çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyanla orduda Serj Sarkisyanın generalitet tör-töküntülərinin qarşıdurması kəskinləşir

Image


Ermənistanda baş verən son olaylar bu ölkədə vətəndaş qarşıdurması ehtimalının artdığını, hətta baş verənlərin silahlı qarşıdurmaya qədər gedib çıxa biələcəyini istisna etmir. Buna əsas səbəb Nikol Paşinyan iqtidarının əvvəlki rejimə qarşı daha sərt kampaniyaya başlaması, xüsusən də silahlı qüvvələrdə təmsil olunmuş şəxslərə qarşı fəaliyyətini genişləndirməsidir.

Erməni mediası yazır ki, bu şəraitdə Paşinyana əsas təhlükə elə erməni ordusundan gəlir. Məsələ burasındadır ki,  Paşinyan ordu rəhbərliyinə yaxın saydığı adamlarını gətirsə də, zabit-general heyətinin böyük əksəriyyəti ondan narazıdır. Elə bu səbəbdən fikirlər səslənir ki, vəziyyət indiki şəkildə davam edərsə, ordu Paşinyanı dəyişə bilər.

İndilikdə isə Paşinyan Sarkisyan dönəmində yüksək vəzifə tutmuş bir çox hərbçiləri sıxışdırmaqda davam edir. Bunlardan biri də müdafiə nazirinin keçmiş müavini Artur Aqabekyandır. Bu arada məlum olub ki, Ermənistan hüquq-mühafizə orqanları Artur Aqabekyanın ata evində axtarış aparıblar. Aqabekyanın sözlərinə görə, axtarışda əsas məqsəd onun Manvel Qriqoryanla bağlılığını sübut edən dəlillər aşkarlamaq olub: “Onlar hesab edirlər ki, guya mən aprel müharibəsi zamanı orduya göndərilən yardımların bir hissəsini mənimsəmişəm, digər hissəsini isə Qriqoryana vermişəm. Qriqoryanla bu tarixdə iki dəfə görüşüm olub. Bu da “Qarabağ prezidenti”nin rəsmi qəbulu zamanı gerçəkləşib. Mən yardımların bölüşdürülməsində iştirak etməmişəm, sadəcə, onun bölünməsi üçün məsləhətlər vermişəm. Respublikanı biabır etməyin”. Artur Aqabekyan Ermənistan xüsusi xidmət orqanlarının davranışını kəskin tənqid edərək, özünə qarşı irəli sürülən ittihamların yalan olduğunu deyib. Qeyd edib ki, məhkəmənin qərarı ilə onun Meç Taxer kəndindəki ata evi ilə yanaşı, həmçinin sahibi olduğu “Metakskombinat” QSC-yə məxsus 11 hüquq şirkətində axtarış aparılıb.
Artur Aqabekyan bir daha  bildirib ki, 2015-ci ilin mayından etibarən, ümumiyyətlə, Qriqoryanla ünsiyyətdə olmayıb. Aprel döyüşlərində isə cəmi 2 dəfə onunla görüşüb. İttihamlardan yaxa qurtarmaq üçün Aqabekyan hətta ordu üçün ayrılan yardımların paylanılması üzrə komissiyanın tərkibində olmadığını vurğulayıb.
Qeyd edək ki, Ermənistanın sabiq müdafiə nazirinin müavini, parlamentin deputatı, “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının sədri, Füzuli və Cəbrayıl rayonlarının işğalını gerçəkləşdirən 5-ci briqadanın keçmiş komandiri, general Manvel Qriqoryan həbs edilib. Ona qarşı qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanması, həmçinin 2016-cı ilin aprel döyüşlərdə yaralanan erməni hərbçilərinə ayrılan humanitar yardımın mənimsənilməsi üzrə cinayət işi açılıb.  Nikol Paşinyan isə bəyan edib ki, Manvel Qriqoryan erməni məktəblilərinin əsgərlər üçün topladığı ərzağı ələ keçirib və onu öz heyvanlarına, ayı və pələnglərinə yedirdib. Qriqoryan ordu üçün nəzərdə tutulan texniki vasitələri, o cümlədən hərbi maşınları da ələ keçirməkdə ittiham olunur.
Xatırladaq ki, son 2 ayda Ermənistan ordusu və Müdafiə Nazirliyindəki qalmaqallı korrupsiya işləri üzrə çoxsaylı cinayət işləri açılıb, bir sıra indiki və sabiq vəzifəli şəxslər istintaqa cəlb edilib. Bu arada Ermənistanın Milli Təhlükəsizlik Xidməti  bir sira vətəndaşların, o cümlədən dövlət məmurlarının, həkimlərin və hərbi komissarlıqların cəlb olunduğu böyük korrupsiya sxeminin üstünü açıb. Bildirilir ki, həkimlər və hərbi komissarlığın işçiləri aldıqları böyük məbləğdə rüşvət müqabilində saxta tibbi sənədlər düzəltmək yolu ilə orduda xidmətə çağırılan 40-dan çox Ermənistan vətəndaşını məcburi hərbi xidmətdən azad edib. Bu korrupsiya sxemində baş rolu isə həkim Aramais Sanosyan oynayıb.

İlkin sübutlara əsasən, orduda xidmətdən yayınmağa hərbçilərin özləri də “kömək” edib. Kolya Kosakyan adlı ehtiyatda olan hərbi qulluqçu tibbi dairələrdəki əlaqələrindən istifadə edərək bir qrup vətəndaşla sövdələşməyə girib. O, 14 min ABŞ dolları qarşılığında hərbi xidmətə çağırılanların mülki xəstəxanalara göndərişini təşkil edib. Həmin xəstəxanalarda isə hərbi xidmətə çağırılanlara saxta diaqnoz qoyulub ki, nəticədə onların orduda xidməti təxirə salınıb, yaxud hərbi xidmətdən ümumiyyətlə azad olunublar. Bu cür irimiqyaslı və böyük korrupsiya şəbəkəsində keçmiş və hazırkı hərbi komissarlıqların əməkdaşları da iştirak edib. Əldə edilən sübutlar əsasında Kole Kosakyan, Qarik Arakelyan və Aramais Sanosyana qarşı cinayət işi açılıb.
Ermənistan MTX ifşa olunan korrupsiya sxeminin bütün iştirakçılarının, şəbəkə ilə əlaqəsi olan vəzifəli şəxslərin aşkarlanması üçün ciddi istintaqa başlayıb. Bütün bunlar orduda bir çox zabit heyəti arasında ciddi etiraz yaradıb. Məsələ ilə bağlı fikirlər səslənir ki, belə vəziyyətdə ordunun Paşinyana qarşı hərəkətə keçməsi istisna deyil. Təbii ki, bu məsələdə Serj Sarksiyan iqtidarının üzvü olmuş şəxslər də  narazılara yardım etməyə hazırdır. Çünki onlara qarşı da təzyiqlər davam edir. Elə bu arada məlum olub ki, Serj Sarkiyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur. Ermənistan polisinin mətbuat xidmətinin məlumatına görə, hadisə 2017-ci ilin avqustunda baş verib. Hadisənin qurbanı isə paytaxt İrəvanda xarici turistlər üçün gecə klubu açmaq istəyən 49 yaşlı kişi olub: “2017-ci il avqustun ortalarında Narek Sarkisyanın mühafizə rəisi Artyom Poqosyan həmin şəxsi söhbət etməyə çağırıb. Lakin yol kəsişmələrindən birində sahibkar oğurlanıb və güc tətbiq edilməklə Narek Sarkisyana məxsus evə aparılaraq, zirzəmiyə salınıb. Sarkisyan onu tapançayla hədələyib, qaz avadanlığı ilə yanıq xəsarətləri yetirib. Sonra kişini yük maşınlarının servis mərkəzinə gətirərək yenidən döyüblər və yalnız klub biznesilə məşğul olmayacağı barədə söz verəndən sonra buraxıblar”. Cinayət axtarışı üzrə baş idarə hazırlanmış materialları Baş prokurorluğa göndərib. Daha əvvəl Narek Sarkisyan silah və narkotiklərin saxlanması, həmçinin dələduzluqda ittiham edilərək axtarışa verilib. Bütün bunlar Serj Sarkisyanın özünün də narazılığına səbəb olmaqdadır. Amma indilikdə o, baş verənlərə qarşı açıq fəaliyyətə keçə bilmir. Amma Paşinyana qarşı hərəkətə keçən istənilən qüvvəyə də dəstək verməyə hazırdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ