çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan Qarabağ məsələsində Ermənistanın əlindən ən böyük strateji müttəfiqini aldı

Image


Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın yaratdığı maneələr, bu fonda regionda təhlükəsizliyin etibarlı təmini yolunda çıxan əngəllər beynəlxalq ictimaiyyətdə daha çox narahatlığa rəvac verir. Hətta iş o yerə çatıb ki, Ermənistanın əsas hamisi hesab edilən Moskva da İrəvanın Qarabağ siyasətindən açıq narazılıq ifadə edir. Ən azından ona görə ki, yaranmış vəziyyət Rusiyanın regionda maraqlarına ciddi zərbə vurur.

Bunu Beynəlxalq Böhran Qrupunun (BBQ) son araşdırması da təsdiq edir. Araşdırmada Cənubi Qafqaz regionunda Moskva ilə Ankaranın rəqabət və əməkdaşlığı fonunda Azərbaycan rəhbərliyinin düşünülmüş xarici siyasətindən, Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs olunur.

Araşdırmanın “Cənubi Qafqaz: risqlər və imkanlar” bölməsində Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi transmilli enerji layihələri, bu kontekstdə son illər Rusiyanın Türkiyə ilə yaxınlaşmasının regionda sülhün və sabitliyin bərqərar olması üçün əhəmiyyəti diqqətə çatdırılır. Qeyd edilir ki, Moskva ilə Ankara arasında əlaqələrin möhkəmlənməsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də töhfələr verə bilər. Eyni zamanda, rəsmi Bakının həm Ankara, həm də Moskva ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdiyi vurğulanır. Digər tərəfdən, İrəvanın qeyri-konstruktiv mövqeyi tənqid olunur: “Ermənistan istər Rusiya-Türkiyə əlaqələrinin möhkəmlənməsi, istərsə də Bakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara həvəs göstərmir. 2018-ci ilin aprelində kütləvi nümayişlərdən sonra hakimiyyətə gələn Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlki rəhbərliyin siyasətini davam etdirir və Bakı ilə münasibətlərin bərpa olunması üçün ərazilərin qaytarılmasında müsbət mövqe göstərmir”. Daha sonra vurğulanır ki, Ermənistan prezidentindən və baş nazirindən fərqli olaraq, Azərbaycan rəhbərliyi həm Moskva, həm də Ankara ilə münasibətləri inkişaf etdirir. Araşdırmada İrəvanın Rusiya-Türkiyə yaxınlaşması fonunda Ankara barədə daha sərt bəyanatlara üstünlük verməsi diqqətə çatdırılır. Bütün bunlar isə indiki şəraitdə Rusiyanın da maraqları ilə ziddiyyət təşkil edir. Başqa bir tərəfdən, İrəvanın son dövrlərdə sürətlə Qərbə meyllənməsi də Moskva üçün qəbuledilməz hal sayılır. Yaranmış vəziyyətdə Moskvaınn Ermənistanı cəzalandırmaq, bu fonda Azərbaycanla münasibətləri dərinləşdirmək istiqamətində addımlar atması məntiqi gediş hesab olunur. Müxtəlif qurumları təmsil edən Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi” zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsi, burada konfransa qatılmaları da qeyd olunanların təsdiqi sayılır. Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib. Bu hal Ermənistanda xüsusi narahatlıq yaradır. Erməni siyasi şərhçi Razmik Akopcanyan yazır ki, artıq Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir. O vurğulayır ki, Kremldə Ermənistan üçün yeni plan hazırlayırlar: “İndi Kreml hətta bu planlarını gizlətmir. “Aprel müharibəsi” zamanı azad edilmiş ərazilərə Putin nümayəndə heyəti göndərdi və bəyan etdi: “Azərbaycan Qafqazda Rusiyanın tək müttəfiqidir”. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir, Gürcüstan və Ukrayna ilə dostluq edir, GUAM-da təmsil olunur. Kreml isə, bütün bunlara rəğmən, Bakının əlini sıxır və onu dəstəkləyir. Görünür, Rusiyada Ermənistana böyük dərs verməyə qərar veriblər”.
Erməni şərhçi işğaldan azad edilmiş ərazilərə ilk dəfə baş çəkən Rusiya nümayəndə heyətinin açıqlamalarından sitat gətirir. Onlardan biri - Dmitri Savelyev deyir: “Dağlıq Qarabağ və ona bitişik yeddi rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”. Digər nüfuzlu təmsilçi Aleksandr Duqin isə bəyan edir: “Qarabağda bu görüşü keçirmək simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm. Bu həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının yanaşmasıdır”.
Razmik Akopcanyan qeyd edir ki, Rusiya Ermənistanın yeni hakimiyyətinə təzyiq edir: “Kreml bizim hakimiyyətdən vaxtilə Putin və Serj Sarkisyan arasında razılaşdırılmış ərazilərin qaytarılması ilə bağlı planı həyata keçirməyi tələb edir. Əks təqdirdə, sabah müharibə başlayacaq. Ermənistan bu müharibədə tək qalacaq”. Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli də baş verənlər fonunda İrəvanın narahatlığının tamamilə gözlənilən olduğunu bildirir. O qeyd edir ki, Rusiya siyasi elitasında Azərbaycana, eləcə də Dağlıq Qarabağ probleminin həllinə münasibətdə obyektivliyin ilkin işartıları görünməkdədir. Politoloq Cocuq Mərcanlıda belə bir tədbirin təşkil edilməsini çox yüksək qiymətləndirib: “Orada səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərində inqilabi dəyişikliklərə səbəb olacaq. Xüsusən də Rusiyanın yüksək dövlət rəsmilərinin açıqlamaları göstərir ki, Rusiya ilə Azərbaycan arasındakı strateji bağlar inkişaf etməkdə və keyfiyyətcə yeni mərhələyə daxil olmaqdadır. Tədbirin Cocuq Mərcanlıda keçirilməsinin prinsipial əhəmiyyəti var. Bununla da açıq mesaj verildi ki, Bakı sülhün, dincliyin tərəfdarıdır və Cocuq Mərcanlıda aparılan dəyişikliklər də bunun bariz sübutudur. Xüsusilə də Duqin və Savelyevin Dağlıq Qarabağ və ətrafındakı rayonların qaytarılmasını birmənalı və açıq dilə gətirməsi birbaşa Moskvanın mövqeyini əks etdirir. Bu, açıq şəkildə BMT qətnamələrinin ruhuna uyğundur. Rusiya tərəfindən 7 rayonun qaytarılması təklifi Moskvanın ermənipərəst siyasətinə qarşı cəsarətli addım hesab oluna bilər. Belə nəticəyə gəlmək olar ki, səsləndirilən bu fikirlər gec-tez Rusiya xarici siyasətinin prioritetinə çevrilə bilər”.

Rusiya rəsmi hakimiyyət orqanlarının Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin beynəlxalq hüquq normalarına əsaslandığını qeyd edən politoloq çox önəmli bir məqama toxunub: “Bir məsələni də xüsusilə qeyd etməliyik. Bu tədbirin Azərbaycan Prezidentinin Rusiyaya gözlənilən səfəri ərəfəsində keçirilməsi Əliyev-Putin görüşündə mühüm razılaşmalara şahidlik edəcəyimizdən xəbər verir. Söhbət Azərbaycanla Rusiya arasında əlaqələrin daha yüksək mərhələyə qaldırılmasından gedir. Rusiyalı rəsmilər Azərbaycanın Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi olduğunu vurğuladılar. Bu təsadüfi səsləndirilmiş fikir deyil və hər halda, Kremlin müəyyən dairələrinin mövqeyini əks etdirir. Cəsarətlə deməliyik ki, Rusiya ictimai rəyində ciddi dönüşlər baş verir. Bunu Dağlıq Qarabağ probleminin həllinə doğru dönüş də adlandırmaq olar. Ən başlıcası isə odur ki, Rusiya Azərbaycanla münasibətləri yenidən qurmaq istəyir. Bu yenidənqurma iki ölkə əlaqələrini keyfiyyətcə yeni bir mərhələyə qaldıracaq”. Aydındır ki, belə vəziyyət öz növbəsində Ermənistanın bölgədə durumunu daha da ağırlaşdıracaq. Ekspertlər bütün bunları Bakının düşmən üzərində növbəti önəmli diplomatik üstünlüyü sayır. Çünki Rusiyanın Ermənistandan vaz keçməsi Qarabağ münaqişəsinin qısa zaman kəsiyində həllinə şərait yaradır. Bütün bunlar isə  Ermənistanda çox böyük ajiotaja səbəb olmaqdadır. Erməni siyasi şərhçi Sarkis Artsruni qeyd edir ki, Azərbaycan ordusu əldə edilən dəstəklə artıq Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir: “Bakıda müharibəyə hazırlıq gedir və Naxçıvan cəbhəsində ərazilərin azad edilməsi ilə bağlı informasiya Azərbaycanın üstünlüyünü göstərir”. Sarkis Artsruni qeyd edir ki, cəbhədə baş verənlər Bakının və Moskvanın Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın iştirakı ilə bağlı istəyinə cavabıdır: “Ermənistanda hələ ki, hakimiyyətin və xarici siyasətin formalaşması gedir. Ermənistan-Rusiya münasibətləri relsə oturmayıb və belə bir situasiya Azərbaycanın əlini gücləndirir. Xüsusən də Azərbaycanın Qafqazda Rusiyanın tək müttəfiqi halına gəlməsi İrəvana müsbət heç nə vəd etmir”. Ermənilər yaxşı bilir ki, işğal siyasətinə son qoyulmasa, həm cəbhədə daha böyük zərbələr alacaqlar, həm də yaşadıqları problemlərin miqyası daha da genişlənəcək. Birmənalı həqiqətdir ki, bu gün işğalçı Ermənistanın dövlət olaraq mövcudluğunu davam etdirməsi, inkişafı onun Azərbaycanla normal münasibətlər qurmasından keçir. Əks vəziyyət indiki kimi Ermənistanın iflasını, onun sürətlə məhvə doğru getməsini şərtləndirir. Ötən dövr ərzində artıq bu həqiqəti ermənilər özləri də aydın görür, sezirlər. Düşmən bilir ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmayana qədər düşdüyü iflas bataqlığından xilas ola bilməyəcək. Ermənilər görür ki, işğal faktoru üzərindən yürüdülən militarist siyasət, qonşu dövlətlərə qarşı ərazi iddialarının təşviqi və yarıtmaz idarəçilik İrəvanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Bu isə ölkənin çöküşünü sürətləndirir, əhalinin ölkədən qaçmasına, olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına səbəb olur.  Bu durumda  Azərbaycanın öz təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır. İndi bunu İrəvandan tək Bakı yox, Moskva da tələb edir. Ermənistanın bütün bunlara müqaviməti onun üzərində daha böyük təzyiq yükünün yaranması deməkdir. Belə vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, həm də Azərbaycanın hərbi-diplomatik uğurudur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ