“Qarabağa Qayıdış” İB-in sədri Rizvan Talıbov el-oba camaatına müraciət edib. Müraciətdə deyilir:
“Azərbaycanın ikinci paytaxtı sayılan Gəncə şəhərində qanunsuz iğtişaşlar zamanı iki polis əməkdaşımız qətlə yetirilib, bir neçə yaralılarımız var! Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polislərimizə Allahdan rəhmət,yaralılarımıza acil şəfalar diləyirəm! Hadisələrin gedişi onu göstərir ki, ölkədə sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər! Xüsusən, fars mollalarının agentləri fəallaşıblar! Yaranmış kritik vəziyyətdə hər bir məsuliyyətli vətəndaş sabitliyin qorunmasına töhvə verməyə çalışmalıdır! Nə xarici düşmənlərə, nə də tarixi düşmənimiz olan ermənilərə sevinmək imkanı verməməliyik!!!
QAQB olaraq, bütün Qərbi azərbaycanlılara müraciət edirik: Biz, Qərbi azərbaycanlılar həmişə dövlətçiliyimizin müdafiəçisi olmuşuq və bu gündə dövlətçiliyin, sabitliyin qorunmasında aktiv rol oynamalıyıq! Ona görə də, QAQB sədri olaraq, mən sizə müraciət edirəm: iğtişaşlardan uzaq durun, heç bir kütləvi aksiya çağırışlarına qoşulmayın!!! Bu gün bizdən tələb olunan vətəndaşlıq mövqeyi ölkəmizin suverenliyinə düşmən olan qüvvələrə fürsət verməməkdən ibarətdir!!! Təmkininizi saxlayın, heç bir qanunsuz kütləvi aksiyalara qatılmayın və iğtişaş olan yerlərdən uzaq durun! Qanunçuluğu bərpa edən polis qüvvələrinə imkanınız daxilində yardım edin!!!!”.