çərşənbə günü, 11 noyabr 2026
     

Beynəlxalq Muzeylər Şurası işğal altında dağıdılmış muzeylərimizlə bağlı maraqlı ideya verdi…

Image


Ənvər Çingizoğlu: “Bütün beynəlxalq qurumlara eyni zamanda müraciət edilməlidir ki, ermənilər geri çəkilsinlər və onlara Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparmasına şərait yaratsınlar”

 

Erməni işğalına məruz qalan Azərbaycan torpaqlarında 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb. O muzeylərin hazırkı vəziyyəti nə bizə, nə də beynəlxalq ictimaiyyətə məlum deyil. Ermənilərin Azərbaycana aid muzeyləri dağıtdığı, o muzeylərə aid eksponatların İrəvan muzeylərinə daşındığı haqqında faktlar, fikirlər mövcuddur.

Bu gün torpaqlarımız işğal altında saxlandığı üçün bizim o muzeylərin taleyi ilə maraqlanmaq imkanlarımız məhduddur. Ancaq beynəlxalq qurumlar istədikləri zaman bu sahədə araşdırma, tədqiqat apara və dünya ictimaiyyətinə onların vəziyyəti, mövcud durumu haqqında məlumat verə bilər. Lakin indiyə qədər heç bir beynəlxalq qurum bu missiyanı öz üzərinə götürməyib.

Qeyd edək ki, Azərbaycan dövlətinin çoxsaylı müraciətlərinə, cəhdlərinə baxmayaraq, bir sıra hallarda, dünyanın əlaqədar təşkilatları bu problemi görməzdən gəlirlər.

Deyəsən Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparmaq niyyətindədir. ICOM-un prezidenti Suay Aksoy APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib ki, Azərbaycan dövləti müraciət edərsə, ICOM Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara bilər:  “ICOM beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır və dünyadakı bütün muzeyləri əhatə edir. Azərbaycan tərəfdən işğal altındakı ərazilərdəki muzeylərlə bağlı müraciət daxil olarsa, ICOM bu istiqamətdə iş apara bilər".

Qeyd edək ki, 1946-cı ildə yaradılmış ICOM-un 137 ölkədən 37 mindən çox üzvü, Azərbaycan və Ermənistan da daxil olmaqla, 115 milli və 30 beynəlxalq komitəsi var.

Azərbaycanın işğal altında olan ərazilərində 13 dünya və 292 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə yanaşı, 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb.

Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparması üçün Mədəniyyət Nazirliyi tərəfindən ICOM-a müraciət ediləcəkmi?

Məsələni araşdırmaq üçün nazirliklə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, ümumiyyətlə, bu problemlə bağlı müxtəlif  beynəlxalq təşkilatlara müraciət edilib, lakin hələ nəticə yoxdur. ICOM-a müraciətə gəlincə, nazirlikdən bildirdilər ki, həmin qurumun bu işə qoşulması müsbət olardı.

Nazirlikdən onu da bildirdilər ki, illərdir Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparmaq üçün beynəlxalq qurumlar qarşısında məsələ qaldırılır, lakin ermənilər, bütün məsələlərdə olduğu kimi, araşdırıcı missiyanın işğal altında olan torpaqlarımızda təhqiqat aparmasına əngəl törədir, onlara işləmək üçün heç bir şərait yaratmırlar.

Nazirlikdən məlumat verildi ki, Azərbaycanın Mədəniyyət Nazirliyi işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya ünvanlayıb və araşdırma aparmaq üçün missiya göndərilməsini tələb edib, lakin tələb yerinə yetirilməyib.

Nazirlikdən onu da dedilər ki, AŞPA-nın sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qanunsuz dövriyyəsi” adlı məruzə ilə bağlı müzakirələrə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları barədə geniş məlumat çatdırıb və Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinin üzvlərinə sərt cavab verib.

Qeyd edək ki, Q.Paşayeva çıxışında erməni vandalizmini açıq şəkildə ifşa edib: “Bu mövzu mənim ölkəm üçün son dərəcə həssasdır. Təəssüf hissi ilə bəzi rəqəmləri bir daha diqqətinizə çatdırıram. Azərbaycana aid 600-dən çox tarixi-memarlıq abidəsi, arxeoloji abidə, 40 mindən artıq eksponatı olan 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilir. İşğalçı Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarında mədəni sərvətlərin bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın tarixi-mədəni abidələrinə Ermənistanın vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir”.

Deputat qeyd edib ki, Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və işğal altındakı digər rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir hissəsinə çevrilib. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin də yer alması vacibdir. “Hər bir həmkarımıza Azərbaycanın mədəni sərvətlərinə qarşı Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən bütün materialları və sənədləri təqdim edə bilərik. ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatında da bu məsələlər öz əksini tapıb” – deyən Q.Paşayeva Azərbaycanın Mədəniyyət Nazirliyinin işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim etdiyini və araşdırma aparmaq üçün missiya göndərilməsini tələb etdiyini xatırladaraq bildirib ki, ancaq Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. AŞPA və onun üzvlərindən dəstək gözlədiyimizi qeyd edən parlamentari deyib: “Məruzənin böyük əhəmiyyətini bir daha vurğulayaraq, orada öz əksini tapan bütün çağırış və tövsiyələri dəstəkləyirik. Eyni zamanda, assambleyamızı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəni abidələri dağıtmasına, talan etməsinə və qanunsuz ticarət həyata keçirməsinə də laqeyd qalmamağa və bunun dayandırılmasını Ermənistanın yeni rəhbərliyindən tələb etməyə çağırırıq. Çünki o abidələr Azərbaycanla yanaşı, dünya mədəniyyətinin də bir parçasıdır və onları qorumaq üçün assambleyamız da ciddi addımlar atmalıdır”.

Etnoqraf, mədəni irsin araşdırıcısı Ənvər Çingizoğlu bizimlə söhbətində qeyd etdi ki, nazirlik Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparması üçün ICOM-a müraciət etməlidir. O hesab edir ki, bütün beynəlxalq təşkilatlar eyni zamanda Ermənistana təzyiq göstərsə, onlar, istər-istəməz, onların işğal altında olan ərazilərdə təhqiqat aparmasına şərait yaradacaq: “Erməni lobbisi bütün beynəlxalq təşkilatlarda özünə yer tutub. Ona görə də beynəlxalq qurumlar işğal altındakı ərazilərimizdə təhqiqat apara bilmirlər. Azərbaycan dəfələrlə AŞPA-ya, UNESCO-ya və digər qurumlara Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparması üçün müraciət edib. Amma ermənilərin hiylə və məkri nəticəsində onlar bu torpaqlarda heç bir iş görə bilmirlər. Nazirlik ICOM-a da müraciət etməlidir. Bildiyimiz kimi, bu qurumun rəhbərliyinin özü həmin ərazidə araşdırma aparmağa maraq göstərir. Nazirlik bu quruma müraciət etsə yaxşı olar. Ümumiyyətlə, bütün beynəlxalq qurumlara eyni zamanda müraciət edilməlidir ki, ermənilər geri çəkilsinlər və onlara Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma aparmasına şərait yaratsınlar. Ermənilərə güclü təzyiq göstərilməlidir. Məncə, ICOM dünyada nüfuzu olan bir qurum kimi ermənilərə təzyiq göstərə bilər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ