Ermənilər Tələt Paşanın terrorla qətl edilməsinin 97-ci ildönümünü təntənəyə çevirdi

Məhəmməd Əsədullazadə: “Erməni lobbi qrupları bu istiqamətdə çalışaraq, Ermənistanın kirli siyasətinə bəraət qazandırırlar”
Terrorçuluq ermənilərin xislətindədir. Ona görə də onlar harada olmalarından, yaşamalarından asılı olmayaraq, bu mənfur əmələ əl atmaqdan çəkinmirlər. Tarixdə bununla bağlı çoxsaylı faktlar mövcuddur. Ermənilər nəinki türklərə qarşı, digər millətlərə qarşı da terror törədiblər.
1921-ci ilin 15 martında Soqomon Tehliryan adında erməni Berlində Tələt Paşanı qətlə yetirib. Onlar bu mənfur terror aktını onunla əsaslandırmağa çalışırlar ki, guya Tələt Paşa 1915-ci ildə qondarma soyqırımın həyata keçirilməsində fəal rol oynayıb. Tehliryan buna görə həbs olunsa da, təəssüflər olsun ki, cəzalandırılmayıb. Belə ki, Avropadakı müəyyən dairələrin təzyiqlərindən sonra Berlində, 1921-ci ilin iyununda keçirilən məhkəmə zamanı Tehliryana bəraət verilib. Ondan sonra erməni terrorçusu ABŞ-ın San-Fransisko şəhərinə köçüb və ömrünün sonuna qədər orada yaşayıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, ermənilər sözügedən terror aktının 97-ci ildönümünü bayram kimi qeyd edirlər. Çox təəssüflər olsun ki, ikili standartlar səbəbindən ermənilərin bu hərəkətinə Avropa qurumları, ictimaiyyəti öz etirazını bildirmir. Bu həm də ermənilərin terrora meylli bir xalq olduqlarının əyani göstəricisidir. Onların gen yaddaşında bunun tarixən olduğunun sübutudur.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu bir daha ermənilərin terrorçu xislətini bütün dünyaya göstərir: “Ermənilər tarix boyu türklərə qarşı düşmənçilik və qisas hissi ilə yaşayıblar. Məqsədləri köçdükləri türk torpaqlarından onları çıxarmaq və özlərinə mənimsəmək olub. Ona görə də ermənilərin Kiçik Asiyaya gəlişindən sonra bu coğrafiyada təhlükəsizlik və sabitlik pozuldu. Osmanlı dövründə ermənilərin kompakt yaşadıqları ərazilərdə türklərə qarşı soyqırım siyasəti və xarici qüvvələrlə əlbir olub dövlətə qarşı düşmənçilik hərəkətlərinə o vaxtkı Osmanlı dövləti humanist davranıb. Yalnız onları kompakt yaşadıqları ərazidən digər yerə köçürüb. Həmin illərdə ermənilərin əlisilahlı terrorçuları türklərə qarşı bir sıra cinayətlər və soyqırım aktları həyata keçiriblər. Tələt Paşanın komandanlığı ilə türklərə qarşı erməni zülmünü dəf etmək üçün hərbi əməliyyatların aparılması son nəticədə onun Berlində öldürülməsinə gətirib çıxardı. İndi ermənilərin onun ölümünü təntənəli qeyd etməsi tarixi düşmənçiliyi alovlandırmağa və yeni problemlərin yaşanmasına xidmət edir. Ermənistan terrorçu və işğalçı ölkədir. Ermənilərin terror aktı ilə qətlə yetirdikləri Tələt Paşanın ölümünü bayram etmələri terrorun inkişafına zəmin yaradır. Təəssüf ki, Qərbin bəzi təşkilatlarının Ermənistana qarşı siyasətində müsbət məqamlar var. Bu da ikili standartlardan irəli gəlir. Çünki erməni lobbi qrupları bu istiqamətdə çalışaraq, Ermənistanın kirli siyasətinə bəraət qazandırırlar. Türkiyə-Azərbaycan birliyi erməni avantürizminin qarşısını almalıdır”.
Vidadi ORDAHALLI