çərşənbə günü, 11 noyabr 2026
     

Gültəkin Hacıbəyli ya Avropa Şurasına qarşı çıxmalı, ya da susaraq siyasətdən getməlidir

Image


Yeganə Hacıyeva: “Bu məsələdə G.Hacıbəyli və onun təmsil olunduğu qurumun susqunluğu anlaşılan deyil”

 

Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assambleyasında təmsil edən sabiq deputat, sonradan radikal müxalifətə keçən Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulub. Bu barədə AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi qərar qəbul edib.

AŞPA üzvlərinin Korrupsiya İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə əsasən, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub. Məruzədə qeyd olunub ki, ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb. Nəticədə onun assambleyanın binalarına, tədbirlərinə girişi qadağa edilib.

Xatırladaq ki, bu sessiyada Azərbaycandan olan üç nəfərin - Müslüm Məmmədov, Elxan Süleymanov və Gültəkin Hacıbəylinin ömürlük AŞ və AŞPA-ya girişi qadağan edilib. Digər bir neçə keçmiş xarici ölkə deputatına qarşı da oxşar sanksiya tətbiq olunub. AŞPA-nın ümumən  Azərbaycanla bağlı tutduğu mövqeni təqdirəlayiq saymaq olmaz. Xüsusilə də Azərbaycan nümayəndə heyətilə bağlı biz qərəzli münasibətin sərgiləndiyinin şahidi olmuşuq. Ancaq maraqlıdır ki, hazırda sanksiyaya məruz qalan G.Hacıbəyli indiyə kimi AŞPA-nın qərarlarına ən sevinən adam olub. Səməd Seyidov və digərlərinə tətbiq olunan əsassız sanksiyaları “demokratiya”nın təntənəsi kimi qeyd edərək, sevincək şəkildə statuslar paylaşıb. İndi isə onun təqdir etdiyi qurum Hacıbəylini ömürlük olaraq AŞPA-nın həndəvərində belə görmək istəmir.   G.Hacıbəyli bir siyasətçi kimi bu qərardan hansı nəticəni çıxarmalıdır?

Avropa qurumları ilə sıx təmasda olan, beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, iyunun 27-si Avropa Şurası Parlament Assambleyasının saytında Parlament Assambleyasında müxtəlif vaxtlarda fəaliyyət göstərmiş deputatlar və keçmiş AŞPA üzvləri barədə Korrupsiya İttihamları üzrə Müstəqil İstintaq Orqanının Məruzəsi dərc edilib: “AŞPA prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi müxtəlif ölkələr üzrə korrupsiya faktlarında özünü göstərən, etik normaların pozulmasında təqsirli bilinən 29 deputata ömürlük sanksiyalar tətbiq edib. Qeyd edim ki, məruzənin özü hüquqi əsassızdır. Müstəqil İstintaq Qrupu adlandırılan qrupun fəaliyyəti üçün baza rolunu AŞPA-da 2017-ci ildə qəbul edilən daxili prosedur və etik qaydalara dəyişiklik nəzərdə tutan “Parlament Assambleyasında üzvlərin məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” sənədidir.  İstintaq Qrupu bunun əsasında heç bir dəlil və sübuta, real faktlara söykənməyən, müstəqilliyi şübhə doğuran, iqtisadi və siyasi lobbi dairələrə bağlılığı ilə tanınan şəxslərin şübhəli ifadələri əsasında qərəzli bir hesabat hazırlayıb. Ümumiyyətlə, bu hesabatı hüquqi bir sənəd olaraq təqdim etmək doğru deyil və onun əsasında sanksiyaların tətbiqi isə, ümumiyyətlə, qəbuledilməzdir. Bu, AŞPA-da artıq bir neçə ildir rəqib qruplara qarşı sifarişlə hüquqi prosedurların tətbiqi praktikasının davamıdır. Sənədin detallarına gəlsək, bir neçə deputat - Karin Strents, Karin Voldsett, Luka Volonte və digər şəxslər barəsində də AŞPA-ya daxil olmaq hüququndan ömürlük məhrum edilmə qərarları çıxarılıb. Məruzədə AŞPA-nın müstəqil istintaq orqanı qurumun etik normaları pozan və öz hərəkətləri ilə bağlı açıqlama verməyən 29 nəfər keçmiş və indiki üzvünün siyahısında azərbaycanlı millət vəkilləri Müslüm Məmmədov və Elxan Süleymanov istintaqla əməkdaşlıq etməkdən imtinaya görə və korrupsiya faktlarının araşdırılması üzrə komissiyanın suallarını cavablandırmadıqlarına görə ömürlük AŞPA-ya daxil olmaq hüququndan məhrum ediliblər.

AŞPA-ya daxil olmaq hüququndan ömürlük məhrum edilənlər arasında səlahiyyətləri 2010-cu ildə başa çatmış keçmiş Azərbaycanlı deputat, Milli Məclisin AŞPA-da nümayəndə heyəti sədrinin keçmiş müavini G.Hacıbəyli də var. 

AŞPA-nın daha öncəki qərəzli qətnamə və sanksiya qərarlarını, ümumiyyətlə, anti-Azərbaycan dairələrinin istənilən qərəzli məqalələrini, xarici kəşfiyyat dairələrinin istənilən sızdırmalarını şəksiz-şübhəsiz qəbul edən, sosial mediada təbliğində xüsusi canfəşanlıq edən şəxslər bu dəfə  özləri pis vəziyyətlə üz-üzə qalmışlar. Əslində, bunun özündə ilahi bir ədalət var. Lakin etiraf edim ki, Avropa Şurasının Parlament Assambleyasının bu qərarına Azərbaycan müxalifətinin rəyi, Milli Şuranın fəalı, sanksiyaya məruz qalan G.Hacıbəylinin şərhi, gözlənildiyi kimi, reallıq hissindən uzaq, qərəzli və ədalətsiz oldu. Əslində, G.Hacıbəyli və onun təmsil olunduğu düşərgə özündə cəsarət tapıb AŞPA-nın bu məsələdə Azərbaycana qarşı qərəzli olduğunu bəyan etməlidirlər. Bunu etməklə Azərbaycanın maraqlarını qorumağı özlərinə sığışdırmırlarsa, onda G.Hacıbəyli elan olunan ittihamı həzm etməli və siyasətlə vidalaşmalıdır. Bu məsələdə G.Hacıbəyli və onun təmsil olunduğu qurumun susqunluğu anlaşılan deyil. İstənilən müxalifət yeri gələndə öz ölkəsinin milli, dövləti maraqlarını da qorumağa borcludur. İndi biz Milli Şuradan ədalətli mövqe gözləyirik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ