çərşənbə günü, 11 noyabr 2026
     

Bığır-Qaraməryəm döyüşlərinin tarixi əhəmiyyəti... - FOTO

Image


Tarixi məlumatlara əsasən, XIX əsrin 30-40-cı illərində çar Rusiyasının Mərkəzi Qaratorpaq və Voqaboyu əyalətlərindən imperiya maraqları naminə Cənubi Qafqaza, xüsusilə Azərbaycanın ayrı-ayrı bölgələrinə köçürülmüş rusdilli əhalinin (malokanların) Bakı quberniyası ərazisində məqsədli şəkildə məskunlaşması müşahidə edilib. Bu əhali qrupları qeyri-rəsmi və bəzi hallarda isə açıq şəkildə bir sıra xüsusi imtiyazlara malik olublar.

Nəticədə, 1890-1895-ci illərdə Bakı-Tiflis dəmir yolu xəttindən onların yaşadıqları məntəqələrə ayrıca avtomobil-ticarət yolları (Padarçöl stansiyasından Şamaxı qəzasının ən ucqar Nağaraxana və Çuxuryurd kəndlərinə, eləcə də Müsüslü stansiyasından İvanovka kəndinə (indi İsmayıllı rayonuna aiddir) qədər uzanan yollar) çəkilib ki,bu nəqliyyat dəhlizi 1918-1920-ci illərdə hay-bolşevik quldurlarının Azərbaycan xalqına qarşı soyqırımı siyasətində hərbi təyinatlı yol kimi istifadə edilib. Bu baxımdan 1918-ci ilin 16-29 iyununda Göyçay qəzasının Bığır-Qaraməryəm kəndləri ətrafında gedən tarixi əhəmiyyətli döyüşlərdə Müsüslü-Qaraməryəm avtomobil yolu quldur hay-bolşevik silahlılarının hərbi qüvvəsinin yerləşdirilməsində və silah-sursat, eləcə də zirehli texniki qürğularının daşınmasında baza rolunu oynayıb.

Ümumilikdə isə dövlətçilik tariximizdə Göyçay qəzası ərazisindəki Bığır-Qaraməryəm döyüşünün ictimai-siyasi əhəmiyyəti Azərbaycan tarixində xüsusi yer tutur. Yüzillik tarixə malik olan bu vuruşmaya diqqət yetirmək indi xüsusilə vacibdir. Nəzərə almaq lazımdır ki, 16-18 iyunda qısa müddət ərzində hay-daşnak və bolşevik silahlı quldurları Bığır-Qaraməryəm cəbhəsində müvəqqəti üstünlük qazanaraq (3500 nəfərlik silahlıların hesabına) və mövqelərini burada bir neçə günlüyə gücləndirə biliblər. Həmin gündə isə Azərbaycan Xalq Cumhuriyyəti Gəncə şəhərində fəaliyyətə başlamışdı. Ona görə də  bu döyüşlərin siyasi-hərbi və ictimai yükü həm də onunla ölçülür ki, cəbhənin bu istiqamətində düşmən uzunmüddətli və dayanıqlı üstünlük əldə etmiş olsaydı, Gəncə şəhərinə hücum etmək, bu istiqamətdə bütün cəbhə boyu psixoloji üstünlüyü qoruyub saxlamaq, canlı qüvvə baxımından təmin olunmaq  onlar üçün asanlaşacaqdı, nəticədə Milli Hökumətimizin fəaliyyəti bəlkə də mümkün olmayacaqdı.

Bu siyasi-hərbi hədəfdən əlavə düşmənin başqa məkrli məqsədləri də var idi. Belə ki, əsas siyasi hədəf Bakı quberniyası olduğundan (dövlətçiliyimizin müqəddəratı  iri dövlətlər və separatçı qüvvələr tərəfindən Bakı şəhəri hədəfə alınmaqla qiymətləndirilirdi, 1917-ci ilin dekabr ayında hakimiyyəti təzəcə ələ keçirmiş Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Ulyanov (Lenin) tərəfindən məqsədli şəkildə Qafqazın Fövqəladə Komissarı təyin edilmiş S.Şaumyanın Q.N.Korqanyanın (1886-1918, erməni əsilli gürcüstanlı, Bakı Sovetində hərbi-dəniz qüvvələrinin komandanı) başçılıq etdiyi Hərbi-İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya köçürülməsi bu baxımdan təsadüfi pozucu siyasi-hərbi gediş deyildi), ona bitişik Şamaxı və Göyçay qəzalarının sərhədində qanlı döyüşlərin baş verməsi həm də bir sıra gözlənilməız  dönüşlərin yaranmasına hesablanmışdı (milli-etnik qüvvələrin pərakəndliyi fonunda vətəndaş qırğınlarının törədilməsi-rus etnik qüvvələrinin mövqeyindən istifadə etməklə).

Bunları nəzərə alaraq, eləcə də Milli Ordunun yaradılması və gücləndirilməsi istiqamətində ümumxalq əhəmiyyətli vəzifələrin icrası məqsədilə Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan Korpusu”nun təşkili (“Müsəlman Korpusu” bazasında) həmin tarixi dövrdə mühüm siyasi-hərbi tədbirlərdən biri kimi tariximizin  şərəfli səhifəsini təşkil edir.

Məlumdur ki, milli dövlətimizin Nazirlər Şurasının birinci müvəqqəti hökumətinin tərkibində Xosrov Paşa bəy oğlu Sultanov hərbi nazir vəzifəsinə təsdiq edilmişdi. Azərbaycan Xalq Cumhuriyyətinin Osmanlı Türkiyəsi ilə 4 iyun 1918-ci il tarixində imzaladığı “Dostluq və əməkdaşlıq haqqında müqavilə”nin IV maddəsinə əsasən, Azərbaycan hökumətinə ölkədə qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün, lazım gələrsə, hərbi güclə kömək etməyi öhdəsinə götürmüş 1-ci və 5-ci Qafqaz İslam Ordusunun komandan (başda Musa Qarabəkir paşa və Nuru paşa olmaqla), zabit və əsgəri qüvvələrinin fəaliyyəti və xidməti unudulmamaq şərtilə Milli Ordu quruculuğunda həm də general-leytnant (“Rus artileriyyasının Allahı”) Əliağa Şıxlinskinin, general Səməd bəy Mehmandarovun, general-leytnant Məhəmməd bəy Sulkeviçin, generallar İbrahim ağa Vəkilovun, Hüseyn xan Naxçıvanskinin, Mir Kazım xan Talışxanovun, Məmməd Sadıq bəy Ağabəyzadənin, Cavad bəy Şıxlinskinin, Şahzadə  Əmir Kazım Mirzə Qacarın və başqa rəhbər milli hərbiçilərimizin-hərbi təlim zabitlərinin böyük rolu olub.

Beləliklə, həmin ərəfədə haqqında qeyd edilən coğrafi mövqe baxımından ölkəmizin mərkəzi hissəsini tutan Bığır-Qaraməryəm döyüşlərinin tarixi əhəmiyyəti ümumilikdə aşağıdakı vəzifələrin həyata keçirilməsi baxımından qiymətləndirilə bilər:

-inzibati-ərazi bölgüsünə görə bütün ölkə üzrə yayılmaq təhlükəsi olan soyqırım faciələrinin  qarşısının alınması;

-ölkə daxilində strateji əhəmiyyətli nəqliyyat-ticarət və iqtisadi-təsərrüfat yollarının hərbiləşdirilməsinə imkan verilməməsi;

-milli dövlətçiliyimizin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində mühüm dövlət vəzifələrinin (siyasi, ictimai,hüquqi, hərbi, iqtisadi quruculuq sahələrində) yerinə yetirilməsi;

-milli ordu quruculuğu sahəsində silahlı qüvvələrdə ruh yüksəkliyinin təmin edilməsi, döyüş qabiliyyətinin öyrənilməsi, milli komandanlıq təcrübəsinin yaradılması, kütləvi səfərbərlik tədbirlərinin keçirilməsinə zəmin yaradılması;

-milli ordu quruculuğu sahəsində zəruri amil olan döyüş təcrübəsinin zənginləşdirilməsi baxımından taktiki gedişlərin sınaqdan çıxarılması;

-ölkə daxilində vətəndaş müharibəsinə düşmənin ümid bağladığı mili-etnik ədavətin qarşısının alınması;

-tarixi və zəngin döyüş təcrübəsinə malik olan Türk Ordusunun komandanlıq və döyüş təcrübəsinin əxz edilməsi və döyüş meydanında istifadə olunması.

Yuxarıda qeyd edilən amillərin zəruriliyi baxımından bir cəhəti vurğulamaq yerinə düşər ki, Cənubi Azərbaycandan (Təbriz, Xoy, Salmas, Ərdəbil, Urmiyə mahallarında) Dərbənd şəhərinədək (Quba qəzası daxilində) və Naxçıvan qəzasından (Şərur-Dərələyəz, Vedibasar-Yeni Bəyazid və Gorus-Qarakilsə mahallarında) Bakı quberniyasınadək coğrafi əraziləri əhatə edən 1918-1920-ci illərinin soyqırım faciələrimizin dönüş nöqtəsi kimi, taktiki-strateji mərkəz kimi Bığır-Qaraməryəm cəbhəsi tam olaraq mərkəzi döyüş meydanı rolunu oynayıb.

Məhz bu amili  nəzərə aldığı üçün birləşmiş düşmən qüvvələri xeyli sayda  duldur silahlılarını (30 döyüş taboru ilə (hər tabor azı 300 döyüşçüdən ibarət olmaqla), zirehli hərbi texnika və silah-sursatla) cəmləşdirərək türk-müsəlman qanına susayan Amazasp Srvantsyanın başçılığı ilə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının silahlı quldur qüvvələıri iyun ayının 1-ci yarısında Gəncə cəbhəsi istiqamətində hərəkət edərək Müsüslü dəmiryolu stansiyasından və Ağsu ərazisindən hərəkətə keçərək Qaraməryəm-Bığır  kəndləri ətrafındakı Sərmədül və Törə dağlarında (Qaraməryəm yaylasının cənub tirələrində) əlverişli mövqe tutur. Bu yüksəkilklərdən Göyçay qəzasının bir çox yaşayış məntəqələri (İnçə, Bəydövül, Dövranlı, Şəkər, Alxasava, Ləkçılpaq, Bığır, Çaxırlı, Qızılağac, Yekəxana, Qubaxəlilli, Kürdşaban, Külüllü...) birbaşa hədəfə alınmaqla, həm də strateji əhəmiyyətli Müsüslü-İsmayıllı yolunu nəzarət altına ala bilirlər. Düşmənin bu üstünlüyü milli döyüşçülərimizin hərəkətinin və dinc əhalinin təhlükəsizlyinin təmin olunması üçün təhlükə yaradırdı. Cəbhənin bu yerinə qədər hay-daşnak və bolşevik quldurları keçdikləri ərazilərdə yaşayış məntəqələrini oda qalamış, dinc sakinləri qətlə yetirmiş (15-20 minə qədər günahsız insanları), var-dövlətlərini və maddi-tarixi mirasları qarət etmişdilər. Cəbhənin bu döyüş hissəsində uğursuzluğa düçar olan milli əsgəri heyətimiz  (onlara gürcü və dağıstanlı döyüşçülər də kömək edirdi) xeyli sayda itki verərək geri çəkilməyə məcbur olur.

Xüsusilə Bığır-Qaraməryəm cəbhəsinə bitişik olan yaşayış məntəqələrinin əhalisi daha çox hücuma məruz qalıb və hərbi təhdidlər yaşayıb. Belə ki, Qaraməryəm kəndi 1905-ci və 1918-ci illərdə bütünlüklə yandırılmış (o vaxt bu kənddə 35-40 ev, Bığır kəndində isə 500-ə qədər ailə olub, bu kəndlər arasında məsafə 5 km-ə qədərdir), 1835-ci ildə tikilmiş dəyirman və qədim məscid yerlə-yeksan edilib, xeyli sayda insan qətlə yetirilib. Sakinlərin (Ənvər Bəbir oğlu Cəbiyevin (1925), Zərbalı Abbas oğlunun (1954) bildirdiyinə görə, kəndin şimalında yerləşən Qala dağında, “Bayraq dağı”nda, “Heydərəli dərəsi”ndə həm günahsız camaat qətlə yetirilib, həm də türk ordusunun və yerli müqavimət dəstəsinin döyüşçüləri iyunun 16-18-də baş vermiş qeyri-bərabər vuruşmalar nəticəsində şəhid olublar.

Müsüslü-Qaraməryəm yolunun solunda yerləşən Törə dağından Dövranlı kəndi (2 km məsafədə) birbaşa top atəşinə tutulmaqla 30-a qədər , İnçə kəndində 15 nəfər dinc sakin  qətlə yetirilib, Şəkər kəndində ağaclarının yaşı 800 ilə yaxın olan Şərq çinarı meşəliyi məhv edilib. İnçə kəndinin gündoğarında, 4 -5 km aralıda yerləşən “At yurdu” adlanan yerdə 1902-ci ildən binələrdə heyvandarlıq təsərrüfatı ilə məşğul olan 5-6 ləzgi ailəsi də həmin qırğınların qurbanı  olub.

Bığır kəndinin cənub hissəsindki “İt yolu dərəsi”ndə mövqe tutan hay silahlıları buradan üç kəndi – Alxasava, Dövranlı və İnçə kəndlərini birbaşa top-puleymot (“Maksim” silahları ilə)  atəşinə məruz qoyub, xeyli sayda dinc sakini və Vətən döyüşçülərini qətlə yetirib.

5-ci Qafqaz İslam Ordusunun Nuru paşanın başçılq etdiyi döyüş qüvvələri hay-bolşevik quldurlarının bu üstünlüyünü və gələcək təhlükənin acı nəticələrini düzgün qiymətləndirərək, polkovnik Osman bəyin başçılığı ilə 10-cu Qafqaz alayının 28-ci taborunu Göyçay cəbhəsinə göndərib və uğursuz hərbi əməliyyatlara (Dövranlı, Bığır, Qaraməryəm, Alxasava kəndləri yaxınlığında) canları bahasına imza atıblar. Həmin hadisələrin iştirakçısı və şahidi olmuş Dövranlı kənd sakinləri Rza Məşədi Cabbar oğlunun (1880-1941), Kərbəlayı Hüseyn Məşədi Cabbar oğlunun (1876-1946), Əliqulu Hacı Talıb oğlunun (1880-1933), Qaraməryəm kənd sakini Fatma Bəndalı qızının (1914-2014) söylədiklərinə əsasən, Dövranlı kənd sakini Aydın Hüseynovun, İnçə kənd sakini Nəriman Soltan oğlu Hacıyevin (1934), Bığır kənd sakinləri Səhrab Beydulla oğlu Seyidovun (1955) və Molla Rəşad Sədiyar oğlu Feyzullayevin (1955) bildirdiyinə görə, türk döyüşçüləri daha çox əlbəyaxa döyüşlərə və səngər vuruşmalarına üstünlük verdikləri üçün döyüş günlərinin əvvəllərində daha çox itki veriblər. Nəticədə xeyli silah-sursat da düşmənin  əlinə keçib.

1918-ci ilin həmin qanlı döyüşlərində Qaraməryəm-Bığır cəbhə xəttində və səngər döyüşlərində (səngər yerləri Bığır kəndinin 200-250 metrliyində “Böyük dərə”nin qaşında qalmaqdadır) şəhid olmuş türk döyüşçülərinin və milli müdafiə qüvvələrimizin müqəddəs məqamları indi də Bığır kəndi ərazisində, Sərmədül, Qala və Törə dağının ətəklərində xatırlanmaqda və yad edilməkdədir.

Bığır kəndinin ətrafında ağır döyüşlərin getdiyi yüksəklik Türk dağı adlanır və Bakı-Göyçay-Yevlax avtomobil yolunun 212-ci km-də, yolun sol hissəsində Şəhid türk döyüşçülərinin (235 döyüşçünün və 13 zabitin) şərəfinə həm də Abidə-kompleks ucaldılıb.

Sonrakı günlərdə, yəni 22-27 iyunda vəziyyətin gərginliyi nəzərə alınaraq Gəncə cəbhəsinin Ordusunun 9-cu, 10-cu və 13-cü alaylarının, 46-cı, 25-ci və 26-cı taborları, istehkam bölüyü, 9-cu alayın pulemyot bölüyü, 10-cu və 13-cü alayların döyüşçüləri bu vuruş meydanına  cəlb edilməklə yeni və daha mükəmməl plan cızılır.

Qaraməryəm-Bığır cəbhəsində yeni döyüş əməliyyatlarına (buna qədər Ağdaş nahiyəsində saxlanılan 2000 nəfərlik silahlı dəstənin də köməyindən istifadə olunub) hazırlıq məqsədilə bu müddətdə Qaraməryəm kəndindəki su dəyirmanında (bir mərtəbəli bu dəyirman binası  indi də qalmaqdadır, “Muxtaroğlu su dəyirmanı” adı ilə fəaliyyət göstərir) komandan Nuru paşa, qərargah rəisi Rüşdü bəy və müdafiə nazirinin müavini, general-leytnant Əliağa Şıxliski tərəfindən  şəraitə uyğun yeni döyüş planı hazırlanır. Bu plana əsasən, canlı qüvvə ilə düşmənə cinahlardan və arxadan zərbə vurmaqla Ağsu-Qaraməryəm yolunu ələ keçirmək, ehtiyatda saxlanmış 25-ci taboru döyüşə buraxmaq  şərtilə 27-29 iyunda uğurlu döyüş həyata keçirilir. Düşmən bütün istiqamətlərdə darmadağın və məhv edilir.

Nəticədə, paytaxt Bakıya doğru cəbhə istiqamətlərində döyüş meydanlarında üstünlük qazanmaq üçün əlverişli hərbi-siyasi  imkanlar yaradılır və axıra qədər ondan bacarıqla istifadə edilir. (Yazının işlənməsində türk yazarı Salman Akının (1962) “Həsrət məktubları” kitabına da (İstanbul, 2014, 143 səhifə) istinad edilib).

Qismət  YUNUSOĞLU
Bakı  Dövlət  Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ