Cümə günü, 13 noyabr 2026
     

Xaricdən sosial media vasitəsilə Azərbaycana qarşı başladılmış “çirkli kampaniya” geniş etirazlar doğurdu….

Image


Hikmət Babaoğlu: “Azərbaycan ictimai rəyi onunla manipuliyasiya etmək istəyənləri qınayacaq qədər kamildir”
Əflatun Amaşov: “Prezident seçkisi dəyərləri həyat amalına çevirənlərə etimadın növbəti təntənəsi kimi tarixdə yer tutacaq”

 

Müasir texniki tərəqqi postmodernist cəmiyyətlərə ən müxtəlif ictimai kommunikasiya vasitələri təqdim edir. Hazırda internet resursları üzərindən çox fərqli metod və üsullarla ünsiyyət qurmaqla kütləvi auditoriyaya asanlıqla çıxmaq mümkündür. Bunu Trend-ə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, yeni resurslarla informasiyanın idarə olunması və onun ictimai rəyə təsirinin səmərəli təşkili daha asandır. Ona görə də bütün informasiya cəmiyyətlərində bu vasitədən məmnuniyyətlə istifadə edirlər: "Əgər informasiyaya institusional forma verməklə onu hətta idarəetmə vasitəsinə çevirməyin mümkünlüyünü də nəzərə alsaq, belə universal vasitədən istifadə etməyin nə qədər zəruri olduğunu görə bilərik. Azərbaycan da qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizindən çoxunu təşkil edir. Belə olduqda, əlbəttə, bu resursların imkanlarından ilk növbədə informasiya təhlükəsizliyimizə cavabdeh olan qurumlar istifadə etməlidirlər. Elə edirlər də. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. İnformasiyanı bir qrup manipuliyatorun istismarına vermək qətiyyən olmaz. Çünki informasiya ictimai rəyi həmrəy edə biləcək gücə sahib olduğu kimi, onu milli maraqların əleyhinə də formalaşdıracaq gücə sahibdir".

Onun sözlərinə görə, vəziyyət belə olduqda ölkəmizin informasiya təhlükəsizliyi kimi vacib məsələlərlə məşğul olan qurumlar və onlara rəhbərlik edən şəxslər də bütün növ vasitələrdən, o cümlədən "Facebook", "Twitter", "WhatsApp" kimi vasitələrdən istifadə etməlidirlər: "Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu tipli strateji məsələləri dərindən bilən məmur kimi, əlbəttə, yeni vasitələrdən dövlət maraqlarımız üçün istifadə etməlidir və çox effektiv də istifadə edir. Ancaq görünür, qlobal imperializmin bu silahından bir azərbaycanlı məmurun imperializmin nökərlərinə qarşı belə uğurla istifadə etməsi həmin nökərlərin və hətta onların ağalarının xoşuna gəlmir. Ona görə də öz məntiqsiz hərəkətlərinə görə bunu müxtəlif formada yozmağa çalışırlar. Onlara elə gəlir ki, beləliklə, ictimai rəyi manipulyasiya edərək onu doğru yoldan sapdıracaqlar. Ancaq xəbərləri yoxdur ki, kifayət qədər intellektual əsaslarda formalaşan Azərbaycan ictimai rəyi nəinki manipuliyasiya ediləcək qədər sadəlövh deyil, tam əksinə, onunla manipuliyasiya etmək istəyənləri qınayacaq qədər kamildir".

“Ölkə və xalq üçün həssas və taleyüklü proseslər var. Bu prosesləri layiqli həyata keçirmək yalnız bir toplumun gələcəyi baxımından əhəmiyyətli deyil. Burada söhbət xalqın və dövlətin dünyada özünü necə təsdiqləməsindən də gedir”. Bunu isə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, seçki məhz özünütəsdiq imkanlarının nümayiş meydanı, bir növ indikatorudur: "Son günlər baş verənlər isə onu deməyə əsas verir ki, bəziləri məsələnin mahiyyətini ya düzgün anlamaqda çətinlik çəkir, ya da… Seçki siyasi düşərgələrin milli maraq və mənafelər naminə birliyə, həmrəyliyə çağırış marafonudur. Marafonda məhz milli maraq və mənafeləri uzlaşdırmağı ən yaxşı bacaranlar qalib gəlir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir".

Onun sözlərinə görə, dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir: "Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür. Amma bəziləri bu əlin nəyə görə uzandığını düşünə bilməyəcək dərəcədə piyada təfəkkürə malikdir... Əlbəttə, seçkiyə konkret siyasi düşərgənin sırf özünü təsdiqləmək imkanı kimi də yanaşmaq mümkündür. Hər bir cinahın bu imkandan maksimum faydalanmaq əzmi, prinsipiallığı, barışmazlığı anlaşılandır, təbiidir. Ancaq özünü isbat etmək tərzi vacib məqamdır. Əfsus ki, bizlər bunun sivil formasından çox, müəyyən mənada qurşaqdan aşağı zərbə vurmağa oxşayan təzahür formaları ilə baş-başayıq".

Mətbuat Şurasının sədri qeyd edib ki, xüsusən də sosial şəbəkələrdə və internet media orqanlarında siyasi opponent saydıqları şəxslərə, onların ailə üzvlərinə qarşı təhqiramiz fikirlər səsləndirənlər, yazanlar sanki yarışa giriblər: "Bu adamlar özlərini kimlərəsə göstərmək, "baxın, biz də iş görürük" mesajı vermək istəyirlər. Tam əminəm ki, onların özlərini göstərməyə çalışdıqları qüvvələr də mübarizə vasitələrindəki primitivliyi təqdir etmirlər. Sadəcə məqsədləri bəllidir və bu məqamda "məqsəd vasitəyə bəraət qazandırır" deyib gülüş obyektinə çevrilmişləri seyr etməkdən zövq alırlar. Deməli, əsas olan kimlərinsə məqsədlərində çirkin vasitəyə çevrilməməkdir. Təəssüf ki, biz bəzilərinin timsalında bunun əksini də görürük... Biz görürük ki, bir qrup şəxs məskunlaşdıqları xarici ölkələrdə millətimizə və xalqımıza məxsus dəyərlərə, bu dəyərləri yayan, təbliğ edən insanlara qarşı, belə demək mümkünsə, söyüş səlibi elan ediblər. Əlbəttə, əvvəllər də belələrinə az rast gəlməmişik. Müxtəlif beynəlxalq konfranslarda ermənilərin və gürcülərin siyasi düşərgə müxtəlifliyindən asılı olmayaraq, milli maraqlar naminə birgə hərəkət etdiklərini müşahidə etdiyimiz halda, belələrinin qırmızı cizgiləri keçmələrinin həyasızlıq motivlərindəki rəngarənglikdən heyrətlənmiş və təəssüflənmişik. Axı necə ola bilər ki, sivil Qərb ölkəsində məskunlaşıb bu qədər sivil olmayan tərzdə mübarizə aparasan? Bu adamlar yaşadıqları cəmiyyətdəndəmi heç nə öyrənməyəcək, öyrənməyə çalışmayacaq qədər tükəniblər? Axı bu adamların yaşadıqları Qərb cəmiyyətlərində siyasətçilər kifayət qədər vətənpərvərdirlər, milli ideya və baxışların fövqündədirlər. Bunlara nə olub görəsən?!"

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan dünyanın harasında yaşayırsa-yaşasın, hər bir azərbaycanlının Vətənidir: "Düşünürəm ki, hadisə və proseslərə baxışdakı hər cür müxtəliflikdən asılı olmayaraq, bu Vətəni və bu Vətənin dəyərlərini qorumaq lazımdır. Bu dəyərlərdə təhqir, siyasi mübarizəni qazanmaq naminə özünə qarşı guya mənəviyyatsızlıq edildiyinə dair nələrisə uydurmaq, mənsub olduğu xalqın qurub-yaratdığı dövlətin atributlarına qarşı cılız davranış nümayişi əsla yoxdur. Bu dəyərlərdə mərdlik, bütövlük, sadiqlik, ardıcıllıq, qətiyyət, alicənablıq var. Xalq bu dəyərləri özünün həyat amalına çevirənləri sevir və onlara hər zaman etimad göstərir. Şübhəsiz ki, 11 aprel prezident seçkisi də bu etimadın növbəti təntənəsi kimi tarixdə layiqli yerini tutacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ