Cümə günü, 13 noyabr 2026
     

1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımda hay-daşnak quldurlarının kəşfiyyat mənbələri...

Image


Azərbaycan dövlətçiliyini bütün ictimai-siyasi və hərbi vasitələrdən istifadə edərək hədəfə alan hay kilsəsinin və daşnak quldurlarının məqsədi müxtəlif məqsədlərə istiqamətlənir. Bu sırada  dövlətçiliyin sarsıldılması, parçalanmış sərhədlər  hüdudunda (Azərbaycanın qədim və əzəli torpaqlarında) qondarma dövlər qurumunun  yaradılması, qətliama məruz qalmış yerli xalqların əvəzinə köçürülmüş dindaşlarının məskunlaşdırılması  əsas diqqət çəkən və davamlı məqamlardır. 

Hay kilsəsi-hay quldurlarının və icma birliklərinin birgə təcavüzünə xalqımızın güclü müqavimətinə baxmayaraq, onların himayədarları tərəfindən gücləndirilmiş silahlı birləşmələrin törətdiyi qanlı qətliamlar və soyqırımlar getdikcə geniş miqyas alıb.

Bu hal XVI- XVII əsrlərdə, xüsusilə XIX əsrin sonları-XX əsrın əvvəllərində daha da güclənib. Nəticədə, bir əsr ərzində (1905-1907-ci illərində, 1915-1920-ci illərdə və 1988-1993-cü illərdə) qanlı faciələr məhz qeyd edilən qırğın “üçbucaqları”nın mütəşəkkil cinayətlərinin nəticəsi kimi tarixin səhifəsinə yazılıb. Geniş ərazilər və inzibati sərhədlər hüdudunu əhatə etməklə törədilən bu soyqırım cinayətlərinin silahlı quldurlar - peşəkar zabit heyəti tərəfindən idarə olunan nizami döyüşçü dəstələri və hərbi ordu qüvvələri tərəfindən aparılması, təbii ki, əvvəlcədən casus-kəşfiyyat xidmətinin məlumatları ilə təmin edilib. Yaşayış məntəqələrinin coğrafi yerləşməsi, yerli əhalinin məskunlaşma mövqeyi, strateji əhəmiyyətli ictimai-sosial təyinatlı obyektlərin məkanı, nəqliyyat şəbəkəsinin  və infrastruktur hissələrinin yeri, hücum üçün əlverişli coğrafi mövqe, qonşu yaşayış məntəqələrinə çıxış yolu, varlı şəxslərin mülkü, həyətyanı sahələrdə quyu, anbar yerlərinin paylanması, hərbi qüvvələrin və silah-sursatın yerləşdirilməsi imkanları əvvəlcədən kəşfiyyat materialları və məlumatları əsasında dəqiqləşdirilən amillər olub.

Ümumilikdə 1900-1920-ci illərdə Azərbaycan xalqına qarşı yürüdülmüş soyqırımın görünən icraçıları hay silahlı qulıdurları, onları maddi və mənəvi baxımdan dəstəkləyən siyasi və ictimai qüvvələrin döyüşçü dəstələri olsa da, əslində bu milli faciəmizin müəlliflərinin siyahısı xeyli dərəcədə geniş və zəngindir. Bu sırada S.Şaumyan 1917-ci il noyabr ayında Qafqaz üzrə fövqəladə komissar kimi quldur fəaliyyətinə başladıqdan sonra Azərbaycanla bağlı məlumatların toplanması və emal edilməsi sürətlə həyata keçirilib. Məlumatların toplanması və əlaqələndirilməsi hay kilsəsi tərəfindən təşkil edilərək əlaqələndirilib. Bu sırada 1887-ci ildə, 1909-1910-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayan hay kilsələrini, 1869-cu və 1913-cü illərdə tikilmiş Gəncə şəhərinin hay kilsələrini, eyni zamanda Naxçıvanın, Qazax, Daşkəsən, Şabran rayonlarının hay kilsə (quldur) ocaqlarını göstərmək olar.

Hay keşişləri  quldur dəstə üzvlərindən, terrorçu qrupların təbliğatını aparan yaşlılardan ibarət olmaqla yerlərdə ilkin məlumat bazası və mənbəyi rolunu oynayıb. Çünki onların sadə müsəlman-türk  icmaları ilə sıx əlaqə yaratmaq imkanları geniş olub. Bu baxımdan artıq 1905-1907-ci, 1914-1920-ci illərdə Azərbaycan miqyasında hay kilsəsinin əldə etdiyi kəşfiyyat xarakterli məlumatlar S.Şaumyan-A.Mikoyan  cütlüyünün  siyasi-silahlı məqsədlərinin həyata keçirilməsinə əsas olub. Soyqırım faciəsinin başlanğıc nöqtəsi kimi Bakı şəhəri və ətraf kəndlərinin seçilməsi tarixi təsadüf deyildi. Bu məkan hay kilsəsi və ictimai-siyasi-hərbi  qüvvələrinin daha çox məxfi məlumata malik olan ərazisi kimi nəzərə alınıb və “zəif nöqtədən hücuma keçmək” və yaxud “nüvədən kənarlara doğru” taktikası kimi düşmənlərimiz tərəfindən qəbul edilib. 

Bu avantürist uçbucaqın məqsədi  hay-daşnakların mənfur məqsədinin pərdələnmiş  təbliğatını ucuz işçi qüvvələri  (onları əsasən Qarabağın dağlıq hissəsindən və Cənubi Azərbaycandan xüsusi məqsəd üçün gətirirdilər) tərəfindən sadə müsəlman-türk icma üzvlərinin beyninə yeritmək, haylara  qarşı inam və etibar hissinin yaradılması, guya səmimi dostluq, “canıyananlıq” hissinin formalaşdırılması,  iqtisadi cəhətdən ağır duruma düşmüş (1900-1903-cü illərdə ağır iqtisadi böhran olmuşdur)  yoxsul əhali kütləsinin inam yerinə çevrilməsini təmin etməkdən ibarət idi. Bu işlər hay kilsələri tərəfindən uzun dövr ərzində (yarandığı tarixdən) həyata keçirilib. Hərbi-quldur qüvvələri kimi bu dövrdə ilk illərdə  erməni əsilli   Bakı neft maqnatlarının mühafizə dəstələrindən (onların, demək olar ki, hamısı Tiflisdən gətirilən hay əsillilər idi və onlar muzdlu silahlı dəstə kimi xüsusi sifarişlər yerinə yetirirdi) istifadə olunurdu.

Soyqırım faciəsinin 2-ci mərhələsində (1918-1920-ci illərdə) hərbi-silahlı məqsədlər kimi ingilis hərbi qüvvələrinin A.İ.Denikinə təhvil verilmiş Xəzər hərbi-dəniz donanması, “Cənubi Qafqaz hərbi cəbhəsi”nin canlı qüvvəsi (zabit və rəhbər heyətin əksəriyyəti hay quldurları idi) və silah cəbbəxanasından, eləcə də qondarma “Xəzəryanı hökumətin” silahlı qüvvələrindən istifadə olunub. Bu silah-sursat Azərbaycan ərazisində hay kilsəsi bazasında saxlanırdı və bütün ərazini əhatə edəcək miqyasda paylanmışdı. Bu qüvvələrə hər ehtimala qarşı Don, Kuban və Stavropol kazak dəstələrinin qoşulması da nəzərdə tutulmuşdu. Təsadüfi deyil ki, inqilabçı S.K.Orconikidze (1886-1937) Rusiya Xalq Komissarları Sovetinə, Hərbi-İnqilab Komitəsinə 1919-cu ilin  iyun ayında ünvanladığı məruzədə hayların Denikinlə məxfi hərbi-siyasi müqavilə bağladığını bildirib. Denikinin nümayəndəsi polkovnik Lazarev həmin ildə Azərbaycan hökumətinin başçısı N.Usubbəyova bildirmişdi ki, “Azərbaycan Rusiyanın tərkib hissəsidir”. Həmin dövrdə Azərbaycanın cənubunda silahlı qüvvələrin fəallaşması, dəniz vasitəsilə hayların Lənkəran qəzasına daxil olması, qəzanın ayrı-ayrı kəndlərində qanlı faciələr törətməsi (“Gərmətük qırğını”)  məhz bu qüvvələrin hesabına baş tutub. Əslində bu hərbi qüvvələrin bu dövrdə cənubdan hərəkətə keçməsi Azərbaycanın cənubundan köməyə gələcək qüvvələrin (Ş.M.Xiyabani (1880-1920) hərəkatı) qarşısının alınması və Azərbaycan Cumhuriyyətinin təcrid edilməsi məqsədini  də güdürdü. Ona görə də qəzanın Göytəpə yaşayış məntəqəsində  hay-bolşevik hərbi qərargahının yaradılması  cənub sərhəd zolağının nəzarətdə saxlanmasına xidmət edib. 

Azərbaycanda siyasi-hərbi hakimiyyəti bərqərar etmək və genişləndirmək üçün (bu həm də məxfi kəşfiyyat materiallarının toplanmasına xidmət edib)  hay kilsəsinin nəzarətindəki  iqtisadi-təsərrüfat sisteminin formalaşması da XX əsrin əvvəllərində güclənib.

Tarixçi-tədqiqatçı Asif Rüstəmlinin “Zabrat və zabratlılar” kitabında (Bakı, 2007) qeyd olunur ki, 1898-ci ildə Bakı şəhəri ətraf iri  neft-sənaye zonasında (Balaxanı-Sabunçu ərazisi daxilində) 402 fiziki və hüquqi şəxs sənaye məqsədilə torpaq sahəsi alıb. Onlardan hayların nəzarətində olan aşağıdakı iri neft istehsalı, emalı və ixracı ilə məşğul olan qurumları göstərmək olar ki, bunlarda çalışan fəhlələrin əksəriyyəti Qarabağdan, Yaxın Şərq ölkələrindən və Cənubi Azərbaycandan gələn haylar idi, onlar əsas məlumat mənbəyi rolunu oynayırdı: “Bakı yoldaşlıq Rus neft şirkəti”, Montaşovun ərazisi, “Kaspi neft şirkəti, “Poqosov və K-sı”, “Rus neft şirkəti”, K.P.Lalayevin, İ.Markaryanın, A.Poqosovanın, K.Beqleryanın, K.Vartanovun neft mədənləri...

Hay-daşnak ictimai-siyasi qurumlarının kəşfiyyat xarakterli məlumatları müxtəlif mənbələrdən toplansa da, vahid mərkəzdə - hay kilsəsi şəbəkəsində (bu şəbəkə Bakı quberniyasında, Yelizavetpol, Qazax, Naxçıvan, Şamaxı, Lənkəran, Quba qəzalarında mövcud olub) emal edilərək nəticələrinə uyğun strateji plana daxil edilib, şəraitə uyğun taktiki gedişlərini müəyyən edərək silahlı quldur dəstələrə istiqamət verilib.  Nəzərə almaq lazımdır ki, 1909-1910-cu illərdə Alban kilsəsinin (qədim türkdilli xalqların dini-inanc mənbələri)  arxivi Eçmiədzin kilsəsi tərəfindən məhv edilərək bir hissəsi erməniləşdirilib. Məlumatlar altqurumlar (geniş kütlə miqyasında) və üstqurumlar (hakimiyyət, idarəetmə, hüquq-mühafizə orqanları səviyyəsində) halında bir neçə etibarlı mənbədən keçirilərək nəzərə alınırdı. Nəticədə bu cür məlumatların mənbəyini  aşağıdakı kimi qruplaşdırmaq olar: 

- siyasi-partiya strukturlarına-idarəetmə sisteminə aid olan məlumatlar formasında (Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının regional və yerli özəklərindən tutmuş bolşeviklərin Hərbi-İnqilab  və Sovetlərin İcraiyyə Komitələrinədək, eləcə də hayların terror qruplaşmalarına kimi geniş spekterə aid, bu işdə xüsusilə S.Şaumyan, A.Mikoyan, B.Avakyan (Bakı şəhərinin komendantı) fərqlənib);

-ictimai-iqtisadi və sosial-təsərrüfat sisteminə malik məlumat bazasının toplanması (Bakı şəhəri və Abşeron yarımadası neft mədənlərindən, Mərkəzi Xəstəxanadan, maliyyə-bank qurumlarından, xarici müəssisələrdən əldə olunanlar);

-hərbi-mühafizə-quldur dəstələrinin özəl kəşfiyyat-məlumat toplusundan (bu sırada I Dünya müharibəsinin  Qafqaz cəbhəsindən geri dönmüş hay zabit heyətinin əlundə olan məxfi xəritə və arxiv materiallarından da istifadə olunub, 2-ci erməni diviziyası ehtiyat qüvvə kimi  saxlanıb).

Bir cəhəti xüsusilə vurğulamaq yerinə düşər ki, altquruma aid kəşfiyyat xarakterli məlumatların əldə edilməsi daha asan olub və  düşmən üçün zəngin bilgilər verib. Bu işdə daha çox azərbaycanlıların haylarla “kirvə münasibəti” böyük rol oynayıb. Çünki milli müntalitetimizdə “evin sirri kirvədən gizlədilməz” yanaşması, “Allahdan keçmək olar, kirvədən keçmək olmaz” nadanlığı sonda haylara istədikləri məqama çatmaq üçün “yaşıl işıq” yandırıb.

Fikrimizi faktlarla dəqiqləşdirmək yerinə düşər:

- 1918-1919-cu illərdə Şuşa qəzasının Quşçular kəndində hay quldurları qırğın etdikdə yerli dinc sakinlər ətraf yerlərə sığınıb. Kənd sakini Abuhəyat Fərəc qızı (1889-1987) evlərinə qayıtdıqda mal-mülkünün qarət olunduğunu görür. Aradan bir xeyli keçəndən sonra haylar yaşayan qonşu Dağdağan kəndinə kirvələrigilə yolu düşür. Nə görsə yaxşıdır? Evinin qarət edilmiş bütün xalça-palazı, yorğan-döşəyi, malı-mülkü hamısı “kirvəsinin” ocağındadır...

Ağdam rayonu, Xındırıstan kənd sakini Miri Camal oğlu (1900-1994) söhbət edib ki, 1918-ci ilin oktyabr-noyabr aylarında Əsgəran qalası istiqamətində ağır döyüşlərin birində türk döyüşçülərinin su ehtiyatı qurtarır. Yaxınlığdakı bulaqdan su gətirməyə isə qalada yuva salmış gavur atəş açmaqla imkan vermir. Türk ərəni atəş nöqtəsini susdurmağı topçuya əmr edir. Fəqət hay quldurunun  atəşi susmur. Paşa şübhələnir və topçunu yoxlatdırır, sən demə...topçu haylardanmış, türk dəstəsinə soxulubmuş...

Xaçmaz rayonu, Hacıəhmədoba kənd sakini Ağaməmməd Şahmurad oğlu Əhmədov (1931) bildirir ki, 1918-ci  ilin yay aylarında Quba qəzasında hay-bolşeviklər  qanlı olaylar törətdikdə dənizsahili ərazilərdə yerləşən kəndlər daha çox faciələrə məruz qalıb. Haylar bu yerləri “ovuc içi kimi” tanıyırmış. XIX əsrin sonu, XX əsrin əvvəllərində yerli tacirlərlə yanaşı hay mənşəli tacirlər də Dərbəndə kimi bütün ərazi ilə tanış olub. Çinartala kənd sakini Buksay Xamməd oğlu Əzizovla müştərək olan hay tacirinin quldur dığası bu kəndlərin yandırılmasında, qarət edilməsində  “quldurbaşı” rolunu icra edib...

XX əsrdə Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına qarşı bütün istiqamətlərdə soyqırım siyasətini davamlı olaraq həyata keçirən hay kilsəsi forma və məzmununu dəyişməsə də, əsrin əvvəllərindəki quldur haylar dövlər səviyyəsində terrorçu quruma, geniş şəbəkəyə malik hay maqnatları isə  dünya miqyasında hay diasporu-lobbisi qurumuna çevrilməklə hələ də təhlükə mənbəyi kimi qalmaqda, kəşfiyyat bazası-şəbəkəsi rolunu oynamaqdadır. 

Qismət  YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ