Cümə günü, 13 noyabr 2026
     

ABŞ-ın ardınca Rusiya Analitik Mərkəzi də Qarabağda yeni savaş xəbərdarlığı etdi...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin uzanması fonunda cari ildə konfliktin güc yolu ilə çözülə biləcəyinə dair beynəlxalq müstəvidə edilən xəbərdarlıqların sayı artır. Xatırladaq ki, ilk belə xəbərdarlıq hələ cari ilin əvvəlində ABŞ kəşfiyyatı tərəfindən edilmişdi. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər. 

Rusiya hərbi dairələrinə bağlı Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi də indi özünün “Fırtınanı gözləyərkən: Cənub Qafqaz” adlı hesabatında konfliktdə bağlı mühüm xəbərdarlıqlarla çıxış edib.  Burada da qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə yeni müharibə qaçılmazdır. Mərkəzin ekspertləri hesab edir ki, münaqişə bir neçə səbəbdən kəskinləşə bilər. Azərbaycanın hərbi-texniki üstünlüyü, demoqrafik disbalans, Ermənistanın işğal etdiyi və Dağlıq Qarabağ ətrafında yerləşən rayonların ermənilərin lehinə hüquqi möhkəmləndirilməsinin mümkün olmaması, ekspertlərin fikrincə, savaşı qaçılmaz edir. Hesabatda deyilir ki, 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı 10 il ərzində Ermənistanın və onun dəstəklədiyi “Qarabağ respublikasının” qüvvələri ilə Azərbaycan qüvvələri arasında balans yaranmışdı. Bu, Amerikanın Azərbaycana silah təchizatına embarqo qoyması və Rusiyanın Ermənistanı silahlandırması sayəsində baş vermişdi.

Lakin 2000-ci illərin əvvəllərindən etibarən dönüş yarandı və ötən dövr ərzində Azərbaycan hərbi xərclərini durmadan artırdı. 2001-ci ildə Azərbaycanın hərbi büdcəsi cəmi 300 milyon dollar idisə, 2015-ci ildə hərbi xərclər 3 milyard dolları keçmişdi. “Military Balance” jurnalının bildirdiyinə görə, Azərbaycanda silah daşıyanların sayı ordu və digər birləşmələrlə birlikdə 250 mini keçib. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri isə 2002-ci ildən bu yana 45 minə yaxın olaraq qalır, Dağlıq Qarabağdakı erməni birləşmələrində 20 minə yaxın canlı qüvvə var və onların yarısını Ermənistandan olan çağırışçılar təşkil edir.  Hesabata əsasən, Azərbaycan irimiqyaslı silahlanma həyata keçirib və keçirməkdədir. Ordunun ehtiyacları üçün böyük miqdarda müasir tanklar, zirehli döyüş maşınları, zenit-raket kompleksləri, vertolyotlar, tank əleyhinə raketlər, artilleriya sistemləri, gecə görmə cihazları, pilotsuz aparatlar və  digər vacib texnikalar alınıb.

Bakının yeni imkanları 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı nümayiş olundu: toqquşmalar göstərdi ki, müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan ordusu gecə döyüş əməliyyatları aparmaqda üstünlüyə malikdir. Mərkəzin ekspertləri məhz bu döyüşlər nəticəsində Ermənistan ordusunun texniki problemlərinin ortaya çıxdığını vurğulayıb:

“Aprel döyüşlərinin ağır təcrübəsi ölkə rəhbərliyini ordunun modernləşdirilməsini aktivləşdirməyə sövq etdi. Bu döyüşlərdən sonra Ermənistan təcili şəkildə kreditlə yeni silahlar almalı oldu. Amma hərbi üstünlük yenə Azərbaycanın tərəfindədir”.

Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi  onu da qeyd edir ki, Ermənistanla Azərbaycan arasında demoqrafik disbalans mövcuddur. Sovet dövründə Ermənistanın və Azərbaycanın əhalisi təxminən eyni templə artırdı. 1993-cü ildən sonra isə vəziyyət dəyişdi. Azərbaycan əhalisi, fəal mühacirətə baxmayaraq, ildə 1-1.5 faiz artır. Ermənistan əhalisi isə sürətlə azalır. Bütün bunlar isə konfliktin gedişinə ciddi surətdə təsir edən amillər qismində çıxış edir. Qurum qeyd edir ki, Ermənistanın demoqrafik çətinlikləri orduya çağırış yaşı çatan gənc kişilərin sayında özünü nümayiş etdirir. Bunun üçün, hətta İrəvanın təhsildən möhlət hüququnu ləğv etdiyi bildirilib. Belə ki, İrəvanın yeni qanununa əsasən, təhsil aldıqdan sonra orduya xidmətə çağırılan şəxslərin artıq burada iki il yox, üç il hərbi xidmət keçəcəyi açıqlanıb. Mərkəz bildirib ki, bu qanun ölkədən emiqrasiyanın artmasına səbəb olacaq.

Mərkəzin ekspertləri bildirir ki, Bakı Qarabağa ildırımsürətli hücum təşkil edərsə, qələbə əldə edə bilər. Mərkəzin direktor müavini Konstantin Makiyenko bildirir ki, hərbi əməliyyatların başlanmasının qarşısını alan əsas amil Rusiyadır. Rusiya hazırda Suriya münaqişəsində iştirakçıdır, Donbasda hərbi əməliyyatların yenidən qızışması gözlənir və belə bir vaxtda Rusiyaya üçüncü gərginlik ocağı lazım deyil: “Lakin bütün postsovet tarixi göstərir ki, Moskva Cənubi Qafqazın problemlərinə məhəl qoymamağı özünə rəva görə bilməz”. Belə vəziyyətdə Moskvanın danışıqlar masasında Ermənistanı real güzəştlərə vadar edə bilmədiyi təqdirdə isə savaş qaçılmaz hesab edilir.

Digər  rusiyalı hərbi ekspert Pavel Felgenhauer də cari ildə Qarabağda savaş ehtimalının kifayət qədər yüksək olduğunu qəbul edənlər sırasında yer alır. Felgenhauer nəticəsiz danışıqlar fonunda Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyata başlaya biləcəyini qeyd edir. O, dünya ictimaiyyətinin böyük müharibəyə səbəb ola biləcək konflikti görməzdən gəldiyini bildirib: “Qarabağdakı konflikti unutmaq tendensiyası mövcuddur. Belə ki, böyük güclər burada birbaşa iştirak etmir”. Ekspert Azərbaycanın mütəmadi olaraq təkcə Rusiyadan yox, həm də İsrail və Türkiyədən silah aldığını bildirib: “Azərbaycanın aldığı İsrail silahları arasında səyyar atəş sistemləri, zərbə endirən pilotsuz uçan aparatlar, “Spayk” tank əleyhinə raket sistemləri var. Bu, müasir, effektiv tank əleyhinə sistemlərin üçüncü nəslinə aiddir və Amerikanın “Javelin” sistemlərinin bənzəridir. Belə bir silah təkcə Ermənistanda deyil, Rusiyada da yoxdur. Azərbaycan silahlanmasına böyük pullar xərcləyir”.

Bu günlərdə isə Karnegi Fondunun elmi əməkdaşı, Cənubi Qafqaz üzrə ekspert Tomas De Vaal Ermənistanin “1in.am” saytına müsahibəsində müharibə ilə bağlı İrəvana müəyyən xəbərdarlıqlar ünvanlayıb: “Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb. Ölkədə böyük vətənpərvərlik hissi yaradıb, xalq rəhbərliyin ətrafında sıx birləşib. Apreldə baş verənlər ölkədə güclü vətənpərvərlik dalğası yaratdı, xalq rəhbərlik ətrafında birləşdi və bu da İlham Əliyevə bəzi müsbət nəticələr gətirdi. Bu səbəbdən İlham Əliyev bunu təkrarlaya bilər”. De Vaal erməni jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarına cavab olaraq deyib ki, azərbaycanlılar torpaqlarını, evlərini itirib, buna görə də status-kvo Azərbaycan üçün sərfəli deyil. Ekspert Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını da vurğulayıb. De Vaal Azərbaycanın hərbi ritorikasının Ermənistan hakim dairələrini və erməni ictimaiyyətini də təşvişə saldığını qeyd edib.

Maraqlıdır ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etmir: “Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək”.  Movses Akopyan Ermənistan ictimai televiziyasına müsahibəsində Azərbaycanı Qarabağda müharubəyə başlamaqdan çəkindirən əsas amilin "erməni ordusunun hazırlığı" olduğunu bildirib. Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə bunu absurd hal kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycan ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq. O bildirib ki, bu cür məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir: “Hamıya məlumdur ki, Ermənistan prezidenti Serj Sarkisyan çıxışlarından birində öz bacarıqsızlıqlarına haqq qazandırmaq məqsədilə aprel döyüşlərində keçən əsrin 80-ci illərinin istehsalı olan silah və texnika ilə vuruşduqlarını etiraf etmişdi. Odur ki, cəmi bir-iki il ərzində cəmi 2-3 top və bir raket sistemi əldə etməklə yeni silahlanmadan qürrələnərək guya Azərbaycan ordusuna ciddi itkilər verməyin mümkünlüyü barədə Akopyanın səsləndirdiyi fikirlər də cəfəngiyyatdır”. K.Vəliyev vurğulayıb ki, ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə, qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyil. Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür: “M.Akopyan müsahibəsində Ermənistan ordusunun döyüş hazırlığı, cəbhə xəttindəki vəziyyət, döyüş əməliyyatlarının başlaması perspektivləri, guya Azərbaycan ordusunun həmlələrinin qarşısını ala biləcəklərini də dilə gətirir. Bunu isə M.Akopyan həyata keçirmək niyyətində olduqları “ordunun 7 illik modernizasiya proqramı” ilə əlaqələndirir. Pərən-pərən olan cəmiyyət, dağılan iqtisadiyyat, faciəvi demoqrafik vəziyyət, mənəviyyatı çökmüş erməni ordusunun hökm sürdüyü Ermənistanda belə proqramların həyata keçirilməsindən danışmaq belə fantastikdir”. O əlavə edib ki, əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi “keçilməz Ohanyan xəttindən” bəhs edirdisə, indi də ortalığa atdıqları “Sarkisyan xəttindən” dəm vururlar: "Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz. Sadəcə olaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır və bunun mümkünlüyünə inanır. Ancaq məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan istənilən güc və vasitə ilə ərazi bütövlüyünün təmin edilməsi hüququndan mütləq istifadə edəcək. O zaman Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq”. Bununla Azərbaycan, demək olar ki, düşmən tərəfə son xəbərdarlıqlarını da edir.  Yaranmış vəziyyətdə erməni ordusunun Azərbaycan qarşısında duruş gətirməsinin mümkünsüzlüyü əslində düşmən ölkənin özündə də açıq etiraf olunur.  Elə bu səbəbdən hesab edilir ki, yaxın tezlikdə erməni tərəfi danışıqlar yolu ilə Qarabağ münaqişəsinin həlli istiqamtəində əməli addımlar atmasa, tam məğlubiyyətə düçar olacağı yeni savaşa hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ