çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər indi də Rusiyaya qarşı ərazi iddiasına başlayıblar - saxa-yakutlar “erməni”, Saxa Respublikası “Uranhay”, Baykal gölü isə “Ararat dənizi” imiş...

Image


Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər”

 

Ermənilər gündə bir iddia, bir gülməli fikir irəli sürməsələr, dünyada “Nuhun tufa”nı yenidən qopar. Təsəvvür edin ki, erməni xalqının kasıblığın, möhtaclığın, aclığın girdabında qaldığı bir vaxtda erməni ideoloqları, politoloq və tarixçiləri öz xalqlarının qeydinə qalmaq, onları bu vəziyyətdən çıxarmaq əvəzinə, xam xəyallara düşürlər, gördükləri yuxuları dünyaya bəyan etməklə məşğul olurlar.

Bu gün ermənilər Azərbaycan ərazilərini işğal etməklə, Gürcüstan, Türkiyə torpaqlarına qarşı iddialar irəli sürməklə kifayətlənməyib, indi də Rusiya ərazisinə tamah salırlar. Özü də bilirsiniz dolayısı ilə Rusiyanın hansı ərazilərinə qarşı iddia sürürlər? Yakutiya (Saxa) Respublikasına. Son zamanlar sosial şəbəkələrdə ermənilərin çəkdiyi bir sənədli film, veriliş yayılıb. Sözügedən vizual çarxda Rusiyanın şimalında yerləşən Saxa-Yakutiyanı “Uranhay” adlandıran ermənilər iddia edirlər ki, guya yakutlar ermənilərlə eyni “milli mənşəyə” aiddir. Hətta bu iddianı filmdə erməni tədqiqatçısı Yuri Sarqısyan da irəli sürür. O iddia edir ki, guya məşhur Baykal gölü “Ararat dənizi”dir.

Ümumiyyətlə, bütün dünyaya məlumdur ki, saxa-yakutlar türk mənşəlidirlər və onlar qədim türklərin genetik kodunun daşıyıcısı olan xalqlardan biridir. Digər tərəfdən də saxa-yakutlarla erməiləri birləşdirən heç bir tarixi bağ yoxdur.

Türkoloqların verdikləri məlumata görə, ermənilər özləri də bilmir kimdirlər. Milli kimliyi, tarixi kökü şübhəli olan toplumun özünü gündə bir xalqa yamaq etmək cəhdinin uğursuz olduğunu deyən türkoloqlar hesab edirlər ki, saxalar, yaxud yakutlar türk toplumudur, onların bir hissəsi xristianlığın pravoslav təriqətinə, bir qismi isə dədə-babalarından miras qalan şamançılıq inancına tapınır.  

Qeyd edək ki, Saxa Respublikası Sibirin şimal-şərqində yerləşir.

Ermənilərin saxa-yakutları “erməni”, Saxa Respublikasını “Uranhay”, Baykal gölünü isə “Ararat dənizi” adlandırmasının heç bir əsası olmadığını deyən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov hesab edir ki, bu iddia ermənilərin növbəti sərsəmləmələrindən biridir: “Əvvəla onu qeyd edim ki, yakutların ermənilərlə genetik qohumluğunu və o ərazilərin ermənilərlə bağlı olmasını iddia etmək ermənilər haqqında o təsəvvürü yaradır ki, onlar bir xalq olaraq doğrudan da çaşıblar. Özlərinə heç bir genetik yaxınlığı olmayan bir xalqı öz adlarına bağlamaları o deməkdir ki, ermənilərin maarif səviyyəsi çox aşağıdır. Ermənilərin elm adamları bu iddianı irəli sürürlərsə, demək, onlar elmlə məşğul olmurlar, şou yaradırlar, özlərini dilə-dişə salırlar. Görünür, beynəlxalq aləmə, cəmiyyətə təqdim etmək üçün bir orijinal işləri olmadığından, gündəmə gəlmək üçün bu cür gülməli iddialarla dünya insanlarını həm özlərinə güldürürlər, həm də maraq dairəsinə düşürlər. Bu dünyada qəbul olunmuş bir aksiomdur ki,  yakutlar türkdilli xalqlardan biridir. Bunu dünya türkologiya sahəsində aparılan tədqiqatlar da sübut edir. Yakutlar digər türk xalqlarından nisbətən uzaq olan Sibirdə yaşayırlar. Bu uzaqlaşma onlarda başqa türk xalqlarından fərqli dil xüsusiyyətləri yaradıb. Bunun da səbəbi odur ki, onlar təcrid olunmuş şəkildə yaşayıblar. Yakutlar saxa türkləridir və onların bir qismi lap qədim dövrlərdə İtaliya ərazisinə köçüb gedib. Tədqiqatlar göstərir ki, etruskların ulu babaları saxalar olub. Onların dil xüsusiyyətlərində çox ciddi yaxınlıqlar var. Məşhur Türkiyə tədqiqatçısı Adilə Ayda İtaliyada etruskların yaşadığı ərazidə olub və onların dil xüsusiyyətlərini aydınlaşdırıb. O müəyyən edib ki, etruskların dili türk kökənlidir, türk dilidir. Türkoloji tədqiqatlar birmənalı şəkildə təsdiq edib ki, etrusklar saxa-yakutlarla bağlıdırlar. Mən erməni alimlərinə məsləhət görərdim ki, ən azı Adilə Aydanın “Etrusklar türküdülərmi?” kitabını oxusunlar. Və onu da araşdırıb ki, etrusklar indiki saxaların yaşadığı ərazilərdən İtaliyaya köç ediblər. Onlar kitab oxuyub, tədqiqatlarla tanış olub görsünlər ki, bu məsələ mübahisə obyekti deyil, ola da bilməz”. 

Yakutlarla ermənilərin nə din, nə də milli mənsubiyyət baxımından heç bir yaxınlığının olmadığını vurğulayan B.Xəlilov hesab edir ki, yakutların bir qismi şamançılıq inancına tapınır və şamançılığın da ermənilərə heç bir aidiyyəti yoxdur.

“Şamançılığın ermənilərə nə aidiyyatı var? Ermənilər utanmasalar, hətta Cənubi Azərbaycanda olan xələc dialektini də öz adlarına çıxacaqlar ki, bu da bizim dialektimizdir. Mənə elə gəlir ki, ermənilər dünya siyasətində, iqtisadiyyatında, mədəniyyətində kifayət qədər iç üzünü açmış bir millət olduğu üçün, onlar gündəmdə qalmaq üçün nə istəyirlər deyirlər və yazırlar” - deyə bildirən B.Xəlilovun fikrincə, ermənilər yakutları öz adlarına bağlamaq cəhdləri ilə Rusiya ərazisinə də iddia edirlər.

“Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər. Yumşaq desəm, bunlar artıq ağıllarını itiriblər. Azərbaycan Prezidenti, ictimai-siyasi xadimlərimiz, alimlərimiz deyəndə ki, ermənilərin torpaq iddiası dünya üçün qorxuludur, buna reaksiya vermək istəmirdilər. Ancaq bu gün görürsünüz ki, bizim dediklərimizi zaman sübut edir. Ermənilər Azərbaycan torpaqlarına qarşı iddia irəli sürürlər, bizim ardımızca Gürcüstanın torpaqlarına qarşı iddialarını ortaya qoymağa başladılar. İndi də görürsünüz ki, onlar Rusiya ərazisinə iddia edirlər. O ərazilərə ki, burada heç vaxt erməni yaşamayıb, yaşamır da. Həmişə demişəm, yenə də deyirəm, ermənilər Fransada yaşasalar, deyəcəklər ki, bura bizimdir. Ümumiyyətlə, harada bir erməni varsa, onlar deyirlər ki, bura bizimdir və burada dövlət qurmalıyıq. Bu gün erməni məsələsi təkcə bizi yox, bütün dünyanı narahat etməlidir. Erməni problemi zahirən bu gün Azərbaycanın problemidir, ancaq onun daxilinə baxanda o, dünyanın, bəşəriyyətin problemidir”- deyə B.Xəlilov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ