Cümə günü, 13 noyabr 2026
     

Niderlandın sabiq baş naziri Bakı Forumunda Trampın Paris razılaşması məsələsində məsuliyyətsiz davrandığını dedi - FOTO

Image


VI Qlobal Bakı Forumunun ikinci gününün sonuncu panel iclasında “Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?” mövzusunda fikir mübadiləsi aparılıb. Panel iclasında iqtisadi istismarın və ticari maraqların məhsuldarlıqdan maksimum fayda götürməyi hədəfə alması ilə əlaqədar təbii sərvətlərin bəşəriyyətin varlığına təhlükə yaradacaq qədər tükənməsi nəticəsində ortaya çıxan boşluqların aradan qaldırılması yolları müzakirə olunub.

Trend-in məlumatına görə, panel iclasının moderatoru, Dünya Bankının sabiq baş məsləhətçisi xanım Nadereh Şamlu bildirib ki, texnoloji inkişaf bəşəriyyətin əvvəllər heç vaxt olmadığı qədər sürətli tərəqqisi ilə müşahidə edilir: “Bu sürətli inkişaf həyatımıza müsbət dəyişikliklərlə yanaşı, ciddi problemlər, xüsusən ətraf mühit və qlobal istiləşmə nəticəsində təbii fəlakətlər də gətirib. Bütün bu problemlər gələcək nəsillərə daha sağlam cəmiyyət miras qoymağımız barədə bizim üçün ciddi məsuliyyət müəyyən edir. Məhz bu baxımdan belə səmərəli müzakirələrin aparılmasına böyük ehtiyac yaranır”.

Ekvadorun sabiq prezidenti Rosaliya Arteaqa Serrano hazırda bəşəriyyəti narahat edən mühüm problemlərin həlli baxımından gözəl imkan təqdim edən Forumun təşkilinə görə Azərbaycan dövlətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. Dünyanın imkanlarının və təbii resurslarının tükənməkdə olduğunu deyən Rosaliya Arteaqa Serrano təəssüflə bildirib ki, müasir elm bu problemin qarşısını almaqda acizdir: “Bu baxımdan elmin və texnologiyanın, ölkələrin və bölgələrin ahəngdar inkişafı təmin edilməlidir. Əgər biz elmi etika ilə tamamlaya bilsək, o zaman gələcək nəsillər üçün daha sağlam və təmiz dünya miras qoya bilərik”.

Bosniya və Herseqovina baş nazirinin müavini, xarici ticari-iqtisadi münasibətlər naziri Mirko Şaroviç bildirib ki, eyni mənbəyə əsaslanan iqtisadiyyat və ekologiya bir-birindən çox asılıdır, ona görə də iqtisadi inkişafa daha çox təkan verməklə biz əslində ətraf mühitin qurbanına çevrilirik. Ekosistemin yaxşılaşdırılması istiqamətində Avropa İttifaqının tövsiyəsi ilə ölkəsində mühüm qərarların qəbul edildiyini vurğulayan M.Şaroviç Bosniya və Herseqovinada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ətraf mühitin mühafizəsi sahəsində mühüm irəliləyişlərə nail olunduğunu deyib. Bildirib ki, əgər biz ətraf mühit problemlərinin qarşısını indidən almağa çalışmasaq sonra bu çətinliklərin öhdəsindən gəlmək gec olacaq.

Müasir bəşəriyyət ətraf mühit və ya iqtisadi inkişaf arasında seçim qarşısında qalıb, - deyən Yeni Zelandiyanın sabiq baş naziri Ceyms Bolger bildirib ki, elmi-texniki tərəqqi bu baxımdan ciddi alternativlər təqdim edir. Ətraf mühit problemləri arasında əhalinin sürətli artımını xüsusi qeyd edən C.Bolger diqqətə çatdırıb ki, təmiz ətraf mühit hər kəsin təbii hüququdur: “Bu baxımdan insanların hüquqlarının təmin olunmasını biz əsas hədəf və uğur kimi görməliyik. Lakin reallığa baxsaq, ölkələrin əsas uğuru ümumi daxili məhsulun səviyyəsi qəbul edilir. Buna görə də biz ən əvvəl qiymətləndirmə meyarlarında radikal dəyişikliklər etməliyik”.

Moldovanın sabiq baş naziri Zinaida Qreccanii sürətli iqtisadi inkişaf prosesində təbii resurslardan qənaət edilmədən istifadə nəticəsində bəşəriyyətin hazırda onların tükənməsi problemi ilə yanaşı, ətraf mühitin korlanması ilə də üz-üzə qaldığını deyib. Ətraf mühit probleminin Moldovada əsasən təmiz içməli su ehtiyatlarının azalmasında özünü göstərdiyini vurğulayan sabiq baş nazir bildirib ki, bu göstərici ölkədə adambaşına 500 kubmetr təşkil edir: “Moldovanın əsas içməli su mənbəyi olan Dnestr çayında suyun səviyyəsi son iki il ərzində daha da azalıb. Bununla əlaqədar yaradılan müvafiq komissiya Ukrayna hökuməti ilə danışıqlar aparır. Ətraf mühiti qorumaq üçün iqtisadi mənfəət naminə təbiətin imkanlarından gen-bol istifadəyə nəzarət artırılmalıdır. Çünki bütün iqtisadi proseslər təbiətin imkanları olmadan həyata keçirilə bilməz. Ona görə də təbiətdən alınanlar mütləq geri qaytarılmalıdır”.

Fransanın sabiq iqtisadiyyat naziri Edmond Alfanderi deyib ki, bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə qiymətlər ehtiyacları müəyyənləşdirir: “Bu gün ətraf mühitin çirklənməsi planeti çətin vəziyyətə salıb. Müasir dövrdə iqtisadi inkişafın səviyyəsi qaneedicidir. Buna görə də artıq ətraf mühitə daha çox diqqət yetirilməlidir. Lakin ətraf mühitin qiymətləndirilməsinə baxsaq, görərik ki, ona verilən dəyər olduqca aşağıdır”. E.Alfanderi bildirib ki, ətraf mühiti çirkləndirən zərərli qazların tərkibində karbon emissiyasının payı 50 faiz təşkil edir: “Ona görə də son dövrdə bəzi ölkələr karbon qazının emissiyasının qiymətləndirməsini aparırlar. Bu sahədə Böyük Britaniya, Kanada, ABŞ-ın Kaliforniya ştatı xüsusilə seçilirlər. Qiymətləndirmənin aparılması nəticəsində bu sahədə ciddi irəliləyiş müşahidə olunur”.

Niderlandın sabiq baş naziri Vim Kok bildirib ki, hazırda inkişaf etmiş ölkələr ətraf mühitin deqradasiyasının qarşısının alınması üçün iqtisadi tərəqqi proseslərini nizamlamaqla onu nəzarətdə saxlamağa çalışırlar: “Bu baxımdan Paris razılaşmasının prinsiplərinə əməl etmək və bu dəyərlərə sadiq qalmaq çox önəmlidir. Təəssüf ki, bu məsələdə müəyyən istisnalar da yaşanır. Məsələn, ABŞ Prezidenti Donald Tramp bu baxımdan olduqca məsuliyyətsiz davrandı. Çünki Paris anlaşmasına imza atan dövlət başçılarının demək olar ki, hamısı götürdükləri öhdəliklərə sadiqlik nümayiş etdirirlər”. V.Kok deyib ki, müasir cəmiyyətlər ətraf mühiti qorumaqla gələcək nəsillərə daha az zərər görmüş dünya miras qoymağa çalışırlar: “Ekoloji problemlərin qarşısını almaq üçün iqtisadiyyatları necə yenidən qurmağımız çox vacibdir. Əslində, bu, mümkündür və beynəlxalq əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir. Niderland Paris razılaşmasına sadiq olmağa çalışır. Çünki Paris razılaşmasının əsas hədəfi ölkələr və onların müvafiq qurumları arasında əlaqələndirmə işinin aparılmasıdır”.

Bununla da Forum martın 16-da işini yekunlaşdırıb. Tədbir sabah panel iclaslarla işini davam etdirəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ