vermək niyyətində deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ