Cümə günü, 13 noyabr 2026
     

Azərbaycandan Ermənistana sərt status-kvo xəbərdarlığı yeni məzmun alır

Image


Azərbaycan xarici siyasətində prioritet istiqamətlərdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərin daim beynəlxalq gündəmdə yer alması, işğalçı Ermənistana bu məsələ ilə ilgili təzyiqlərin edilməsidir. Ötən dövr ərzində Azərbaycan Qarabağ məsələsini davamlı olaraq dünya gündəmində saxlamağı bacarıb və bu prosesdə son illərdə Bakıda keçrilən çoxsaylı beynəlxalq tədbirlər də ən vacib tribunalardan biri olub. Bu mənada Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu da istisnalıq təşkil etmədi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Dövlət başçısı bəyan etdi ki, bu konflikt regional təhlkəszliyə ciddi təhdiddir və status-kvo mütləq dəyişməlidir: “Status-kvo qəbuledilməzdir, davam edə bilməz. Bu bizim yox, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir.  Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər”.

Bu fikirlərdən bir daha bəlli olur ki, Bakı status-kvonun dəyişməsini və bunun üçün Ermənistanın lazımi addımlar ataraq işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını istəyir. İndilikdə Azərbaycan bu məqsədinə sülh yolu ilə nail olmaq yoluna sadiq qaldığını nümayiş etdirib. Amma bundan sui-istifadə edərək Ermənistanın status-kvonu dəyişməz saxlamağa cəhd göstərməsi sülh müstəvisində çözüm şanslarını gedərək azaldır. Bu durumda Azərbaycanın güc varinatından istifadə edərək ərazi bütövlüyünə nail olmasının asanlıqla mümkün olacağını, əslində erməni tərəfi də yaxşı başa düşür. Elə ordumuzun son təlimlərindən düşmənin duyduğu böyük narahatlıq da qeyd edilənlərin real təsdiqi sayıla bilər. Xatırladaq ki, Azərbaycan ordusunun martın 12-dən başlayan irimiqyaslı hərbi təlimləri Ermənistanda ciddi narahatlıqla izlənir. Üstəlik, Azərbaycan Ordusunun martın 12-dən başlayaraq 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi narahatlıq yaradıb.

Məsələ ilə bağlı “armworld” saytı Azərbaycan Müdafiə Nazirliyinin təlimlərlə bağlı məlumatına istinad edərək, ssenarinin Ermənistan üçün çox qorxunc olduğunu yazır. Belə ki, təlimlərin ssenarisinə əsasən, Azərbaycan Ordusu əvvəlcə düşmənin cəbhə boyu irimiqyaslı hücumunun qarşısını alır, atəş zərbəsi ilə onu tələfata uğradır, müdafiəni əlverişli xətt üzrə bərpa edir.  Daha sonra irimiqyaslı əks-hücum əməliyyatlarına başlayır.

Saytın yazdığına görə, təlimlərin ssenarisi Azərbaycanın Qarabağda müharibəyə başlayarkən hansı taktikaya üstünlük verəcəyini nümayiş etdirir. İddia edilir ki, Bakı erməni tərəfinin birinci hücum etdiyi barədə rəy yaradacaq, bu məqsədlə, hətta ola bilsin, bəzi mövqeləri bilərəkdən tərk edəcək. Bununla da irimiqyaslı əks-hücuma keçmək üçün legitim haqq təmin edəcək. Bundan başqa, təlimlərin ssenarisinin üçüncü bəndinə əsasən, Azərbaycan real döyüş əməliyyatları zamanı əks hücuma keçərək Ermənistan ordusunun Qarabağdaı arxa cəbhə obyektlərinə, kazarmalara və Qarabağı Ermənistanla birləşdirən yollara güclü zərbələr endirəcək.

Hazırda erməni birləşmələrinin nəzarətində videomüşahidə vasitələri olduğuna görə erməni mövqelərinə xəlvəti yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən də vurğulanır ki, eyni zamanda bütün cəbhə boyu-Naxçıvandan Qazaxa qədər təzyiq göstəriləcək. Lakin Zəngəzur və Qazax-Gədəbəy istiqamətlərində zərbələr daha çox Qarabağ istiqamətində əsas zərbələrdən diqqəti yayındırmağa xidmət edəcək.

Qeyd olunur ki,  Azərbaycan Ordusu erməni qoşunlarını əsas istiqamətlərdə mühasirəyə almaq üçün arxa cəbhəyə desant ata və ağır texnikanın tətbiqi imkanları qazana bilər. Bildirilir ki, bu təlimlərin ssenarisi 2016-cı ilin apreli ərəfəsində keçirilən təlimlərin ssenarisinə oxşayır. Ona görə də Ermənistan indidən beynəlxalq təşkilatların diqqətini bu təlimlərə cəlb etməlidir.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərindən sonra keçirilən təlimlərdə əsas diqqət bütün atəş vasitələri tətbiq edilməklə düşmənin müdafiə xəttinin kütləvi zərbələrlə darmadağın edilməsinə yönəldilir. Məhz bu səbəbdən son iki ildə silahlanmaya yeni artilleriya və reaktiv sistemlər daxil edilir. Beləliklə də atəş vasitələri sarıdan düşmən üzərində üstünlük daha da artırılır. Bunu  Stokholmda mənzillənən beynəlxalq sülh problemləri İnstitutu olan SIRRI tərəfindən silah ixracına dair açıqlanmış son hesabatdan da aydın görmək olar.

Həmin hesabatdan məlum olur ki, Azərbaycan 2016-2017-ci illərdə Rusiyadan 36 vahid “Solntsepek” TOS-1A ağır odsaçanları, 800 vahid tank əleyhinə yüksək dəqiqlikli “Xrizantema” raketi, o cümlədən İsraildən 220 vahidə yaxın “Spike NLOS” tank əleyhinə raketləri də daxil olmaqla çoxsaylı yeni silah-texnika alıb. Bu dövr ərzində Azərbaycan Ermənistandan maliyyə baxımından düz 5 dəfə çox silah-sursat alıb.

Bütün bunların qarşısında erməni ordusunun duruş gətirməsinin mümkünsüzlüyü düşmən ölkədə də etiraf olunur. Ermənistanın “armenianreport” saytı da bildirir ki, ötən dövr ərzində Ermənistan ordusunda yalnız tənəzzül qeydə alınıb. Məlum aprel hadisələrindən sonra nazir vəzifəsinə gətirilən Vigen Sarkisyanın islahatlar aparmaq cəhdləri isə hansısa nəticə verməyib: “Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir. Ölkənin müdafiə naziri Vigen Sarkisyanın orduda islahatların aparılması ilə bağlı söylədikləri sözdən o tərəfə keçmir. Ermənistanın müdafiə naziri qeyd edib ki, silahlı qüvvələrin modernləşməsi və islahatlar proqramı çərçivəsində ordu-xalq anlayışı tətbiq olunmalıdır. Amma  bu gün Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır. Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır”.

Yazıda həmçinin qeyd olunur ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq nazirin dediyi “islahatlar” fonunda yüksək templə artır: “İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu istiqamətdə Ermənistan parlamentində heç bir təklif səsləndirilməyib. Orduda problemlər gündən-günə artır. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalır. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi “xalq-ordu” ifadəsi isə yalnız qulağa xoş gələn bir arzudur”. Qeyd olunur ki, bu vəziyyətdə Azərbaycanın hərbi cəhətdən kifayət qədər güclənməsi mütləq nəzərə alınmalıdır. Erməni politoloq Levon Şirinyan da vurğulayır ki, Bakı İrəvanla müqayisədə hərbi sahədə çox uğurlar əldə edib. Onun sözlərinə görə, Azərbaycanda keçirilən təlimlərin məqsədi Ermənistanı məhv etməkdir. Şirinyan Azərbaycanın Ermənistana qarşı qətiyyətli mübarizə apardığını qeyd edib: “Azərbaycan vurur, dağıdır, yeni resurslarla mübarizəsini davam etdirir. Bunun da kulminasiya nöqtəsi real döyüş hazırlığı təlimləridir. Qarabağda, cəbhə xəttinə yaxın məsafədə bu miqyasda qoşun və hərbi texnikanın yerləşdirilməsi halında Ermənistan qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirilməməsi çox pis nəticələrə səbəb ola bilər. Aydındır ki, hərbi rəhbərlikdə və digər dövlət qurumlarında təlimlərlə bağlı gərginlik var. Ancaq Azərbaycanın bu hərəkətləri hələ gərginləşmənin başlanğıc mərhələsidir. Azərbaycan bizi rahat buraxmayacaq”.

Şirinyan yenidən Prezident İlham Əliyevin YAP-ın son qurultayında İrəvanla bağlı çıxışına da toxunub və bunu sərt xəbərdarlıq kimi dəyərləndirib: “Dövlət başçısı bu çıxışında Azərbaycanın hərbi, siyası planlarını, hərbi doktrinasını elan edib. Ermənistan rəhbərliyi siyasi oyunları kənara qoyub bu məsələlərə ciddi yanaşmasa, Azərbaycan bizim daxilimizə doğru hərəkət edəcək. Hədəf İrəvan olacaq”. Rusiya - Türkiyə - Azərbaycan münasibətlərinə toxunan L.Şirinyan tarixin yenidən təkrar olunduğunu, dünyada gedən proseslərdə Rusiya-Türkiyə maraqlarının yaxınlaşması ilə Ermənistanın 1920-ci illərdə olduğu kimi yenidən məhv ola biləcəyini vurğulayıb: “Bu, Rusiya himayəsinin Ermənistana güvən vermədiyi gerçəyini başa düşən Ermənistan rəhbərliyinin Amerikaya sığınması, DQR-in “rəhbəri” Bako Saakyanın ABŞ-a səfər edərək orada özünə siyasi və maddi himayədar axtarması fonunda açıq görünür. Ermənistan rəhbərliyi başa düşməli idi ki, Ermənistan Türkiyə və Azərbaycan faktoruna görə Rusiyaya lazım idi. İndi və gələcəkdə strateji maraqların uzlaşması çərçivəsində Ermənistan uzun müddət Rusiyanın yadına düşməyəcək. Bu da Ermənistanın məhvi deməkdir”. Beləliklə, Azərbaycanın hərbi qüdrəti ilə Ermənistanı getdikcə daha çox qorxuya salması artıq özünü qabarıq büruzə verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ