çərşənbə günü, 11 noyabr 2026
     

Dağlıq Qarabağla ərazi bağlılığı olmayan və 90-cı illərdən erməni işğalında qalan kəndlərimiz...

Image


Ermənilər Çar Rusiyasının dəstəyi ilə Qafqaza, daha dəqiq desək, Azərbaycan ərazilərinə köçürüldükdən sonra onların bizim torpaqalara qarşı qara niyyətləri də qırxayaq kimi artmağa başladı. Məlum olduğu kimi, keçən əsrin 80-ci illərinin sonlarından ermənilər Azərbaycan torpaqlarına qarşı yeni iddialar irəli sürməyə başladılar.

Qeyd edək ki, 1990-1993-cü illərdə Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gə­­si və onun ətrafında yerləşən 7 rayon, bundan əlavə isə Dağlıq Qarabağın inzibati sərhədlərindən çox-çox kənarlarda yerləşən ərazilərimiz Ermə­nis­tan silahlı qüvvələri tərəfindən iş­ğal edildi.

Bu dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun 7 kəndi –Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırıldı, talan edildi və dağıdıldı. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşdü. Hazırda 699 kv.km ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal altındadır.

Məlumat üçün qeyd edək ki, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bununla da Bağanıs Ayrım kəndi ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub, 10 nəfər şəhid edilib, 15 nəfərdən çox insan isə yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

Mətbuatın yazdığına görə, xüsusu strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən, düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib. Kənd işğal olunan zaman 600 nəfər yaşayırdı. Bağanıs Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. İndi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.

Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci il aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xətti də ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlandıqdan sonra çətinliklə işğal edilir. Hadisələrin şahidi, Barxudarlı kənd sakin Əhməd müəllim mətbuata bu məşum gün haqqında bunları deyib: “Sahədə öz mal-qarasını və qoyunlarını otaran iki nəfər kənd sakinini ermənilər güllə ilə vurdular. Onlardan biri 9-cu sinifdə oxuyurdu, o biri isə orta yaşlı bir kişi idi”.

Məlumata görə, hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır. Barxudarlı və Sofulu kəndlərində yerləşən 230 evin hamısı talan edilərək yandırılıb.

Qeyd edilənə görə, ümumilikdə, 530 nəfər öz evini məcburi şəkildə tərk etməli olur. Hazırda Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin 85% qədəri Qazax şəhərinin mərkəzində, digərləri isə rayonun müxtəlif ərazilərində məskunlaşıb. Kəndlər işğal olunana qədər yerli əhali əsasən heyvandarlıq, əkinçilik, üzümçülük və tütünçülüklə məşğul olub.

Ermənilərin Azərbaycan torpaqlarına iddiasının ağır nəticələri bununla bitmir. Onların

bu gün işğal altında saxladıqları ərazilərimizdən biri Naxçıvan MR-in Sədərək rayonunun Kərki kəndidir. Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 28 il bundan əvvəl işğal olunub. Ermənistan silahlı qüvvələri işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı da həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra, yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub.

Qeyd edək ki, Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Hadisələrin canlı şahidlərinin mətbuatda yer alan fikirlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbilə onlar yaşayış yerini tərk etməli olublar.

Qeyd edilənə görə, Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub. Qeyd edək ki, Kərki kəndinin sakinləri muxtar respublikanın Kəngərli rayonunun ərazisində yaradılan Yeni Kərki kəndində məskunlaşıblar. Onlar hər cür dövlət qayğısı ilə əhatə olunublar. Bu gün kərkililər işğal altında olan kəndlərinin azad olunacağı günü səbrsizliklə gözləyirlər.

Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, hələ də o torpaqların işğal altında saxlanması faktına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri, tanınmış ictimai-siyasi xadim Akif Nağı bizimlə söhbətində qeyd etdi ki, Ermənistan Qazax rayonunun 7 kəndini, Naxçıvan MR-in Sədərək rayonunun Kərki kəndini və Gədəbəyin bəzi yüksəkliklərini də işğal etməklə açıq şəkildə təkcə Dağlıq Qarabağa və ətraf rayonlara deyil, həm də Azərbaycan Respublikasının bütün ərazilərinə sahib olmaq niyyətini ortaya qoyub. O, həmçinin, vurğuladı ki, indiyə qədər heç bir beynəlxalq qurum tərəfindən bu məsələ müzakirəyə çıxarılmayıb: “Bu məsələ beynəlxalq təşkilatların nəzərinə çatdırılmalıdır. Biz beynəlxalq qurumlara müraciətlərimizdə, müxtəlif tədbirlərdə diqqəti Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən torpaqlarımızın ermənilər tərəfindən işğal olunması faktına yönəldirik. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib, torpaqlarımıza təcavüz edib. Ermənistan Dağlıq Qarabağı da, 7 ətraf rayonumuzu da, əlavə olaraq Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızı da zəbt edib. Onlar Dağlıq Qarabağı işğal edib və adını da qoyublar ki, guya orada hansısa bir “milli azadlıq hərəkatı” olub. Dağlıq Qarabağın ətrafındakı rayonları işğal ediblər, deyirlər ki, guya təhlükəsizlik zonası, bufer yaradıblar. Sözsüz ki, bu da heç bir məntiqə sığmır. Ümumiyyətlə, Dağlıq Qarabağdan kənarda Naxçıvanın Kərki kəndi, Qazaxın ərazisindəki 7 kəndi, Gədəbəydəki bir neçə yüksəkliyi ələ keçiriblər. Bu məsələdə artıq işğal faktı heç nə ilə izah oluna bilməz, bu torpaqlar ermənilər tərəfindən zəbt edilib. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələnin üzərindən sükutla keçirlər. Çalışırlar ki, bu işğal faktını nəzərə almayıb onu diqqətdən kənarda saxlasınlar. Bu da təbii ki, onların ermənipərəst mövqeyindən irəli gəlir. Onlar ermənilərin Dağlıq Qarabağda, ətraf rayonlarda və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar Azərbaycan torpaqlarını işğal etməsinə, eləcə də vaxtaşırı verdikləri aqressiv bəyanatlara göz yumurlar. Bu da beynəlxalq qurumların qeyri-obyektiv mövqeyindən xəbər verir. Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızın da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını Azərbaycan yorulmadan beynəlxalq təşkilatların diqqətinə çatdırmalı, ictimai rəyə yeritməlidir. Başqa yolumuz yoxdur. Bütün vasitələrdən istifadə edərək bu barədə beynəlxaq qurumlara, ictimaiyyətə daha çox məlumat verilməlidir. Bir qədər bu məsələdə boşluq var. Görürsən ki, xaricdəki diaspor təşkilatları, yaxud Azərbaycandan xaricə gedən müəyyən nümayəndələr yalnız Xocalı, yaxud Dağlıq Qarabağın digər işğal olunmuş əraziləri ilə bağlı tədbirlər keçirirlər. Ancaq Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızın da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi məsələsinin beynəlxalq qurumların diqqətinə çatdırılması sahəsində heç bir iş görülmür. Hesab edirəm ki, bu məsələni xüsusi olaraq diqqət mərkəzində saxlamaq lazımdır”.

Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızın da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ermənilərin bizim bütün ərazilərimizə sahiblənmək məqsədinin göstəricisi olduğunu deyən A.Nağının sözlərinə görə, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü yüzlərlə Azərbaycan insanının faciəsinə səbəb olub. İndiyə qədər Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızın da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi məsələsinin danışqlar predmeti olmadığnı bildirən A.Nağı hesab edir ki, bu fakt da danışıqlar predmetinə çevrilməlidir. “Bu, ermənilərin bütün Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasətinin göstəricisidir. Əsas məqsədləri, əsas hədəfləri Dağlıq Qarabağdır. Eyni zamanda da digər torpaqlarımızla, eləcə də Naxçıvanla bağlı iddialar səsləndirirlər. Onlar istəyirlər ki, indiki zamanda Dağlıq Qarabağı ilhaq etsinlər, bu məsələni həll etsinlər və qalan ərazilərdən də nə qalarsa, o qədər saxlayarlar. Yəni ermənilərin bu kimi iddiaları, istəkləri var. Fikirləri belədir ki, əgər Azərbaycan müqavimət göstərməsə və beynəlxalq qurumlar reaksiya verməsələr, elə Qazaxın ərazilərini də, Kərkini də özlərində saxlayacaqlar. Ermənilərin fikri, düşüncəsi budur. Çox təəssüf ki, indiyə qədər Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızın da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi məsələsi danışıqlar mövzusu olmayıb. Heyf ki, hələ də bu vacib məsələni biz beynəlxalq aləmdə qabarda bilməmişik. Yəni ola bilər ki, bu məsələ diplomatların nəzərindən qaçıb, ona görə danışıqlar prosesinə heç vaxt bu məsələ daxil edilməyib. Lakin hesab edirəm ki, bundan sonra bu məsələ də danışıqlar predmetinə çevrilməli və beynəlxalq qurumlar qarşısında qabardılmalıdır” - deyə bildirən A.Nağı qeyd etdi ki, Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar olan torpaqlarımızın da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını bütün dünyaya bəyan etməliyik.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ