Cümə günü, 13 noyabr 2026
     

Bəzi dönük soydaşların milli-mənəvi dəyərlərimizə xaricdən təcavüzünə tanınmış ziyalılar (?) niyə susdu...

Image


Əli Mahmud: “Hesab edirəm ki, belə ünsürlərə qarşı yazıçı və şairlər, digər yaradıcı şəxslər öz səsini qaldırmalı, onların mənfur hərəkətlərini pisləməlidirlər”
Əhməd Qəşəmoğlu: “Ölkəmizə qarşı təhqir-söyüş edənlərin özlərinin ssenaristləri var”
Qiymət Məhərrəmli: “Hər bir qələm adamı, sənətkar ölkəmizin atributlarını, milli dəyərlərimizi təhqir edən adamların hərəkətlərini pisləməlidir”

 

Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların evidir və hər bir azərbaycanlı doğma yurd-yuvasını qorumalı, onun təəssübünü çəkməli olduğu halda, təəssüf ki, bəzi üzü dönüklər xarici qüvvələrin təsiri ilə ölkəmizə qarşı çirkin kampaniya aparır, simvol və atributlarımızı, milli-mənəvi dəyərlərimizi təhqir edirlər. Çox təəssüf ki, mühacirətdə olan bəzi insanlar öz milli-mənəvi borclarını unudaraq, xalqımızı, dövlətimizi təhqir edirlər.

Məlumdur ki, ölkəmizə qarşı böhtan və şər kampaniyasının arxasında bəlli qüvvələr dayanır. Onlar isə bu işdə antimilli ünsürlərdən istifadə edirlər. İnternet resurslarının verdiyi imkanlardan istifadə edərək “babam mənə kor deyib, gəlib gedəni vur deyib” prinsipindən istifadə edən bəzi mühacirlərin  ölkəmizə qarşı etdiyi mənfi hərəkətlər ölkə ictimaiyyəti, KİV təmsilçiləri, siyasətçilər tərəfindən kəskin şəkildə pislənildi.

Onlar xarici ölkələrdə oturub Azərbaycan əleyhinə böhtan və qarayaxma kampaniyası aparan bəzi mühacirlərin erməni dəyirmanına su tökdüklərini bəyan etdilər. Azərbaycan xalqının dəyərlərinə, atributlarına qarşı əxlaqa sığmayan fikirlər səsləndirən insanların davranışlarına mənfi münasibət bildirənlərin sırasında ölkə ziyalılarının, yazıçı və şairlərin, yaradıcı şəxslərin az olması, ümumiyyətlə, onların bu sahədə aktivlik göstərməməsi mənfi haldır. Əslində, respublikada fəaliyyət göstərən yaradıcı qurum və təşkilatlar ölkəmizə, xalqımıza qarşı şər-böhtan kampaniyası aparan şəxslərə qarşı daha barışmaz mövqe tutmalı və bununla bağlı təşkilatın bəyanatlarını yaymalı idilər. Lakin hələ də yaradıcı şəxslər bu məsələdə elə də aktiv deyillər.

Azərbaycan Yazıçılar Birliyininü üzvü, şair-publisist Əli Mahmud “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, antimilli qüvvələrə qarşı bütün yaradıcı qurumlar, yaradıcı şəxslər barışmaz mövqe tutmalıdırlar. O qeyd etdi ki, milli-mənəvi dəyərlərimizi, dövlət atributları və simvollarımızı təhqir edən hər bir şəxs, kimliyindən asılı olmayaraq, kəskin qınanmalıdır: “Bir neçə həftədir müxtəlif xarici ölkələrdə oturub internet, sosial şəbəkələr vasitəsilə “qəhrəmanlıq” edən bəzi mühacirlərin çıxışlarını, söyüş və təhqir dolu fikirlərini kəskin pisləyirəm. Onların hansı məqsədə qulluq etdiyi, kimlərin dili ilə danışdığı məlum məsələdir. Mən bu yolu tutan şəxsləri, ümumiyyətlə, azərbaycanlı saymıram, onların erməni ilə heç bir fərqi yoxdur. Bu adamlar artıq manqurtlaşıblar və belələri isə heç zaman xalqımızın övladı ola bilməz. Bu şəxslər azərbaycanlı olsaydılar, ölkəmizə, milli-mənəvi dəyərlərimizə qara yaxmazdılar, millətimizi təhqir etməzdilər. Bu adamlar Azərbaycanı istəməyən bəzi qüvvələrin əlində oyuncağa çevrildiyindən, belə tərbiyədən kənar işlər görürlər. Hesab edirəm ki, belə ünsürlərə qarşı yazıçı və şairlər, digər yaradıcı şəxslər öz səsini qaldırmalı, onların mənfur hərəkətlərini pisləməlidirlər. Yazıçı və şair xalqın yanında olmalı, dövlətin, dövlətçiliyin təəssübünü çəkməlidir. Təəssüf ki, bu məsələdə yaradıcı adamlar elə də aktiv deyillər”.

Müasir mühacirlərin müəyyən bir qisminin Azərbaycana qarşı düşmən mövqeyi tutmasından ciddi narahat olduğunu deyən Ə.Mahmudun qənaətinə görə, onlar öz ağalarının verdiyi pula görə öz mənəviyyatlarını satır, xalqına arxa çevirirlər. Yüz il bundan əvvəl bolşevizm zülmündən canını qurtararaq xarici ölkələrə üz tutan azərbaycanlı mühacirlərin ölkəmizin, xalqımızın, milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı gördükləri işləri, göstərdikləri fəaliyyəti nümunə gətirən Ə.Mahmudun fikrincə, xaricdə olan mühacirlər Azərbaycanı ancaq təbliğ etməli, onu tanıtmalıdırlar: “Bizim keçmiş zamanlarda da mühacirlərimiz olub. Onlar Azərbaycan xalqını çox yüksək səviyyədə təbliğ ediblər, milli-mənəvi dəyərlərimizi, dövlətçilik simvollarını, atributlarını qoruyublar. Onlar Azərbaycanın müstəqil olmasını hər zaman arzu ediblər. Lakin bugünkü bəzi mühacirlər özlərindən əvvəlkilərin işıqlı əməllərini davam etdirmək əvəzinə, dövlətimizin maraqlarını pul əvəzində xarici ağalarına satırlar. Bu insanlar azərbaycanlı adına layiq olmayan və şərəfini itirən ünsürlərdir”.

Tanınmış sosioloq-alim, professor, şair Əhməd Qəşəmoğlu da Azərbaycana qarşı xoşagəlməz mövqe tutan şəxslərin hərəkətlərini pisləyir. Belə mənfi hallara qarşı ölkə ziyalılarının aktivlik göstərməli olduğunu deyən Ə.Qəşəmoğlu bildirdi ki, xarici ölkələrdə oturub Azərbaycanı pisləyən, onun dövlət atribut və simvollarını təhqir edən insanların tutduğu yol onlara başucalığı gətirmir: “Mənim Azərbaycanı, onun simvollarını, dəyərlərini təhqir edən insanlara münasibətim müsbət ola bilməz. Yəni bütün insanlar təhqiri normal qəbul etmir. İstənilən məsələ ilə bağlı təhqir dilində danışmaq zəiflik əlamətidir. Təhqir, söyüş onu dilinə gətirən insanın özü, əxlaqı haqqında aydın fikir yaradır. Çox təəssüf ki, belə xoşagəlməz proses baş verir. Bu da ölkənin mənəvi iqliminə yaxşı təsir göstərmir. Hesab edirəm ki, ölkəmizə qarşı təhqir-söyüş edənlərin özlərinin ssenaristləri var. Birmənalı olaraq deyirəm ki, bu metodları seçənlər düzgün yol seçməyiblər. Özlərini daha “demokratik, azad” hesab edən insanlar çalışmalıdırlar ki, Azərbaycanın imicinə zərbə vuran hərəkətlər etməsinlər”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist Qiymət Məhərrəmli də hesab edir ki, Azərbaycana qarşı xoşagəlməz mövqe tutan antimilli ünsürlərin hərəkətlərinə qarşı bütün ziyalılar kəskin münasibət bildirməlidirlər: “Hər bir qələm adamı, sənətkar ölkəmizin atributlarını, milli dəyərlərimizi təhqir edən adamların hərəkətlərini pisləməlidir. Çünki milli-mənəvi dəyərlər xalqa məxsusdur. Çox təəssüflənirəm ki, xaricdə oturan bir qrup şəxs  Azərbaycana qarşı belə mövqe tutur. Bunu kəskin pisləyirəm. Düşünürəm ki, hər bir qələm adamı belə insanlara öz sözünü deməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ