Əli Həsənovun kimlərsə üçün islahedici, kimlərsə üçün ifşaedici, fəqət arqumentli daha bir statusunu oxudum. Heç bir ölkənin sığorta olunmadığı texnogen, ya təbii fəlakətlər anında kimlər necə davrandı, necə olmalı idilər kimi sualların dəqiq cavabları əks olunmuş bu kimi yazını, açiq deyim ki, Əli Həsənovdan qabaq cəmiyyətimizin siyasi tərəfsiz ziyalılarindan, ziyalı platformasinda agsaqqallıq statusuna çatmış yazıçılardan, elm, mədəniyyət, incəsənət xadimlərindən eşitmək və oxumaq istərdim. Dovlət və cəmiyyətin təhlükəsizliyi məsələsi masa üzərinə gələndə Əli Həsənovun hamıdan qabaq cəsarətlə atəş nöqtəsinə atılması bir dövlət məmuru olaraq onun borcu və vəzifəsidir. Ancaq rəsmi vəzifəsi və səlahiyyətləri olmayan, dövlətdən hər zaman diqqət və qaygi uman, çox vaxt umdugunu alan sıravi yazi-pozu adamlarının, yazıçı və elm-sənət adamlarının vətəndaşlıq borcu bəs harda qaldı?
Anlamaq nə qədər çətin idi ki, “zəlzələdən, ya vəlvələdən” bütün olkənin enerjisinin kəsilməsinin dərhal ardinca ikinci paytaxtımız sayılan şəhərin başçısının həyatına silahlı qəsdin əsl hədəfi dövlətimizin və sabitliyin qəsdinə durmuş dairələrin kəmfürsət planlarının tən ortasındadı?!
“Gecənin xeyrindənsə gündüzun şəri yaxsidir” kimi mudrik atalar sözünün də hikmətinə məhəl qoymadan müvəqqəti isıqsız qalmış zülmət məmləkətin əhalisini qanlı üsyana, qiyama səsləyənlərin qarşısına çıxmaq, kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vətənpərvərlik borcu idi. Iqtidarın da, müxalifətin də hətta ən radikal tərəfdarlarını belə mövqedə görə bilsəydik, yalniz o zaman deyə bilərdik ki, biz dövlətçilik ətrafında birləşməyi öyrənmiş kamil bir toplum halına gəlmişik. Bu cür davranış sərgiləməyi olkənin Prezidentinə yarinmagin təzahürü saymaq kökündən yanlışdır, gecə qara cücə qara məntiqi ilə hərəkət edənlərin dəyirmanına su daşımaqdı. Kəmfürsətlərin xalqı üsyana, xaosa və qətllərə çağırdığı bu ölkə tək cənab Prezidentin yox, bizim hər birimizindi. Azacıq ədalət hissinə, cüzi dövlətçilik sevgisinə malik olmaq bu həqiqəti anlamaga yetər. Anlamayanlar müvəqqəti zülmətə düşmüş ölkədə üsyan təşnəsini açiqca ortaya qoyan kəmfürsətlər kimi bir şeyə çevrilir...
Aydın QULİYEV