Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın Ermənistan üzərində bir neçə istiqamətli əzici üstünlüyü getdikcə artan fakta çevrilir…

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məqsədilə Azərbaycanın Ermənistan üzərində tətbiq etdiyi təzyiq mexanizmi son illər ərzində, belə demək mümkündürsə, daha təkmil bir hala gəlib. Belə ki, Azərbaycanın işə saldığı yeni transmilli layihələr nəticəsində Ermənistanın izolyasiyası genişlənib, onunla digər dövlətlərin, xüsusən region ölkələrinin əməkdaşılğa marağı əhəmiyyətli dərəcədə azalıb. Qarşıdakı dövr ərzində bu istiqamətdə Ermənistanın durumu yenə Azərbaycanın yeni layihələri hesabına daha da pisləşəcək.

Bununla yanaşı, hərb müstəvisində də Azərbaycanın Ermənistan üzərində təzyiqlərinin getdikcə artması özünü aydın surətdə büruzə verir. Qeyd olunan məqam 12-17 mart tarixlərində Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri fonunda tam dəqiqliyi ilə müşahidə edildi.  Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Erməni tərəfi bildirir ki, Azərbaycan Ordusunun bu təlimləri Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir. Etiraf olunur ki, yaranmış vəziyyətdə Ermənistanın hərb müstəvisində Azərbaycanla rəqabətə girə bilməsi ümumiyyətlə mümkünsüz bir haldır. Erməni siyasi şərhçi Sarkis Artsruninin sözlərinə görə, Bakı İrəvanla müqayisədə təkcə böyük həcmdə silahlar almaqla kifayətlənmir, eyni zamanda cəbhə zonasında üstünlüyünü də davamlı şəkildə artırır. O, elə bu səbəbdən Ermənistanla müqayisədə Azərbaycan tərəfinin cəbhə itkilərinin az olduğunu bildirir.  Artsruni xatırladır ki, erməni ordusu təkcə Azərbaycan gülləsindən yox, orduda baş sürən başıpozuqluq nəticəsində də xeyli itkiyə məruz qalır. Növbəti konkret sübut kimi o göstərir ki, elə bu günlərdə Qarabağda daha bir erməni əsgər həyatını itirib. Belə ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1999-cu il təvəllüdlü Edqar Yeremyan yol qəzası nəticəsində həlak olub. Artsruninin sözlərinə görə, sözügedən hadisə cari ilin ilk ayları ərzində Ermənistan ordusundakı statistikanın kədərli mənzərəsini bir daha ortaya qoyur: “Silahlı qüvvələrimiz təmas xəttindən uzaqda - düşmən gülləsi olmadan daha çox itki verir. Məhz orduda hökm sürən intizamsızlıq və özbaşınalıq bunun əsas səbəbləridir. Məsələn, Yeremyanın ölümü ilə əlaqədar olaraq Qukasavan Ararat icmasının başçısı Ara Vardanyanın açıqladığı təfərrüatlar diqqət çəkir. O bildirib ki, Edqar yeni sürücüdür və bu halda olduqca şübhəlidir ki, ona maşının sükanını niyə etibar ediblər? Azərbaycan yoran müharibə taktikasına tərəfdardır və bu halda ordumuzun rəhbərliyi var gücü ilə əsgərlərin həyatını və sağlamlığını qorumağa məcburdur. Amma biz hələ ki, yalnız gözəl vədlər, lovğa konsepsiyalar və boş vətənpərvərlik şüarları eşidirik”.

Siyasi şərhçi xatırladıb ki, müdafiə naziri Vigen Sarkisyan bu günlərdə geniş müsahibə verib və “millət-ordu” konsepsiyasını ətraflı təqdim edib: “Konsepsiyanın hədəflərindən biri ordunun şəffaflığının təmin edilməsidir. Amma bütün bu gözəl proqramlar reallıqla uyğunlaşmır. Çünki Ermənistanda, faktiki olaraq, siyasi və ictimai nəzarət mexanizmləri hərəkət etmir. Parlament dövlət idarəçilik sisteminə keçid, faktiki olaraq, heç nəyi dəyişməyəcək: problem siyasi mədəniyyətlə bağlıdır. Ermənistan hakimiyyəti, hətta qanunverici səviyyədə hər şeyi edir ki, güc strukturları siyasi və ictimai nəzarətdən kənarda qalsın. Siyasi və ictimai nəzarət mexanizmləri hərəkət etmədiyi halda effektiv idarəetmədən və korrupsiyanın təzahürləriylə effektiv mübarizədən danışmaq yersizdir. Orduda əsgərlərin qeyri-döyüş şəraitində həlak olması halları effektsiz və korrupsioner idarəetmənin nəticəsidir. Bu baxımdan, Azərbaycanın Ermənistandakı əsas müttəfiqi ölkədəki möhkəmlənmiş qüsurlu idarə sistemidir”.

O qeyd edir ki, təkcə cari ilin ötən dövrü ərzində Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələr qeydə alınıb ki, bu da silahlı qüvvələrdəki vəziyyətin çox acınacaqlı olomasının real təzahürüdür. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabelikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma da erməni ordusunun böyük problemləri sırasında yer alır. Ermənistanla müqayisədə Azərbaycan orudusunda kifayət qədər yüksək nizam-intizamın mövcudluğu isə ölkəmizin düşmən üzərində böyük üstünlüyü sayılır.

Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan ordunun silahla təminatı baxımından da üstünlüyünü böyük sürətlə artırır. Erməni politoloq Levon Şirinyan Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun son hesabatının da bunu təsdiq etdyini vurğulayır. Həmin hesabata əsasən, Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində 675 milyon dollarlıq silah alıb. Qeyd olunur ki, Azərbaycan silah idxalına görə dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551 milyon dollar silah alıb. Ermənistana gəlincə isə, o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub. Qurum İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini bildirib. Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub. Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb. Levon Şirinyan qeyd edir ki, bu vəziyyət silahla təminat baxımından Azərbaycanın xeyli öndə olmasını göstərir. Onun sözlərinə görə, İrəvan diplomatiyası mütləq qaydada bunu nəzərə almalı, Qarabağda mümkün savaşın qarşısını hər cür yolla önləməlidir. Əks təqdirdə o, 2016-cı ilin apreli ilə müqayisədə Ermənistanı daha böyük məğlubiyyətin gözləməsini istisna etmir.

Bu arada hərb müstəvisində Azərbaycanın Ermənistanı narahat edəcək daha bir addım atması gözlənir. Söhbət Pakistan və Türkiyədən yeni silahlaranı alınmasından gedir. Pakistanın keçmiş baş naziri Şövkət Əziz bunu təbii məsələ sayır. O bildirir ki, Pakistan və Azərbaycan arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir: “Bizim hərbçilər birgə təlimlər keçirir. Pakistan Azərbaycan ordusuna texnika və müxtəlif növ silahlarla yardım edir və hər zaman hərbi təcrübəsini də bölüşməyə hazırdır. Bizim hərbi qurumların əlaqələri mütəmadi hal almağa başlayıb və bu əlaqələr getdikcə güclənəcək”. Artıq bu fonda bəllidir ki, Azərbaycan  Pakistandan “JF-17 Thunder” qırıcıları almağa hazırlaşır. Bunu  Rusiyanın “Voennoe obozrenie” nəşri də təsdiq edir. Burada qeyd olunur ki,  Azərbaycan özünün Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan sovet istehsalı MiQ-29 qırıcılarını gələcəkdə yeniləmək üçün bir neçə variantı nəzərdən keçirir. Ən çox ehtimal olunan variant Türkiyə yığımı olan F-16 “Fighting Falcon”, Pakistan-Çin istehsalı olan yüngül "JF-17 Thunder" qırıcılarıdır. Nəşr bildirir ki, Azərbaycan nümayəndələri, bunlardan əlavə, İsveç istehsalı olan yüngül “Saab JAS 39 Gripen” və Rusiya istehsalı olan çoxfunksiyalı Su-30MK qırıcılarını da əldə etmək şansını yoxlayıb. Lakin “Saab JAS 39 Gripen” qırıcılarının Azərbaycana mümkün təchizatını İsveç qanunvericiliyi əngəlləyir. Bu qanunvericiliyə görə, qonşuları ilə ərazi mübahisələri olan ölkələrə silahların satılması qadağandır. Bundan əlavə, İsveç qırıcıları Amerika istehsalı olan mühərriklərlə, silahlarla və cihazlarla təchiz edildiyindən, bu təyyarələri əldə etmək üçün ABŞ-ın da icazəsi lazımdır.

Məqalədə deyilir ki, Rusiyanın Su-30MK qırıcıları “Saab JAS 39 Gripen” və "JF-17 Thunder"  qırıcılarına nisbətən daha böyük imkanlara malikdir. Lakin Rusiya bu qırıcıları satsa, Azərbaycan Ermənistan üzərində daha ciddi üstünlük əldə edəcək.

Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı moderləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır. Sayt yazır ki, Azərbaycan regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı, İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı, qırıcıları da yönləndirir, hava nəqliyyatını nizamlaya bilir. ELM-2288 AD-STAR kompleksi 480 kilometr məsafədən hədəfləri qeydə alıb izləyir. ELM-2106NG isə aşağıdan uçan təyyarələri, vertolyotları və pilotsuz aparatları 90 kilometr məsafədən izləmək imkanındadır. Bildirilir ki, böyük ehtimalla, həmin radarlar İsraildən “Barak-8” zenit-raket kompleksinin alınmasına dair müqavilə çərçivəsində əldə edilib. Qeyd olunur ki, Azərbaycan İsraildən “Barak-8” komplekslərinin yerüstü variantını alan ilk ölkədir. Bu komplekslər ballistik və operativ-taktiki raketləri, o cümlədən yüksək manevrli raketləri izləyib vurmaq imkanındadır. Qeyd olunur ki, Azərbaycan ərazisində İsrail istehsalı olan erkən raket xəbərdarlığı sistemi “Green Pine” fəaliyyət göstərir. “Green Pine” radarının əsas təyinatı hücum edən operativ-taktiki raketləri aşkar edib hədəf barədə məlumatları “Barak-8” və S-300 PMU “Favorit” komplekslərinə ötürməkdir. “Voennoe obozrenie” nəşri bu fonda qeyd edir ki, Azərbaycan radiolokatorları hətta ölkənin hüdudlarından xarici də izləyə bilir: “Ümumiyyətlə, Azərbaycan kifayət qədər balanslaşdırılmış və mükəmməl havadan müdafiə sisteminə malikdir, bu sistem potensiaı təcavüzkarı ciddi itkilərə məruz qoya, mühüm hərbi və inzibati-siyasi obyektləri, hərbi bölmələri havadan zərbələrdən qoruya bilər”. Aydındır ki, bütün bunlar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün daha da artması və beləliklə, Ermənistana hərb müstəvisində daha çox təzyiq göstərilməsinqə imkan verir. Bu isə Qarabağ münaqişəsinin həllini tezləşdirə bilən vacib faktorlardan sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ