Cümə günü, 13 noyabr 2026
     

Abbas Abbasov xaricdəki “hərcayi mühacirlər qrupu” ilə iki hədəfi vurur...

Image


İstənilən ölkə üçün onun daxilində keçirilən seçkilər həssas dönəm sayılır. Çünki ölkələrin xeyrinə olmayan məkrli planların işlənib hazırlanması və onların reallaşması üçün ən uyğun zaman məhz seçki dönəmidir. Bu periodda siyasi fəallıq artır, bütün diqqətlər siyasi proseslərə fokslanmış olur. Adətən bənzər situasiyadan faydalanmaq ölkələrin daxilində olan leqal müxalifət üçün də optimaldır.

Müxalifətin qanuni vasitələrlə hakimiyyətə gəlmək istəməsi və bunun üçün məhz seçkilərin keçirildiyi dönəmdə aktivlik çabaları normal və qanunauyğun sayılır. Ancaq ölkənin daxilində hakimiyyətə təsir etmək resurslarından tam məhrum olan bəzi dövlətlər və şəxslərdən ibarət təzyiq qrupları hər dəfə “baş sındırıb” yeni ssenarilər kəşf etmiş olurlar. Ecazkar ssenari həvəskarları ilə bağlı xatırlatdığımız məqamı ümumi politoloji nəzəriyyənin müddəalarına deyil, konkret olaraq Azərbaycana aid etmək istərdik. Ancaq ölkəmizlə bağlı nəzərdə tutulan istənilən məkrli planın ömrü cəmi 40 gün çəkir. Müdrik atalar misalında xatırladılan məna öz yerini tutmuş olur. Azərbaycanda hakimiyyətdə təmsil olunan, lakin sonradan ona qarşı çıxan məmurlara çox rast gəlmişik. Onlarla bağlı götürülən ölçülər və onların acı taleləri də göz qabağındadır. Çox acınacaqlı haldır ki, bunu görən bəzi sabiq məmurlar həyatın ironiyasından dərs çıxarmaq əvəzinə, bataqlıqda çabalayanların yolunu getməyə üstünlük verirlər. Bu tip adamları nisbətən cəzbedici edən onların hakimiyyətdə işlədiyi dönəmdə vəzifəsindən sui-istifadə edərək oğurladığı sərvət və qazandığı əlaqələri olur. Təbiidir ki, məhz bu cür əməllərin yiyəsi olan məmurların heç də hamısı məsuliyyətdən yaxa qurtara bilməyib. Ancaq hiyləgərlik işlədərək aradan çıxanlar və sonra hakimiyyət hərisliyi ilə alışıb yanan və bu istəyi gizlədə bilməyənlər də az deyil. Onlar elə bilirlər ki, pərdə arxasında durub hansısa dərin prosesləri yönəldə bilərlər. Yəni üzdə hakimiyyətlə dost kimi imitasiya edib, arxada isə onun əleyhinə pis işlər çevirməyi bacararlar.

Azərbaycanda son prezident seçkiləri 5 il bundan əvvəl, yəni 2013-cü ilə təsadüf edib. Həmin zaman da seçkinin şəksiz favoriti İlham Əliyev sayılırdı. Onun xalq arasındakı reytinqi iddiasını ortaya qoya biləcək digər şəxslərdən çox güclü idi. Ancaq ölkədə hakimiyyətin dəyişməsində maraqlı olan sabiq məmur dönüklərdən biri guya özünü ağıllı sayıb, ortaya bir proje atıb və onun başında dayandı. Hesablaması da bundan ibarət idi ki, həmin həssas məqamda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər gərgin idi və yaranmış situasiyadan istifadə etməyin əsl zamanıdır. Yəqin bildiniz ki, söhbət 2013-cü ildə “Milyarderlər ittifaqı” yaradaraq hakimiyyətə qarşı məkrli planda yer alan baş nazirin sabiq birinci müavini Abbas Abbasovdan gedir. Hakimiyyətdən xətir-hörmətlə ayrılan, hətta ən ali dövlət mükafatlarına layiq görülən Abbas Abbasov Rusiyada yaşamağa üstünlük vermişdi. Həmin müddətdə onun Aydın Abbasov adlı oğlu isə Milli Məclisin deputatı idi. Yəni hakimiyyətlə bağlarını tam qırmayan bu adam 2013-cü ildə birdən-birə Azərbaycanda hakimiyyəti dəyişmək kimi bir layihəyə rəhbərlik etməyə başladı. Hətta bizim ölkənin daxilində olan və özlərini milli sayan müxalifəti belə “Rusiya Azərbaycanda hakimiyyəti dəyişməkdə maraqlıdır” kimi bir şüarla aldada bilən Abbas Abbasov Bakıda “Milli Şura” adlı bir qurum da təsis etməyi bacardı. Nəticəsi isə onun gözlədiyi kimi olmadı. Seçki ərəfəsində Rusiya prezidenti Azərbaycana səfər etdi və ölkələrimiz arasında münasibətlərin çox normal olduğuna dair açıq mesaj verdi. Abbas Abbasov yanıldığının və ya kimlərsə tərəfindən ahıl yaşında oynadıldığının fərqinə varandan sonra Azərbaycan hakimiyyətinin əl-ayağına düşüb əfv olunmağı xahiş etdi. Mətbuatda çıxışlar etdi, hətta uzun cəhdlərdən sonra Bakıya gəlib “başını əhlət daşına” belə vurmalı oldu. Sonra Rusiyanın özündə ona qarşı münasibətin dəyişildiyi nəzərə çarpmağa başladı. Hətta onu təmsil olunduğu diaspor təşkilatından belə biabırçı şəkildə çıxardılar. Bir müddət daşdan səs çıxdı, amma Abbasovdan səs çıxmadı. O, siyasi proseslərdən tam kənarlaşan adam təsirini bağışladı. Ancaq görünür ki, Azərbaycanda keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkiləri yenidən Abbas Abbasovu qaşındırmağa başlayıb. Məlum olub ki, bir neçə müddətdir Avropada məskunlaşmış və Azərbaycan hakimiyyəti haqda ən iyrənc formada antitəbliğat aparan söyüşcül mühacirlərin arxasında məhz Abbas Abbasov durur. Belə bir iddia ilə cəmiyyətdə kifayət qədər normal reputasiyaya malik olan bir jurnalist çıxış edib. Mətbuat Şurası İdarə Heyətinin üzvü olan, tanınmış jurnalist Müşfiq Ələsgərlinin yazısından bir sitata diqqət edək: “Əslində, əldə etdiyimiz və həqiqiliyi artıq şübhə doğurmayan məlumata əsasən deyə bilərik ki, bu prosesin başında duran şəxs 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan “Milyarderlər ittifaqı”nın ideya müəlliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. “İstiqlal” ordeni ilə təltif olunmuş bu şəxsin hazırda Azərbaycana qarşı həyata keçirilən “söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu cılız və xain projenin “generalı” olduğuna dair faktlar var ortada. Abbasovun özünə yaxın şəxslər vasitəsilə “keçmişlərlə” sıx əlaqə yaratdığı və onların əli ilə Prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirilir”.

Hər halda, bu məlumatın ciddiliyinə dair heç bir şübhə ola bilməz. Məntiqlə 2013-cü ildəki “milyarderlər taktikasının” fiaskoya uğraması ona əməlli-başlı dərs verməli və sonrakı planlardan çəkindirməli idi. Ancaq yenə tərsinə oldu, Abbas Abbasov köhnə yolunu tutmaqda davam etdi… Bəs onda sual olunur: bu cür yeni oyunları ilə Abbas Abbasov nəyə nail olmaq istəyir?

Heç şübhəsiz ki, Abbas Abbasovun xaricdəki “hərcayi mühacirləri” öz niyyətləri ətrafında muzdla toparlaması səbəbsiz və hədəfsiz deyil. Təbii ki, o bu yola milyonlar tökür. Çünki ortada əməlli məbləğdə “şirə” olmasa, “hərcayi mühacirlər qrupu” Azərbaycana qarşı söyüşün birini bir qəpiyə çevirməzlər. Abbas Abbasovu yaxşı tanıdığını və bu gün Rusiyadakı əlaqələrinə də yaxşı bələd olduğunu deyən məlumatlı oxucularımızdan biri onun planlarının pərdəarxası barədə redaksiyamıza yeni materiallar təqdim etmək üçün araşdırmalar aparacağını bildirdi və hələlik də bunları söylədi: “A.Abbasovun “hərcayi mühacirlər qrupu”na pul tökməsi iki məqsədlə bağlı ola bilər. Birinci, bununla Azərbaycan hakimiyyətindən və bəzi məmurlardan hayıf çıxır. İkincisi, A.Abbasov Rusiyada müəyyən dairələrin gələcəkdə Azərbaycanla bağlı bəzi məkrli planlarının ola biləcəyini istisna etmir, həmin planların əsas fiquru kimi özünü hazırlayır, ümidlərini itirmir, Rusiyanın hakim dairələrinə “mən hələ də Azərbaycandakı dayaqlarımı itirməmişəm, hətta Avropa və Amerikadakı diaspor da əlimdədir” kimi şirnikləndirici mesajlar verir…

Başqa sözlə desək, Abbas Abbasov bu gün işlətdiyi taktika ilə özünü Rusiya hakimiyyətindəki müəyyən qüvvələrə yenidən satmaq üçün şərait hazırlayır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ