Cümə günü, 13 noyabr 2026
     

150 min soydaşımıza qarşı tarixi cinayət – suçlular Stalinin ətrafındakı erməni çetesi...

Image


Tarix boyu ermənilərin xalqımıza qarşı yürütdüyü terror, etnik təmizləmə və soyqrımı siyasəti öz yurdlarında azərbaycanlıların çoxsaylı müsibətlərlə üzləşməsinə rəvac verib. Amma burada ən dəhşətli məqamlardan biri, heç şübhəsiz, ermənilərin hamilərinin yardımı ilə yenə tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət yaratması, azərbaycanlıları doğma yurdlarından digərgin salmalarıdır.

Qeyd olunan xüsusda ən çox diqqət cəlb edən hal, heç şübhəsiz, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasıdır.

Tarixi mənbələrdən belə bəlli olur ki, bu deportasiyanı nəzərdə tutan SSRİ Nazirlər Sovetinin hələ 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktından başqa bir şey olmayıb. Bu qərarlar əsasında məhz 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi soyqırıma dözməyərək həlak olub. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti Azərbaycan tarixində daha bir qanlı səhifənin açılması ilə müşayiət edildi.

Xatırladaq ki, II Dünya müharibəsinin bitməsindən sonra Moskvadakı havadarlarının köməyi ilə daşnaklar iki məsələni yenidən diqqət mərkəzində saxlayırdılar. Bunlardan biri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi ərazilərindən sıxışdırılıb çıxarılması, digəri isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi idi. 1940-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin lideri və rəhbəri Anastas Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ hərəkatı» və «Qarabağ komitəsi» yaradıldı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi partiya elitasının köməyi ilə növbəti dəfə Sovet İttifaqı Kommunist Partiyası qarşısında Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdı. Ardınca Moskvanın nümayəndəsi, ermənipərəst Georgi Malenkov Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Mircəfər Bağırova məktub yazaraq bu məsələ haqqında, yəni ermənilərin istəyi ilə bağlı məlumat verir və onun rəyini bilmək istəyir. M.Bağırov isə öz növbəsində bildirir ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşadan başqa, Yuxarı Qarabağ əraizisi o halda Ermənistana verilə bilər ki, Zəngəzur bölgəsi bütövlüklə Azərbaycana qaytarılsın. Buna isə nə Moskva, nə də Ermənistan razı olmadı, çünki Türkiyə ilə Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv edilərdi. Məhz bundan sonra Moskva ermənilərin qaldırdığı problemin nə qədər təhlükəli olduğunu anladı və  ermənilərin iddiaları rədd edildi. Amma 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul etməklə ciddi bir problemin əsasını qoydu. Çünki bu köçürülmə azərbaycanlıların yaşadığı torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Yəni azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və onların yaşadığı əraziyə köçürülən ermənilərin yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyun» partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını vermişdi. Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. Rəsmi qərarla 100 min soydaşımızın köçürülməsi nəzərdə tutulurdu.  Məsələyə başqa don geyindirmək üçün iddia edirlirdi ki, soydaşlarımız guya «könüllülük prinsipinə əsasən» Azərbaycana köçürülür. Müvafiq qərarda Ermənistan SSR Nazirlər Sovetinə icazə verilirdi ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsinlər. Yuxarıda qeyd olunduğu kimi isə, köçürülmə zorakılığa, təzyiqlərə məruz qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ilin payızına qədər köçürülənlərin sayı 10584 nəfərə çatmışdı. Amma sonradan prosesin daha geniş vüsət alması və köçrülmənin tezləşdirilməsi məqsədilə yeni addımlar atıldı. Hətta prosesi qısa müddətdə başa çatdırmaq üçün xüsusi köçkünlər komissiyası yaradıldı. Komissiya üzvlərinə göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Bu məsələdə ermənilərin mərkəz rəhbərlyiən təsiri də getdikcə geniş vüsət alırdı. İş o yer əgəlib çatdı ki,  Sovet İttifaqı Kommunist Partiyasının rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40 min nəfər azərbaycanlının köçürülməsini tələb etdi. Bu xüsusda Azərbaycan Respublikası Dövlət Arxivində yer alan məlumatda göstərilir: «Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb, SSRİ Nazirlər Soveti sədrinin müavini G.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir dəfəyə 40 min nəfər əhalinin köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə həm də 1949-1950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə planlarına yenidən baxılması və «Ermənistan SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi» xahiş edildi». Araşdırmalar göstərir ki, prosesin belə istiqamətdə cərəyan etməsinin başlıca səbəblərindən biri də baş verənlərə Azərbaycan rəhbərliyinin qətiyyətsiz mövqedən yanaşması olub. Deportasiya tədbirləri isə Ermənistanın 22 rayonunu, əsasən, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarını əhatə edirdi. Bu rayonlar əsasən azərbaycanlıların yığcam şəkildə, yaxud ermənilərlə qarışıq halda yaşadığı dağlıq və dağətəyi rayonlar idi. Erməni millətçiləri, ilk növbədə, azərbaycanlıları bu rayonlardan qovub çıxarmağa çalışırdılar. O da maraqlıdır ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığı və digər rayonlarında yerləşdirilərkən burada yaşayan ermənilər tərəfindən də təqib olunur və onlar barədə rəhbərliyə böhtan dolu məktub və teleqramlar göndərilirdi. Hətta Azərbaycan SSR Şamxor (indiki Şəmkir) rayon partiya və icra orqanlarında rəhbər vəzifə tutan ermənilər 150 nəfər azərbaycanlının öz təsərrüfatları ilə birlikdə rayondan sürgün edilməsi barədə qərarın qəbul edilməsinə nail olmuşdular 

Azərbaycan Respublikası Dövlət Arxivində o da göstərilir ki, 1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı (indiki Şirvan), Zərdab, Salyan, Kürdəmir, Xaldan,  Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 azərbaycanlı köçürülüb. Növbəti ildə  daha 14361 nəfərin köçürülməsi həyata keçirildi. Mütəşəkkil deportasiya zamanı yurd-yuvasından çıxarılanların  sosial və məişət problemləri lazımınca həll edilmirdi. Yerlərdə buna süni maneələr də yaradılırdı. Köçkünlər içərisindən çıxılmaz vəziyyətə düşənlərin bəziləri əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları göndərirdi. Lakin bu şikayət və etirazlar heç bir nəticə vermirdi.  Atılan addımlar nəticəsində  1948-1953-cü illərdə Ermənistan ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistan hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən, şovinist münasibətdən başqa bir şey deyildi. Bu, adi insan hüquqlarının kobudcasına pozulması idi. V.Nəcəfov özünün «Deportasiya» əsərində bu xüsusda yazır: «Köçürüldükdən  sonra geri qayıdanların sayı da artdı. 1954-cü ildə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş hüquqlarından məhrum edilirdilər. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu». Araşdırmalar göstərir ki, zorla köçürülmüş və ya köçməyə məcbur edilmiş şəxslərin hər üç nəfərindən biri yeni şəraitə - isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyib, aclıq və xəstəlikdən həlak olub.

1948-1956-cı illərdə Ermənistandan, öz tarixi etnik torpaqlarından deportasiya edilən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməlidir. Buna tarixi qiymət mərhum prezident Heydər Əliyevin 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə verildi. Məhz bu fərmandan sonra soydaşlarımızın tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə zəruri addımlar atıldı.  Baş verən bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi də məhz  bu fonda reallaşdı.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ